Məhkəmə qərarları › İş №e-2(009)-2297/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2297/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2297/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsinin xitamı, lizinq müqaviləsi üzrə borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsinin xitamı, lizinq müqaviləsi üzrə borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 183/22 saylı Daxili Lizinqi müqaviləsinə əsasən “Mercedes Benz” minik markalı, 77PN535 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cəmi 21.500 manat 36 aylıq müddətinə illik 23%-lə lizinq alana şəxsi istifadə məqsədi ilə verilmişdir. İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z138-1/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Artıq lizinq alan və zamin öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, lizinq alana pretenziya və müqavilənin xitamına dair bildiriş, zaminə isə pretenziya məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixdə lizinq predmeti olan nəqliyyat vasitəsi lizinq verənin əməkdaşları tərəfindən dayanacaqdan təhvil götürülmüşdür. Lakin lizinq predmeti olan nəqliyyat vasitəsi təhvil alınan zaman ona 12.000 manat maddi zərər dəydiyi də müəyyən edilmişdir. Həmçinin həmin tarixə cavabdehlərin-lizinq alanın və zaminin xx.xx.2022-ci il tarixli, CL/M 138-2/23 saylı müqavilə üzrə lizinq verənə 3.110 manat əsas, 2.021 manat lizinq mükafatı, 1.199 manat cərimə borcu olmuşdur. Eyni zamanda artıq mübahisəni danışıqlar yolu ilə həll edə bilmədikləri üçün tərəflərdən bu məsələnin məhkəmə qaydasında həll edilməsi, iddia ərizəsinin hazırlanması, məhkəmədə iddianın müdafiə edilməsi üçün “Arbitrum” Vəkil Bürosunun üzvü Vəkil ilə də 500 manat məbləğində vəkil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan müqaviləyə əlavə edilmiş cədvəl üzrə lizinq ödənişlərini vaxtı vaxtında icra etməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərini vaxtında və lazımınca icra etmədiyi halda gecikdirilmiş məbləğ üçün günlük 0,5% cərimə ödəyir. Həmin müqavilənin 14-cü bəndinə əsasən lizinq alan nəqliyyat vasitəsinin cari və əsaslı təmir edilməsi ilə bağlı öhdəlikləri icra edəcəkdir. Müqavilənin 15-ci bəndinə əsasən lizinqalan əmlakın hər cürə zədələnməsi və dağılmasına görə məsuliyyət daşıyır. Müqavilənin 21-ci bəndinin B yarımbəndinə əsasən Lizinq müddəti ərzində ödəmə cədvəlinə uyğun olaraq lizinq ödənişini icra etməzsə, lizinq müqaviləsinə Lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2022-ci il tarixli, 183/22 saylı Daxili Lizinq müqaviləsinə xitam verilməsi, lizinq alandan lizinq predmetinin təhvil verildiyi tarixə xx.xx.2024-cü il tarixinə Daxili lizinq müqaviləsi üzrə 3.110 manat əsas, 2.021 manat lizinq mükafatı, 1.199 manat cərimə borcu, 12.000 manat dəymiş zərər olmaqla cəmi 18.330,47 manat borcun, vəkil xidmətlərinə görə ödənilmiş 500 manat xidmət haqqı, 147 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Vəkil iddia tələblərini tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz» minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı QSC-nin adına qeydiyyata alınmışdır. İş üzrə lizinq alan Cavabdeh1 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli iltizamına əsasən onunla İddiaçı QSC arasında bağlanmış 183/22 saylı müqaviləyə əsasən aldığı “Mercedes Benz” minik markalı, buraxılış ili 2013, ban nömrəsi WDDMH4EB8EJ197390, rəngi ağ olan avtomaşındır. Qrafik üzrə hər ayın 17-si ödənişdir. 30 gün ərzində ödənişi gecikdirərsə İddiaçı QSC tərəfindən avtomobilin müsadirə edilməsinə heç bir etirazı yoxdur. İddiaçı QSC-yə qarşı heç bir iddiası yoxdur. İş üzrə «Lizinq verən» qismində İddiaçı QSC ilə «Lizinq alan» qismində Cavabdeh1 arasında bağlanmış 183/22 №-li xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən Lizinq verən Lizin alan tərəfindən seçilmiş və bu müqaviləyə “Əlavə 2”-də qeyd olunmuş ətraflı təsviri verilmiş lizinq verənə məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür (bənd 1.1). Əmlak Lizinq alana Lizinq verən tərəfindən 12 ay müddətinə lizinqə verilir (bənd 2.1). Qiymətin 6500 manat hissəsi avtomaşının sənədləri Alıcıya verildikdən sonra avans verildikdən sonra avans şəklində Satıcıya ödənilir. Qalan məbləği 21.500 manat hissəsi tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir (bənd 3.1). İş üzrə “Lizinq verən” qismində İddiaçı QSC ilə “Zamin” qismində Cavabdeh2 və “Lizinq alan” qismində Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, Z183/22 saylı zaminlik müqaviləsinə əsasən zamin Lizinq verən qarşısında Lizinq alanın xx.xx.2022-ci il tarixli 183/22 saylı illik 23%, 21.500 manat məbləğində, 12 ay müddətinə X4 müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə “Satıcı” qismində X2, “Lizinq verən” qismində “X7” QSC-nin qanuni təmsilçi X1 və “Lizinq alan” Cavabdeh1 tərəfindən 183/22 saylı, xx.xx.2022-ci il tarixli “X4” Müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar tərtib edilmiş aktından və xx.xx.2022-ci il tarixli, 183/22 saylı X4 Müqaviləsinə 2 saylı Əlavədən görünür ki, “Satıcı”ya məxsus və qeyd olunan Müqavilənin 1-ci bəndinə nəzərdə tutulan - «Mercedes Benz» minik markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi (lizinq predmeti) sahiblik və istifadə edilməsi üçün “Lizinq alan”a təhvil verilmiş, “Lizinq alan” isə onu təhvil almışdır. Təhvil verilən lizinq predmeti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır və tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 183/22 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3.110,02 manat əsas, 2.021,39 manat faiz, 1.199,06 manat cərimə, lizinq obyektinə dəymiş zərər 12.000 manat, cəmi 18.330,47 manat borcu var. İş üzrə İddiaçı QSC-nin sifarişi əsasında Mərkəzi Bankın reyestrinə (reyestr No DX-04/05-145) daxil edilən müstəqil ekspert Əhməd Talıblı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ZA- 1010/FS nömrəli qiymətləndirməyə dair hesabatdan görünür ki, İddiaçı QSC-yə məxsus 2013-cü il buraxılışlı, BAN No WDDMHEB8EJ197390, “Mercedes Benz” minik markalı, 77PN535 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixinə real bazar dəyəri 12.000 manat təşkil edir. İş üzrə “X9” ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 183/23 nömrəli xəbərdarlıqdan (pretenziya məktubundan) görünür ki, xx.xx.2022-ci il tarixli 183/22 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı ASC-nə məxsus “Mercedes Benz” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh1 illik 23% hesablanmaqla 36 ay müddətinə, 21.496,52 manat məbləğində pulu “X9” ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilə əsasında öhdəliklərini icra etmədiyi 88 gün gecikmə əsasında xx.xx.2023-cü il tarixə “X9” ASC-yə 4.056,37 manat gecikdirilmiş borcu yaranmışdır. Həmçinin “X9” ASC-nin mülkiyyətində “Mercedes Benz” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh1 verilmiş etibarnamənin müddəti bitmişdir. Nəzərinə çatdırırlar ki, lizinq obyektindən heç bir hüquqi əsaslar olmadan istifadə etdiyi müddət ərzində lizinq obyektindən istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyəti Cavabdeh1 daşıyır. Yuxarıda göstərilənləri rəhbər tutaraq Cavabdeh1 göstərilən məbləği 3 gün ərzində ödəməsini tələb edirlər. Əks təqdirdə xx.xx.2022-ci il tarixli 183/22 saylı daxili lizinq müqaviləsinə, həmin müqavilənin aidiyyatı bəndlərinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-751-ci maddələrinə əsasən xitam veriləcək, həmçinin yaranmış borcun və lizinq obyektinin qaytarılması məhkəmə qaydasında tələb ediləcəkdir. Bu zaman məhkəmə qaydasında yuxarıda göstərilən məbləğdən əlavə müqavilə ilə nəzərdə tutulmuş borc vaxtında ödənilmədiyinə görə dəbbə pulu da tələb olunacaqdır. İş üzrə “X9” ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 255 nömrəli pretenziyadan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 183/22 saylı lizinq müqaviləsinə əsasən lizinq verən ona məxsus olan “Mercedes Benz” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşını müqavilə ilə müəyyən edilmiş aylıq ödəniş müqabilində və müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Bu müqavilə üzrə lizinq alan Cavabdeh1 öhdəliklərini kobudcasına pozaraq 155 gündən çoxdur ki, lizinq ödənişlərini icra etməmişdir. Dəfələrlə ona borcun ödənilməsi üçün müraciət etsələr də, o, müqavilə qanunvericiliklə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Dəfələrlə tərəfindən lizinq alana lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməyi bardə həm yazılı həm də şifahi qaydada icra etməyi bildirsələr də, lizinq alan öz öhdəliklərini vaxtında və lazımınca icra etməmişdir. Bu səbəbdən bildirirlər ki, həm Mülki Məxəllənin, həm də aralarında bağlanmış müqavilənin tələblərini rəhbər tutaraq xx.xx.2022-ci il tarixli, 183/22 saylı lizinq müqaviləsinə vaxtından əvvəl xitam verirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq aralarında imzalanmış xx.xx.2022-ci il tarixli 183/22 saylı Lizinq müqaviləsi üzrə əsas borc 3.110,02 manat, 2.021,39 manat lizinq mükafatı, 1.199,06 manat cərimə borcu və nəqliyyat vasitəsi aşkarlandıqdan sonra müəyyən edilmiş 12.000 manat dəymiş zərər olmaqla, cəmi 18.330,47 manat borcu 3 gün ərzində ödəməyi tələb edirlər. Əks halda müqavilə üzrə pozulmuş hüquqlarının bərpası və borcun və dəymiş zərərin ödənilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edəcəklər. İş üzrə “X9” ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 253 nömrəli pretenziyadan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 183/22 saylı lizinq müqaviləsinə əsasən lizinq verən ona məxsus olan “Mercedes Benz” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşını müqavilə ilə müəyyən edilmiş aylıq ödəniş müqabilində və müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Eyni zamanda yuxarıda qeyd edilən müqavilənin təminatı olaraq Cavabdeh2 ilə “X9” ASC arasında imzalanmış xx.xx.2022ci il tarixli Z183/22 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 öhdəlikləri üzrə birgə məsuliyyət daşıyır. Bu müqavilə üzrə lizinq alan Cavabdeh1 öhdəliklərini kobudcasına pozaraq 155 gündən çoxdur ki, lizinq ödənişlərini icra etməmişdir. Dəfələrlə ona borcun ödənilməsi üçün müraciət etsələr də, o, müqavilə qanunvericiliklə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Dəfələrlə tərəfindən lizinq alana lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməyi bardə həm yazılı həm də şifahi qaydada icra etməyi bildirsələr də, lizinq alan öz öhdəliklərini vaxtında və lazımınca icra etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq aralarında imzalanmış xx.xx.2022-ci il tarixli 183/22 saylı Lizinq müqaviləsi üzrə əsas borc 3.110,02 manat, 2.021,39 manat lizinq mükafatı, 1.199,06 manat cərimə borcu və nəqliyyat vasitəsi aşkarlandıqdan sonra müəyyən edilmiş 12.000 manat dəymiş zərər olmaqla, cəmi 18.330,47 manat borcu 3 gün ərzində ödəməyi tələb edirlər. Əks halda müqavilə üzrə pozulmuş hüquqlarının bərpası və borcun və dəymiş zərərin ödənilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edəcəklər. İş üzrə “X9” ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 259 nömrəli pretenziyadan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2022-ci il tarixli 183/22 saylı lizinq müqaviləsinə əsasən lizinq verən ona məxsus olan “Mercedes Benz” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşını müqavilə ilə müəyyən edilmiş aylıq ödəniş müqabilində və müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Bu müqavilə üzrə lizinq alan Cavabdeh1 öhdəliklərini kobudcasına pozaraq 155 gündən çoxdur ki, lizinq ödənişlərini icra etməmişdir. Dəfələrlə ona borcun ödənilməsi üçün müraciət etsələr də, o, müqavilə qanunvericiliklə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Dəfələrlə tərəfindən lizinq alana lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməyi bardə həm yazılı həm də şifahi qaydada icra etməyi bildirsələr də, lizinq alan öz öhdəliklərini vaxtında və lazımınca icra etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq aralarında imzalanmış xx.xx.2022-ci il tarixli 183/22 saylı Lizinq müqaviləsi üzrə əsas borc 3.110,02 manat, 2.021,39 manat lizinq mükafatı, 1.199,06 manat cərimə borcu və nəqliyyat vasitəsi aşkarlandıqdan sonra müəyyən edilmiş 12.000 manat dəymiş zərər olmaqla, cəmi 18.330,47 manat borcu 3 gün ərzində ödəməyi tələb edirlər. Əks halda müqavilə üzrə pozulmuş hüquqlarının bərpası və borcun və dəymiş zərərin ödənilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edəcəklər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə lizinq alan Cavabdeh1 arasında “Mercedes Benz” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomaşının müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə verilməsi yolu ilə xx.xx.2022-ci il tarixdə 183/22 saylı X5 müqaviləsi bağlanılmış və həmin müqavilənin şərtinə əsasən lizinq alan lizinq obyektinin dəyərini illik 23% hesablanmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür və həmin X5 müqaviləsinin təminatı kimi digər Cavabdeh2 iddiaçı qarşısında zamin kimi çıxış etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bununla da onun 3.110 manat əsas borcu, 2.021 manat lizinq mükafatı borcu və 1.199 manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh1 tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş və onun tərəfindən müqavilə üzrə ödənilməli olan lizinq ödənişləri həyata keçirilmədiyindən, Lizinq verən iddiaçı təşkilat müqavilənin ləğv edilməsi və öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəsillənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektinin mübahisəsiz geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd edilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən мüqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən тərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən pozulduğundan, yəni lizinq müqaviləsi üzrə lizinq ödənişləri ödənilmədiyindən, həmin hal müqavilənin şərtlərinin pozulması kimi qiymətləndirilməli və bu səbəbdən qanunvericiliyin tələblərinə və daxili lizinq müqaviləsinin 21-ci bəndinin “b” yarımbəndinə əsasən xx.xx.2022-ci il tarixli 183/22 saylı X5 müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin əsas və lizinq mükafatı borcunun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən lizinq alan müqaviləyə əlavə edilmiş cədvəl üzrə lizinq ödənişlərini vaxtı vaxtında icra etməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən lizinq alan lizinq ödənişlərini vaxtında və lazımınca icra etmədiyi halda gecikdirilmiş məbləğ üçün günlük 0,5% cərimə ödəyir. Məhkəmə qeyd edir ki, lizinq verənin mükafatı kimi maliyyəşdirilən məbləğə illik 23% ilə hesablanaraq ödənilməli olan məbləğ cavabdeh tərəfindən ödənilmədiyindən, həmçinin müqavilənin şərtlərinə əsasən lizinq alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilməməsi onu lizinq ödənişlərinin həyata keçirməkdən azad etmədiyindən, iddia tələbi 3.110 manat əsas borcun və 2.021 manat lizinq mükafatı borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcu kimi 1.199 manat məbəlğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə daxili lizinq müqaviləsi üzrə ödənilməli olan məbləğin və ödənilməmiş qalmış əsas və mükafat borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (cərimə borcu) miqdarı 169 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin lizinq obyektinə dəymiş ziyanın əvəzi kimi 12.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan avtomaşın cavabdeh tərəfindən istismar olunarkən avtomaşına ziyan dəymiş və avtomaşın ziyana uğramış şəkildə iddiaçıya təhvil verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 istifadəsində olan lizinq obyekti olan avtomaşına dəymiş ziyanın aradan qaldırmaq üçün 12.000 manat məbləğində pul tələb olunur (Mərkəzi Bankın reyestrinə daxil edilən müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş qiymətləndirməyə dair hesabata əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinin 15-ci maddəsinə əsasən lizinq obyektini hər cürə zədələnməsi və dağılmasına görə lizinq alan məsuliyyət daşıdığından, avtomaşına dəymiş 12.000 manat maddi ziyanın tutulması ilə bağlı tələb də əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin lizinq müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdeh olan zamindən də müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəməyə təqdim edilmiş iddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən müqavilə tərəflərin onu imzalandığı tarixdə qüvvəyə minir və mövcud müqavilə ilə təmin olunmuş öhdəliklərin tam icra olunana qədər qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından göründüyü kimi tərəflər arasında müqavilə bağlanılarkən müqavilənin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfləri kənar yardım olmadan müqavilə üzrə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilsinlər. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsində zaminliyin qüvvədə olma müddətinin lizinqverənin lizinq müqaviləsi üzrə öhdəlikləri tam icra etdiyi vaxtadək göstərilməsi, müddəti təyin edilməyən müqavilə kimi hesab edilməlidir. Yəni zaminlik müqaviləsində lizinq müqaviləsi üzrə borcalanın bütün öhdəlikləri tam yerinə yetirilənədək qüvvədə qalması kimi müəyyən edilməsi, müqavilənin müddəti kimi şərh edilə bilməz. Belə olan halda qanunvericilik X5 müqaviləsi üzrə öhdəliyin icra vaxtının çatdığı gündən lizinqverənin zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən, xx.xx.2023-cü il tarixdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq iddiaçı zaminə qarşı iddia irəli sürmədiyi üçün (X5 müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir), hazırda zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi zaminə qarşı münasibətdə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 lizinq müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi və lizinq obyektinə vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı iddiaçının xeyrinə əsas borc kimi 3.110 manat, lizinq mükafatı kimi 2.021 manat, cərimə borcu kimi 169 manat və vurulmuş ziyanın əvəzi kimi 12.000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə təmin olunmuş tələbə mütənasib olaraq 141,90 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardım xərcinə görə 500 manat məbləğində pulun tutulmasını iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardım xərcinə görə 500 manat məbləğində pulun tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 183/22 saylı X5 müqaviləsi ləğv edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 183/22 saylı X5 müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 3.110 manat əsas borc, 2.021 manat lizinq mükafatı və 169 manat cərimə borcu, həmçinin vurulmuş ziyanın əvəzi kimi 12.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 141,90 manat, cəmi 17.441,90 (on yeddi min dörd yüz qırx bir manat, doxsan qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə və Cavabdeh2 qarşı münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar