Məhkəmə qərarları › İş №e-2(009)-2303/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2303/2024

06.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2303/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 90 saylı evin 4 saylı mənzili X3na məxsus olmuşdur. X3 xx.xx.2023-cü il tarixdə X18 X10 Yardım şöbəsində vəfat etmişdir. X3 mülkiyyətində olan Bakı şəhəri, Mehdi Hüseyn küçəsi, 90 saylı evin 4 saylı mənzilini xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq edilmiş vəsiyyətnamə əsasında ona vəsiyyət etmişdir. X5 xx.xx.2023cü il tarixdə notariat orqanında rəsmiləşdirilmiş ərizə ilə anası X4 ona çatası miras payını qəbul etməkdən onun xeyrinə imtina etmişdir. xx.xx.2021-ci il tarixdə adın dəyişdirilməsi haqqında şəhadətnamə əsasında ata adı İddiaçı “Zahir oğlu”ndan İddiaçı “Zahiroviç” kimi dəyişdirilmişdir. xx.xx.2024-cü il tarixdə tərəfindən X3nın vəfat etdiyi X21 müraciət olunaraq, xx.xx.2023-cü il tarixdə 1 saylı Şəhər Klinik Xəstəxanasının X25 şöbəsində (Acıl şöbəsi) vəfat etmiş X6 barəsində ölüm haqqında xəbərdarlıq vərəqənin (ölümün səbəbini göstərilməklə), epikrizin (xəstəxanada yatma haqqında çıxarış), eləcə də Tamilla Əzizovanın vəfat etməsinə dair digər sənədlərin təsdiq olunmuş surətlərinin rəsmi qaydada təqdim edilməsi xahiş edilmişdir. X22 X23 Şəxsin xx.xx.2024cü il tarixli, 18-1-2/2-A-68-xx-xx/2024 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə X18 X10 Yardım şöbəsinə gətirilmiş X7 xx.xx.2023-cü il tarixdə, saat 18.00-da bioloji ölüm baş vermişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə tərəfindən ərizə ilə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə müraciət olunaraq xx.xx.2023-cü il tarixdə X18 X10 Yardım şöbəsində vəfat etmiş X6 ölümü haqqında şəhadətnamənin verilməsinin təmin edilməsi xahiş edilmişdir. Ərizəyə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsindən xx.xx.2024-cü il tarixli 3-16-5/7/15/237 saylı məktubla cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilmiş və bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra X6 ölüm faktı məhkəmə tərəfindən müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə tərəflərdən ölüm haqqında şəhadətnamə əldə edilmişdir. Bununla yanaşı məhkəməyə məlum edir ki, tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət edərək X4 miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Bakı şəhəri 46 saylı notariat ofisindən müraciətinə xx.xx.2024-cü il tarixli X/1508 saylı məktubla cavab olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Gecikdirmənin müddətinin uzadılması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunur. Beləliklə X3 tərəfindən ona vəsiyyət edilmiş miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti yuxarıda göstərilən üzrlü səbəbdən ötürmüşdür. Bu səbəbdən mirasın qəbulu üçün gecikdirilmiş müddətin uzadılması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq iddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin onun tərəfindən qəbul edilməsi üçün gecikdirilmiş müddətin səbəbini üzrlü sayaraq uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, iddiaçı tərəfindən notariat orqanına miras əmlaka vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunda müəyyən edilmiş müddət ərzində müraciət olunmuşdur. Hətta atası xx.xx.2023-cü il tarixdə öz vərəsəlik payından oğlu Ramizin xeyrinə imtina etmişdir. Lakin notariat orqanı ölüm şəhadətnaməsi olmadığı üçün onlara miras qoyanın ölümünün təsdiq edilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmələrini bildirmiş, qeydiyyat şöbəsində də ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmiş, məhkəməyə müraciətt etmək istəyərkən məlum olmuşdur ki, iddiaçının əmisi artıq məhkəməyə müraciət etmişdir. Lakin qətnamə icraya yönəlsə də, ölüm şəhadətnaməsini əmisi almamış, onların müraciəti əsasında ölüm şəhadətnaməsi əldə edilmiş, vərəsəliyin rəsmiləşdirilməsi üçün notariusa müraciət olunarkən onlara imtina edilmiş və məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, X14 xx.xx.1955-ci ildə Azərbaycan SSR Bakı şəhərində anadan olmuş, atası X15, anası X2 göstərilmişdir. İş üzrə Rusiya Federasiyasının Moskva şəhəri “Preobrajenskoye” DİŞ 2 saylı X13 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Rusiya Federasiyası Vətəndaşının 45 01 361559 nomrəli pasportdan çıxarışının notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, X14 xx.xx.1955-ci ildə Azərbaycan SSR-nin Bakı şəhərində anadan olmuşdur. İş üzrə doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı Zahir oğlu xx.xx.1980-cı ildə Azərbaycan SSR Bakı şəhərində anadan olmuş, X5, anası X11 kimi göstərilmişdir. İş üzrə Rusiya Federasiyasının Moskva VVAQ İdarəsinin Boqorodskiy VVAQ Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş adın dəyişdirilməsi haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı Zahir oğlu ata adını İddiaçı kimi dəyişdirmişdir. Bu barədə adın dəyişdirilməsi haqqında xx.xx.2021-ci il tarixdə ********************0 nömrəli akt yazısı tərtib edilmişdir. İş üzrə Rusiya DİN Moskva şəhəri üzrə Bİ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Rusiya Federasiyası Vətəndaşının 45 21 488509 nomrəli pasportdan çıxarışının notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildə Azərbaycan SSR-nin Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, M.Hüseyn küçəsində yerləşən 90 saylı evin 4 saylı mənzili tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. İş üzrə X12 tərəfindən yazılmış və Cavabdeh təsdiq edilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ona məxsus olan və ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.1980-cı il təvəllüdlü nəvəsi İddiaçı Zahir oğluna vəsiyyət edilmişdir. Həmin vəsiyyətnamənin ləğv edilməsi və dəyişdirilməsi barədə notariat ofisinə məlumat daxil olmaması, vəsiyyətnamənin qüvvədə olması barədə Bakı şəhəri 46 saylı notariusu Tamilla Kərimova tərəfindən xx.xx.2024-cü il tarixdə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhahətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 210 No ilə qeyd edilmişdir. İş üzrə X14 tərəfindən xx.xx.2023-cü il tarixdə notarial qaydada yazılmış və azərbaycan dilinə tərcümə edilmiş ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X1 ona çatacaq mirasdan bütün vərəsəlik əsasları ilə xx.xx.1980-cı il təvəllüdlü İddiaçı xeyrinə imtina etmişdir. İş üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X30” X28 “X24” X28 tərəfindən İddiaçı nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X12 xx.xx.2023-cü il tarixdə X18 X10 Yardım şöbəsinə gətirilmişdir. Xəstəyə göstərilən tədbirlərə baxmayaraq xx.xx.2023-cü il tarixdə saat 18.00-da xəstədə bioloji ölüm baş vermişdir. Bu barədə 20-ci Polis Bölməsinə məlumat verilmiş, 20-ci Polis Bölməsinin əməkdaşları X10 Yardım şöbəsinə gələrək meyiti təhvil almışdırlar. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş üzrə Bakı şəhəri 46 saylı notariat ofisinin notariusu Tamilla Kərimova tərəfindən Rusiya Federasiyasının vətəndaşı İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, X/1508 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X4 miras qalmış əmlaklara vərəsəlik şəhadətnaməsinin verilməsinə dair Bakı şəhəri 46 saylı notariat ofisinə xx.xx.2024-cü il tarixdə ünvanmış müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (maddə 1134.1). Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (maddə 1134.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş üzrə Azərbaycan Respublikasıın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Publik Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Fides” vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1, 4 saylı mənzil xx.xx.1995-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 90 saylı evin 4 saylı mənzili tam mülkiyyət hüququ üzrə iddiaçının X3nın mülkiyyətində olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının nənəsi xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq edilmiş vəsiyyətnaməyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 90 saylı evin 4 saylı mənzilini iddiaçıya vəsiyyət etmişdir. X12 xx.xx.2023-cü ildə “X24” X19 X10 Yardım Şöbəsində vəfat etmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının X5 notarial qaydada ərizə yazaraq xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X1 ona çatacaq mirasdan bütün vərəsəlik əsasları ilə iddiaçının xeyrinə imtina etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 90 saylı evin 4 saylı mənzili X3na məxsus olmuşdur. X3 xx.xx.2023-cü il tarixdə X18 X10 Yardım şöbəsində vəfat etmişdir. X3 mülkiyyətində olan Bakı şəhəri, Mehdi Hüseyn küçəsi, 90 saylı evin 4 saylı mənzilini xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq edilmiş vəsiyyətnamə əsasında ona vəsiyyət etmişdir. X5 xx.xx.2023-cü il tarixdə notariat orqanında rəsmiləşdirilmiş ərizə ilə anası X4 ona çatası miras payını qəbul etməkdən onun xeyrinə imtina etmişdir. xx.xx.2021-ci il tarixdə adın dəyişdirilməsi haqqında şəhadətnamə əsasında ata adı İddiaçı “Zahir oğlu”ndan İddiaçı “Zahiroviç” kimi dəyişdirilmişdir. xx.xx.2024-cü il tarixdə tərəfindən X3nın vəfat etdiyi X21 müraciət olunaraq, xx.xx.2023-cü il tarixdə 1 saylı Şəhər Klinik Xəstəxanasının X25 şöbəsində (Acıl şöbəsi) vəfat etmiş X6 barəsində ölüm haqqında xəbərdarlıq vərəqənin (ölümün səbəbini göstərilməklə), epikrizin (xəstəxanada yatma haqqında çıxarış), eləcə də Tamilla Əzizovanın vəfat etməsinə dair digər sənədlərin təsdiq olunmuş surətlərinin rəsmi qaydada təqdim edilməsi xahiş edilmişdir. X22 X23 Şəxsin xx.xx.2024-cü il tarixli məktubu ilə cavab olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə X18 X10 Yardım şöbəsinə gətirilmiş X7 xx.xx.2023-cü il tarixdə, saat 18.00-da bioloji ölüm baş vermişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə tərəfindən ərizə ilə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə müraciət olunaraq xx.xx.2023-cü il tarixdə X18 X10 Yardım şöbəsində vəfat etmiş X6 ölümü haqqında şəhadətnamənin verilməsinin təmin edilməsi xahiş edilmişdir. Ərizəyə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsindən xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilmiş və bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra X6 ölüm faktı məhkəmə tərəfindən müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə tərəflərdən ölüm haqqında şəhadətnamə əldə edilmişdir. Onun tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət edərək X4 miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Bakı şəhəri 46 saylı notariat ofisindən müraciətinə xx.xx.2024-cü il tarixli X/1508 saylı məktubla cavab olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Gecikdirmənin müddətinin uzadılması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunur. Beləliklə X3 tərəfindən ona vəsiyyət edilmiş miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti yuxarıda göstərilən üzrlü səbəbdən ötürmüşdür. Bu səbəbdən iddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin onun tərəfindən qəbul edilməsi üçün gecikdirilmiş müddətin səbəbini üzrlü sayaraq uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Məhkəmə qeyd edir ki, göstərilən Plenum Qərarında vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab verməməsi, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxarması, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməməsi qeyd edilərək qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsənin mirası qəbul etmiş vərəsə hesab edilməsi və vərəsələr arasında miras əmlakın bölüşdürülməsinin Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınsa da, Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Hazırkı hüquq münasibəti qeyd edilən Qərardan əvvəl yarandığı üçün məhkəmə verilmiş tələblə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Göstərilən Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məhkəmə qeyd edir ki, şəxs öz sağlığında ölüm hadisəsi olacağı halda öz əmlakının hüquqi taleyi barədə sərəncam verə bilər. Göstərilən şəxs öldükdə onun hüquq və vəzifələri həmin sərəncamda göstərilən şəxslərə keçir. Bu cür vərəsəlik mülki hüquq elmində (doktrinasında), qanunvericilikdə və məhkəmə praktikasında vəsiyyət üzrə vərəsəlik adlanır. Vəsiyyət üzrə vərəsəlik onu ifadə edir ki, vəsiyyət edənin (miras qoyanın) vərəsəli olan şəxslərin dairəsi vərəsəliyin şərtləri və qaydası bilavasitə qanunun özü ilə yox, miras qoyanın iradəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Eyni Məcəllənin 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, vəsiyyətdə yalnız bir şəxsin – miras qoyan şəxsin iradəsi ifadə olunur. Vəsiyyətin edilməsi və onun hüquqi qüvvəyə minməsi üçün yalnız həmin şəxsin iradə ifadəsi kifayətdir. Buna görə də vəsiyyət öz hüquqi təbiətinə görə birtərəfli əqdir. Vəsiyyətnamə isə vəsiyyət edənin iradəsinin yazılı formada ifadəsidir. Yəni vəsiyyətnamə şəxsin öz əmlakı barədə şəxsi iradəsinin ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir, həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Məhkəmə qeyd edir ki, vəsiyyətnamənin yazılı formada tərtib edilməsi onu ifadə edir ki, vəsiyyətnamə tərtib edən şəxsin – vəsiyyət edən şəxsin iradəsi müəyyən sənəddə öz əksini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının nənəsi xx.xx.2016-cı il tarixdə mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 90 saylı evin 4 saylı mənzilə dair iddiaçının adına vəsiyyətnamə tərtib etmiş və xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Lakin miras qoyanın ölüm şəhadətnaməsinin alınması ilə bağlı iddiaçının qeydiyyat şöbəsinə müraciətinə müsbət cavab verilməmiş, bununla bağlı məhkəməyə müraciət olunmuş və ölüm haqqında şəhadətnaməni yalnız xx.xx.2024-cü il tarixdə,yəni hazırkı tələblə məhkəməyə müraciət etməmiş 4 gün əvvəl əldə etmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. Məhkəmə qeyd edir ki,qanunvericilik mirasın vərəsələr tərəfindən qəbul edilməsinin müddətlərini müəyyən edir. Qanunla müəyyən edilmiş müddət ötürüldüyü halda həmin müddətin uzadılması barədə vərəsə həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsini məhkəmədən xahiş edə bilər. Məhkəmə tərəfindən gecikmiş vərəsənin miras payı qəbul etmə müddəti uzadıldıqda onun miras payı almaq hüququ bərpa edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə İddiaçı Rusiya Feredasiyasının vətəndaşı olmaqla orada yaşamasını, miras qoyanın ölüm şəhadətnaməsinin uzun müddət keçdikdən sonra əldə edilməsini, mərhum X4 qalan vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi ilə bağlı iradə ifadəsinin olmasını, lakin bunun üçün müəyyənləşdirilmiş müddəti ötürülməsini üzrlü hesab edərək belə qənaətə gəlir ki, həmin müddətin 2 ay uzadılması məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X6 25 avqust 2023-cü il tarixdə vəfatından sonra qalmış Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində 90 saylı evin 4 saylı mənzili üzərində vəsiyyətnamə üzrə mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilməli və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. X6 25 avqust 2023-cü il tarixdə vəfatından sonra qalmış Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində 90 saylı evin 4 saylı mənzili üzərində vəsiyyətnamə üzrə mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzrlü hesab edilsin və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar