Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2313/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İri şəhərlərin X11 Xidməti” X12rşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri şəhərlərin X11 Xidməti” X12rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına göndərilmiş 2.857,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildən etibarən Yasamal rayonu, A.Ağayev küçəsi, ev 44 ünvanından çıxıb və ünvan 2ında yaşayır. Buna baxmayaraq, Yasamal rayon Sukanal idarəsi tərəfindən onun adına həmin ünvana 2.857,40 manat məbləğində su borcu bildirişi göndərilib. Bildirşdə qeyd edilir ki, həmin evdə 17 nəfər ailə üzvü yaşayır, lakin bu həqiqətə uyğun deyil. Onun ailəsi 4 nəfərdən ibarətdir və bu rəsmi ailə tərkibi barədə arayışda da öz təsdiqini tapır. 2005-ci ildən etibarən həmin ünvanda yaşamaması və ailə üzvlərinin sayının yalnış qeyd olunması ilə əlaqədar bu borcun silinməsini tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş və iddia tələbinə uyğun izahat verərək eləcə də bildirmişdir ki, ünvan 1 ünvan 17 otaqdan ibarət olmuş, həmin evdə 17 nəfər qeydiyyatda olsa da, mənzilin 1 mülkiyyətçisi olub X5. İddiaçı həmin evdə sahəsi 10 kv.m. olan anbar kimi otaqda 4 nəfərdən ibarət ailəsi ilə yaşayıb. A.Ağayev küçəsi, 44 saylı evin bir mülkiyyətçisi olsa da, oradakı mənzillərin hər birinin özünə məxsus qaz, su və işıq sayğacları olub. 2005-ci ildə iddiaçı ailə şəraitini yaxşılaşdıraraq Bakı şəhəri, ünvan 2a köçüb və həmin vaxtdan hal-hazıradək bu ünvanda ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. İddiaçı əvvəlki ünvandakı mənzildən köçəndən sonra onun yaşadığı 1 otaqlı mənzildə yaşayış olmayıb, təxminən 2019-2020-ci illərdə pandemiya dövründə həmin ünvanda yanğın olub və ev yararsız hala düşüb. İddiaçı 2005-ci ildən A.Ağayev küçəsi, 44 saylı evdə yaşadığı 1 otaqlı mənzildən başqa ünvana köçdüyü halda, ona yazılmış su borcu əsassızdır. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, ünvan 1 ünvanda bir mülkiyyətçi olsa da, orada mənzillər çoxdur. Həmin ünvan üzrə indiyədək hər hansı borc ödənilməmişdir. 2005-ci ildən 2010-cu ilədək olan borclar Prezidentin sərəncamı ilə silinib. Hazırda iddiaçıdan tələb olunan borc 2017-ci ildən yaranıb. 2022-ci ildən iddiaçıya 684 manat borc yazılıb. 2024-cü ildə borc 2856 manat olub. 2024-cü ilin may ayında həmin ünvandakı mənzillərə ayrı-ayrı sayğaclar qoyulub və borc həmin sayğaclara yüklənib. İddiaçı borcu ödəmək istəyərsə, 2022-ci ildən 4 nəfər ailə tərkibinə görə istifadə olunan su sərfiyyatı üçün borc aşağıdakı kimi hesablana bilər: 1 aya görə 20 manat olmaqla 1 il üçün 240 manat. 2022-ci və 2023-cü illər üçün həmin məbləğ 480 manat edir. 2024-cü ilin 5 ayı üçün 100 manat olmaqla, cəmi borc 580 manat təşkil etmiş olur. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət”mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5-8-09056024 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1964-cü ildə İsmayıllı rayonu, Lahic kəndində anadan olmuş, arvadı X7 xx.xx.1965ci ildə doğulmuş, qızı X8 xx.xx.1990-cı ildə doğulmuş və oğlu X9 xx.xx.1992-ci ildə doğulmuşdur. İş materiallarında olan daşınmaz əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, döngə 5, 28 saylı ev xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC “İri Şəhərlərin Su Təchizatı Xidməti” PHŞ Yasamal rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı su borcu 2857.40 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC Səbail rayon Sukanalı İdarəsinin Hesab Fakturasından görünür ki, İddiaçı su borcu 2857.40 manat təşkil edir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsinin 30/315 saylı, xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 17 otaqlı, ümumi sahəsi 343,7 kv.m., yaşayış sahəsi 208,36 kv.m. olan 44/46 saylı fərdi yaşayış evinin 1/2 payı xüsusi mülkiyyət hüququ üzrə X6 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin ünvan 5 ünvanda yaşayan sakinlərə xx.xx.2008-ci il tarixli cavab məktubundan görünür ki, həmin sakinlərin 14 oktyabr 2008-ci il tarixli kollektiv müraciətilə əlaqədar olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 sayı Sərəncamı ilə "xxxx" MMC (“Altes Plaza”) 2 ədəd 1 girişli 18-20 mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0,7 ha torpaq sahəsi ayrılmışdır. Sakinlərin yaşadıqları evlər və yaxınlıqdakı digər fərdi yaşayış evləri MMC-yə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. Sərəncamın müvafiq bəndinə əsasən, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin mövcud qanunvericilik əsasında köçürülməsi MMC tərəfindən həyata keçirilməlidir. Qeyd edilənləri nəzərə alaraq, tikinti ərazisi ilə fərdi yaşayış evləri arasındakı məsafənin çox yaxın olduğunu və 2-ci giriş üçün bünövrə çalasının qazıntısı zamanı həmin evlərin təhlükəli vəziyyətə düşdüyünü nəzərə alaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün təcili təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və sakinlərin köçürülməsi məqsədilə Agentlik tərəfindən 29 oktyabr 2008-ci il tarixli 0517 nömrəli “Tapşırıq” verilmişdir. Hal-hazırda həmin ərazidə bütün tikinti işləri dayandırılmış və “Tapşınğ”m İcrası Agentlik tərəfindən nəzarətdə saxlanılır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-19-3/3-9-768/2024 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 2ında qeydiyyatsız yaşayır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-19-3/3-9-817/2024 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 2005-ci ildən ünvan 2ında qeydiyyatsız yaşayır. İş materiallarında olan abonent kartından görünür ki, İddiaçı ünvanında olan sayğacın göstəricisinə görə yekun su borcu 2857.40 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1. bəndində Su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) aşağıdakı vəzifələri göstərilmişdir: 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək). Həmin Qaydaların 7.2-ci maddəsinə əsasən STKM smart-kart tipli olmayan su ölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə" Qaydalarının istehlakçıların hüquqlarına dair 5.1.5-ci maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyrihəqiqiliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, 2005-ci ildən iddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə ünvan 2ında qeydiyyatsız yaşayır. Digər tərəfdən, iş materiallarından görünür ki, ünvan 5 ünvan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 126 sayı Sərəncamı ilə "xxxx" MMC (“Altes Plaza”) 2 ədəd 1 girişli 18-20 mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün ayrılmış 0,7 ha torpaq sahəsinin hüdudları daxilindədir və tikinti ərazisi ilə fərdi yaşayış evləri arasındakı məsafənin çox yaxın olduğunu və 2-ci giriş üçün bünövrə çalasının qazıntısı zamanı həmin evlərin təhlükəli vəziyyətə düşdüyünü nəzərə alaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün təcili təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və sakinlərin köçürülməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən 29 oktyabr 2008-ci il tarixli 0517 nömrəli “Tapşırıq” verilmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı **********0020 saylı abonent koduna hesablanmış 2857,40 (iki min səkkiz yüz əlli yeddi manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-2313/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2313/2024
26.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver