Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2361/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC ilə borclu Cavabdeh arasında R0018074 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 939 manat dəyərində olan «Xiaomi Poco X3 Pro 6/128, Al-dəyiş Plus” markalı əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 40 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 899 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 450 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2022-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilənin 1.3-cü bəndinə əsasən tələb hüquqlarını güzəşt edən – "xxxx" MMC borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını tələb hüquqlarını əldə edən – İddiaçı MMC-yə ötürməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı "xxxx" MMC tərəfindən ona xx.xx.2022-ci il tarixə 45 manat məbləğində cərimə hesablanmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı borclu Cavabdehdan İddiaçı MMC-nin xeyrinə 449 manat əsas borcun, 45 manat cərimə və 30 manat dövlət rüsumunun, cəmi 524 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, R0018074 saylı əşyanın nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC Cavabdeh «Xiaomi Poco X3 Pro 6/128” markalı mobil telefonu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 75 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 899 manat təşkil edir. İş üzrə ”Tələb hüquqlarını güzəşt edən” qismində "xxxx" MMC ilə ”Tələb hüquqlarını əldə edən” qismində İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqaviləyə əsasən, tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsi ilə müəyyən olunan hüquqlardan irəli gələrək ”Tələb hüquqlarını güzəşt edən” "xxxx" MMC ilə borclular və digər şəxslər arasında bağlanmış bütün müqavilələr (əşyanın nisyə-alqı satqısı, zaminlik, girov və s.) üzrə bu müqaviləyə əlavə edilən təhvil-təslim aktı əsasında hüquqlarının ”Tələb hüquqlarını əldə edən” İddiaçı MMC-yə ötürülməsi barədə razılığa gəlirlər. Bütün müqavilələr üzrə borcluya qarşı tələb etmək hüququ, əmlak tələbi, əsas borc məbləği daxil olmaqla, faizləri, komissiyaları, o cümlədən müqavilə öhdəliyinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə dəbbə pulu (cərimə) və digər tələblər də daxil olmaqla sanksiyaların hesablanmasını da əhatə edir. Bu müqaviləyə əsasən ”Tələb hüquqlarını güzəşt edən” "xxxx" MMC borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını ”Tələb hüquqlarını əldə edən” İddiaçı MMC-yə ötürməyi öhdəsinə götürür. Bütün müqavilələr üzrə tələb hüququnun ötürülməsi bu müqaviləyə əlavə edilən təhviltəslim aktının imzalanması ilə bitmiş hesab edilir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 899 manat əsas borcundan maliyyə arayışı tərtb edilən xx.xx.2022-ci il tarixədək 450 manat ödəniş etmiş, 449 manat əsas, 45 manat cərimə borcu qalmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən alqı-satqı qiyməti 899 manat olan «Xiaomi Poco X3 Pro 6/128” markalı mobil telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış tələbin güzəşti haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı MMC-yə ötürülmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və iddiaçıya 449 manat əsas borc, 45 manat cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 449 manat əsas borc, 45 manat cərimə, cəmi 494 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli R0018074 saylı (nisyə) alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 449 manat əsas borc, 45 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 524 (beş yüz iyirmi dörd) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2361/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2361/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver