Məhkəmə qərarları › İş №e-2(009)-2320/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2320/2024

28.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2320/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli olan faktların – qohumlu faktlarının və mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdıraraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, xüsusi icraat qaydasında işlər üzrə məhkəmənin vəzifəsi hüquqi əhəmiyyətli olan faktların mövcud olub-olmamasını, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanların və notariat orqanlarının həyata keçirdikləri hərəkətlərin hüquqauyğun olub-olmamasını təsdiq etməkdən, habelə itirilmiş müəyyən növ sənədlərə hüquqları bərpa etməkdən, habelə şəxsin hüquqi statusunu müəyyən etməkdən və s.-dən ibarətdir. Məhkəmə xüsusi icraat qaydasında müəyyən etdiyi faktlardan yaranan hüquqi nəticələrə toxunmur. Xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması və xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Başqa sözlə, xüsusi icraat məhkəmənin hüquq haqqında mübahisənin həlli ilə əlaqədar olmayan və hüquqi faktların və ya halların müəyyənləşdirilməsi, həmçinin notariat və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının hərəkətlərinin qanuniliyinin təmin edilməsi ilə bağlı fəaliyyətdir. Ərizəçi tərəfindən verilmiş ərizəyə gəldikdə hakim qeyd edir ki, onun tərəfindən müəyyən olunması xahiş olunan fakt xüsusi icraat qaydasında baxıla bilməz. Belə ki, ərizəçinin mərhum həyat yoldaşı Asif Nəcəfli tərəfindən analoji faktların müəyyən edilməsi ilə bağlı 2020-ci ildə məhkəməyə verdiyi ərizə üzrə Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul olunmuş, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan ərizənin baxılmamış saxlanılmasının hüquqi əsası kimi notariat orqanı tərəfindən vərəsəlik şəhadərnaməsinin verilməsindən imtina kimi qohumluq əlaqələrinin müəyyən edilməməsi və mirasın qəbulu müddətinin ötürülməsi ilə bağlı olduğu qeyd edildiyindən, ərizəçinin müraciət etmək ardıcıllığına və prosessual qanunvericiliyin tələblərinə müvafiq hüquqi fakt kimi zərurətin mövcudluğunu müəyyən (sübut) etmədən hüquq haqqında mübahisə olan məsələ üzrə xüsusi icraat qaydasında məhkəməyə müraciət edilməli olmaması qeyd edilmişdir. Başqa sözlə həmin məsələlərlə bağlı məhkəməyə iddia icraatı qaydasında müraciət olunmalı idi. Məhkəmə digər tərəfdən qeyd edir ki, ərizəçi tərəfindən Elektron Sistem vasitəsilə verdiyi ərizəyə Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi 21 saylı evə dair 2 çıxarış əlavə edilmişdir. Onlardan biri 1979-cu ildə 5 şəxsin adına 1/5 pay hüququ üzrə verilən mülkiyyətə dair çıxarışdır, digəri 2021ci ildə yalnız 2 şəxsin (ərizəçinin həyat yoldaşı – payı 19/20 hissə, qaynı –payı 1/20 hissə) həmin əmlak üzərində mülkiyyət hüquqlarının olmasına dair verilən çıxarışdır. Ona görə də həmin əmlak üzərində hazırda kimlərin mülkiyyət hüquqlarının mövcud olmasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmalıdır. Hakim digər tərəfdən qeyd edir ki, ərizəçi miras əmlak üzərində mərhum həyat yoldaşının vərəsəlik hüququnun müəyyən edilməsini xahiş edir. Mülki qanunvericiliyin tələblərinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.(MM 1252 maddəsi). Yəni ərizəçi irsi transmissiya qaydasında mərhum həyat yoldaşı tərəfindən qəbul edilməmiş miras əmlakı əldə etmək və mirasdan pay almaq hüququna malikdir. Bu hal nəzərə alınmalıdır. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə də baxır. Beləliklə ərizəçinin verdiyi tələbə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olduğundan, lakin verilmiş ərizə xüsusi icraat qaydasında verildiyindən, həmin ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hakim izah edir ki, ərizəçi iddia icraatı qaydasında mövcud məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməlidir. Beləliklə hakim hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizənin xüsusi icraat qaydasında baxılmasına yol verilmədiyindən, ərizə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə iddia icraatı qaydasında mövcud məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar