Məhkəmə qərarları › İş №e-2(009)-2412/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2412/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2412/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********43777 SAMSUNG GALAXY A32 markalı telefon üçün 455,71 (dörd yüz əlli beş manat, yetmiş bir qəpik) manat ödənilməmiş hissə, 45,29 (qırx beş manat, iyirmi doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ BAND 6 - GRAPHİTE BLACK üçün 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, 7 (yeddi,) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********77469 SAMSUNG GALAXY A12 markalı telefon üçün 59,96 (əlli doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 5,04 (beş manat, dörd qəpik) manat cərimə, ümumilikdə 647 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq '‘ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "ABC TELECOM” MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********43777 SAMSUNG GALAXY A32 markalı telefon, HUAWEİ BAND 6 - GRAPHİTE BLACK, İmei kodu **********77469 SAMSUNG GALAXY Al2 markalı telefon üçün 647 (altı yüz qırx yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 628,91 (altı yüz iyirmi səkkiz manat, doxsan bir qəpik) manat (18 ay x 33,17 manat + 31,85 manat ilkin ödəniş), İmei kodu **********43777 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə 501 (beş yüz bir) manat olmaqla ondan, 455,71 (dörd yüz əlli beş manat, yetmiş bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45,29 (qırx beş manat, iyirmi doqquz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, alqı-satqı qiyməti 363,96 (üç yüz altmış üç manat, doxsan altı qəpik) manat (12 ay x 30 manat + 3.96 manat ilkin ödəniş), HUAWEİ BAND 6 - GRAPHİTE BLACK üçün ümumilikdə, 81 (səksən bir) olmaqla ondan, 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə; xx.xx.2022ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 147,4 (yüz qırx yeddi manat, qırx qəpik) manat (12 ay x 11,7 manat + 7 manat ilkin ödəniş) İmei kodu **********77469 SAMSUNG GALAXY Al2 markalı telefon üçün ümumilikdə, 65 (altmış beş) manat olmaqla ondan 59,96 (əlli doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,04 (beş manat, dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 553,2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən İmei kodu **********43777 SAMSUNG GALAXY A32 markalı telefon, HUAWEİ BAND 6 - GRAPHİTE BLACK, İmei kodu **********77469 SAMSUNG GALAXY Al2 markalı telefon üçün 647 (altı yüz qırx yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 628,91 (altı yüz iyirmi səkkiz manat, doxsan bir qəpik) manat (18 ay x 33,17 manat + 31,85 manat ilkin ödəniş), İmei kodu **********43777 SAMSUNG GALAXY A32 markalı telefon üçün ümumilikdə 501 (beş yüz bir) manat olmaqla ondan, 455,71 (dörd yüz əlli beş manat, yetmiş bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45,29 (qırx beş manat, iyirmi doqquz qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, alqı-satqı qiyməti 363,96 (üç yüz altmış üç manat, doxsan altı qəpik) manat (12 ay x 30 manat + 3.96 manat ilkin ödəniş), HUAWEİ BAND 6 - GRAPHİTE BLACK üçün ümumilikdə, 81 (səksən bir) olmaqla ondan, 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 147,4 (yüz qırx yeddi manat, qırx qəpik) manat (12 ay x 11,7 manat + 7 manat ilkin ödəniş) İmei kodu **********77469 SAMSUNG GALAXY Al2 markalı telefon üçün ümumilikdə, 65 (altmış beş) manat olmaqla ondan 59,96 (əlli doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5,04 (beş manat, dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 553,2 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə müvafiq olaraq İmei kodu **********43777 SAMSUNG GALAXY A32 markalı telefon üçün 455,71 (dörd yüz əlli beş manat, yetmiş bir qəpik) manat ödənilməmiş hissə, 45,29 (qırx beş manat, iyirmi doqquz qəpik) manat cərimə; HUAWEİ BAND 6 - GRAPHİTE BLACK üçün 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; İmei kodu **********77469 SAMSUNG GALAXY A12 markalı telefon üçün 59,96 (əlli doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 5,04 (beş manat, dörd qəpik) manat cərimə, ümumilikdə 647 manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********43777 SAMSUNG GALAXY A32 markalı telefon üçün 455,71 (dörd yüz əlli beş manat, yetmiş bir qəpik) manat ödənilməmiş hissə, 45,29 (qırx beş manat, iyirmi doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ BAND 6 - GRAPHİTE BLACK üçün 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, 7 (yeddi,) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********77469 SAMSUNG GALAXY A12 markalı telefon üçün 59,96 (əlli doqquz manat, doxsan altı qəpik) manat ödənilməmiş hissə, 5,04 (beş manat, dörd qəpik) manat cərimə, ümumilikdə 647 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********43777 SAMSUNG GALAXY A32 markalı telefon üçün 455,71 (dörd yüz əlli beş manat yetmiş bir qəpik) manat ödənilməmiş hissə, 45,29 (qırx beş manat iyirmi doqquz qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ BAND 6 - GRAPHİTE BLACK üçün 74 (yetmiş dörd) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********77469 SAMSUNG GALAXY A12 markalı telefon üçün 59,96 (əlli doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 5,04 (beş manat dörd qəpik) manat cərimə, ümumilikdə 647 (altı yüz qırx yeddi) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar