Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2290/2025 06.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET XXL xidməti, ZƏMANƏT + 2 İL xidməti, İMEİ KDOU **********80906 SAMSUNG GALAXY S24 ULTRA markalı telefonüçün 2497.70 (iki min dörd yüz doxsan yeddi manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 249.77 (iki yüz qırx doqquz manat, 77 qəpik) manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, MİCROSOFT OFFİCE, WİNDOWS 11 HOME, HP PAVİLİON 15 komputer, BAG TRUST komputer çantası üçün 1931.48 (min doqquz yüz otuz bir manat, 48 qəpik) manat ödənilməmiş hissə, 193.15 (yüz doxsan üç manat, 15 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, EPSON printerüçün 410.90 (dörd yüz on manat, 90 qəpik) manat ödənilməmiş hissə, 41.09 (qırx bir manat, 09 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, XİAOMİ BUDS 5 qulaqlıq üçün 192.60 (yüz doxsan iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, 19.26 (on doqquz manat, 26 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HUAWEİ WATCH FİT 2 CLASSİC qol saatıüçün 172 (yüz yetmiş iki) manat ödənilməmiş hissə, 17.20 (on yeddi manat, 20 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, XİAOMİ REDMİ BUDS 5 PRO qulaqlüıqçün 147.84 (yüz qırx yeddi manat, 84 qəpik) manat ödənilməmiş hissə,14.78 (on dörd manat, 78 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMOU DH kameraüçün 144.06 (yüz qırx dörd manat, 06 qəpik) manat ödənilməmiş hissə, 14.41 (on dörd manat, 41 qəpik) manat dəbbə; ümumilikdə 6069.84 manat borc, 80.70 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı0ş1.09.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, PAKET XXL xidməti, ZƏMANƏT + 2 İL xidməti, İMEİ KDOU **********80906 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, MİCROSOFT OFFİCE, WİNDOWS 11 HOME, HPPAVİLİON 15 komputer, BAG TRUST komputer çantası, EPSON printer, XİAOMİ BUDS 5 qulaqlıq, HUAWEİ WATCH FİT 2 CLASSİC qol saatı , XİAOMİ REDMİ BUDS 5 PRO qulaqlıq, İMOU DH kamera alvməışnəticədə 6069.84 (altı min altmış doqquz manat 84 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3108.96(üç min yüz səkkiz manat, 96 qəpik) manat (18 ay x 172.72 manat + 0 manat ilkin ödəniş) olan PAKET XXL xidməti, ZƏMANƏT + 2 İL xidməti, İMEİ KDOU **********80906 SAMSUNG GALAXY S24 ULTRAmarkalı telefoünçün ümumilikdə, 2771.07(iki min yeddi yüz yetmiş bir manat, 07 qəpik) manat olmaqla ondan, 2497.70 (iki min dörd yüz doxsan yeddi manat, 70 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 249.77 (iki yüz qırx doqquz manat, 77 qəpik) manat dəbbə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2426.04(iki min dörd yüz iyirmi altı manat, 04 qəpik) manat (18 ay x 134.78 manat + 0 manat ilkin ödəniş) olan MİCROSOFT OFFİCE, WİNDOWS 11 HOME, HP PAVİLİON 15 komputer, BAG TRUST komputer çantası , üçün ümumilikdə, 2124.63(iki min yüz iyirmi dörd manat, 63 qəpik) manat olmaqla ondan 1931.48(min doqquz yüz otuz bir manat, 48 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 193.15(yüz doxsan üç manat, 15 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 613.08 (altı yüz on üç manat 08 qƏpik) manat (18 ay x 34.06 manat + 0 manat ilkin ödəniş) olan EPSON printerüçün ümumilikdə 451.99 (dörd yüz əlli bir manat, 99 qəpik) manat olmaqla ondan, 410.90 (dörd yüz on manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41.09 (qırx bir manat, 09 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 228.06(iki yüz iyirmi səkkiz manat, 06 qəpik) manat (18 ay x 12.67 manat + 0 manat ilkin ödəniş) olan XİAOMİ BUDS 5 qulaqlıqüçün ümumilikdə, 211.86 (iki yüz on bir manat, 86 qəpik) manat olmaqla ondan, 192.60 (yüz doxsan iki manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19.26(on doqquz manat, 26 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 309.60 (üç yüz doqquz manat, 60 qəpik) manat (18 ay x 17.20 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH FİT 2 CLASSİC qol saatüı çün ümumilikdə, 189.20 (yüz səksən doqquz manat, 20 qəpik) manat olmaqla ondan, 172 (yüz yetmiş iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.20 (on yeddi manat, 20 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 190.08 (yüz doxsan manat, 08 qəpik) manat (18 ay x 10.56 manat + 0 manat ilkin ödəniş) olpan XİAOMİ REDMİ BUDS 5 PRO qulaqlüıqçün ümumilikdə 162.62 (yüz altmış iki manat, 62 qəpik) manat olmaqla ondan, 147.84 (yüz qırx yeddi manat, 84 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.78 (on dörd manat, 78 qəpik) manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 189.96 (yüz səksən doqquz manat, 96 qəpik) manat (12 ay x 15.83 manat + 0 manat ilkin ödəniş) olan İMOU DH kameraüçün ümumilikdə, 158.47 (yüz əlli səkkiz manat, 47 qəpik) manat olmaqla ondan, 144.06 (yüz qırx dörd manat, 06 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.41 (on dörd manat, 41 qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1569.20 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 14027766 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 18 ay müddətinə PAKET XXL xidməti, ZƏMANƏT + 2 İL xidməti, İMEİ KDOU **********80906 SAMSUNG GALAXY S24 ULTRA markalı telefonu alıcı Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş ********* nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 18 ay müddətinə MİCROSOFT OFFİCE, WİNDOWS 11 HOME, HP PAVİLİON 15 komputer, BAG TRUST komputer çantasını alıcı Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş 16656156 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 18 ay müddətinə EPSON printeri alıcı Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş 06124385 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 18 ay müddətinə XİAOMİ BUDS 5 qulaqlığı alıcı Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş 04006318 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 18 ay müddətinə HUAWEİ WATCH FİT 2 CLASSİC qol saatını alıcı Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş 19613603 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 18 ay müddətinə XİAOMİ REDMİ BUDS 5 PRO qulaqlığı alıcı Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş 03458567 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 12 ay müddətinə İMOU DH kameranı alıcı Cavabdeh satmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: Müəyyən edilmişdir ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, PAKET XXL xidməti, ZƏMANƏT + 2 İL xidməti, İMEİ KDOU **********80906 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon, MİCROSOFT OFFİCE, WİNDOWS 11 HOME, HPPAVİLİON 15 komputer, BAG TRUST komputer çantası, EPSON printer, XİAOMİ BUDS 5 qulaqlıq, HUAWEİ WATCH FİT 2 CLASSİC qol saatı , XİAOMİ REDMİ BUDS 5 PRO qulaqlıq, İMOU DH kamera almış, lakin müqavilənin şərtlərini pozmuş və nəticədə 6069.84 (altı min altmış doqquz manat 84 qəpik) manat borc yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilələr əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilələr üzrə yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Lakin, məhkəmə iddia ərizəsinin “müvafiq müqavilələr üzrə 249.77 və 193.15 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn PAKET XXL xidməti, ZƏMANƏT + 2 İL xidməti, İMEİ KDOU **********80906 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün 2497.70 və MİCROSOFT OFFİCE, WİNDOWS 11 HOME, HP PAVİLİON 15 komputer, BAG TRUST komputer çantası üçün 1931.48 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 249.77 manat dəbbə pulunun azaldılaraq 60 manat və 193.15 manat dəbbə pulunun azaldılaraq 50 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 77,37 (yetmiş yeddi manat otuz yeddi qəpik) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2497,70 (iki min dörd yüz doxsan yeddi manat yetmiş qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 60 (altmış) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1931,48 (bir min doqquz yüz otuz bir manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 410,90 (dörd yüz on manat doxsan qəpik) manat ödənilməmiş hissə, 41,09 (qırx bir manat doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 192,60 (bir yüz doxsan iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 19,26 (on doqquz manat iyirmi altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 172 (bir yüz yetmiş iki) manat ödənilməmiş hissə, 17,20 (on yeddi manat iyirmi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 147,84 (bir yüz qırx yeddi manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 14,78 (on dörd manat yetmiş səkkiz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 144,06 (bir yüz qırx dörd manat altı qəpik) manat ödənilməmiş hissə, 14,41 (on dörd manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5736,92 (beş min yeddi yüz otuz altı manat doxsan iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 77,37 (yetmiş yeddi manat otuz yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2497,70 (iki min dörd yüz doxsan yeddi manat yetmiş qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 60 (altmış) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1931,48 (bir min doqquz yüz otuz bir manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 410,90 (dörd yüz on manat doxsan qəpik) manat ödənilməmiş hissə, 41,09 (qırx bir manat doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 192,60 (bir yüz doxsan iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 19,26 (on doqquz manat iyirmi altı qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 172 (bir yüz yetmiş iki) manat ödənilməmiş hissə, 17,20 (on yeddi manat iyirmi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 147,84 (bir yüz qırx yeddi manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 14,78 (on dörd manat yetmiş səkkiz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 144,06 (bir yüz qırx dörd manat altı qəpik) manat ödənilməmiş hissə, 14,41 (on dörd manat qırx bir qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5736,92 (beş min yeddi yüz otuz altı manat doxsan iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 77,37 (yetmiş yeddi manat otuz yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2290/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2290/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver