Məhkəmə qərarları › İş №e-2(009)-2421/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2421/2022

23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2421/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 732 manat, cərimə üzrə 78 manat, cəmi 810 manat; xx.xx.2019-cu il tarixli “Nisyə alqısatqı” müqaviləsinə əsasən əsas borc üzrə 568 manat, cərimə üzrə 62 manat, cəmi 630 manat; xx.xx.2020-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 408 manat, cərimə üzrə 42 manat, cəmi 450 manat; xx.xx.2020-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 405 manat, cərimə üzrə 39 manat, cəmi 444 manat; Ümumilikdə 4 müqavilə üzrə 2334 manat ödənilməmiş borcun və ödənilmiş 43,34 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla, Cavabdeh arasında xx.xx.2019cu il tarixdə Samsung RT 32K5132 S8 markalı soyuducunun, xx.xx.2019-cu il tarixdə LG ** LK ***0 PLF markalı televizorun xx.xx.2020-ci il tarixdə X2 8 T Grey 4/64 GB markalı telefonun və xx.xx.2020-ci il tarixdə X2 8 T Grey 4/64 GB Grey markalı telefonun alqısatqısına dair “Nisyə alqı- satqı" müqavilələri (Müqavilələr) bağlanmışdır. Həmin Müqavilələrə əsasən o, həmin malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada - ödəniş cədvəlinə uyğun, "Malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, Müqavilələrin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilələr ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun xx.xx.2019-cu il tarixli müqavilədən əsas borc üzrə 732 manat, cərimə üzrə 78 manat, cəmi 810 manat; xx.xx.2019-cu il tarixli müqavilədən əsas borc üzrə 568 manat, cərimə üzrə 62 manat, cəmi 630 manat; xx.xx.2020-ci il tarixli müqavilədən əsas borc üzrə 408 manat, cərimə üzrə 42 manat, cəmi 450 manat; xx.xx.2020-ci il tarixli müqavilədən əsas borc üzrə 405 manat, cərimə üzrə 39 manat, cəmi 444 manat; Ümumilikdə 4 müqavilə üzrə 2334 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, (sahibkarlıq fəaliyyəti ilə məşğul olan) iddiaçı Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixdə Samsung RT 32K5132 S8 markalı soyuducunun, xx.xx.2019-cu il tarixdə LG ** LK ***0 PLF markalı televizorun xx.xx.2020-ci il tarixdə X2 8 T Grey 4/64 GB markalı telefonun və xx.xx.2020-ci il tarixdə X2 8 T Grey 4/64 GB Grey markalı telefonun alqı-satqısına dair “Nisyə alqı-satqı" müqavilələri (Müqavilələr) bağlanmışdır. Həmin Müqavilələrə əsasən o, həmin malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada - ödəniş cədvəlinə uyğun, "Malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, Müqavilələrin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilələr ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə ödəməli olduğu borcunu ödəməmişdir. Hazırda onun xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə ümumilikdə 2334 manat borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Müqavilənin 5.3-cü bəndinə əsasən, ödəniş cədvəlindəki gecikmələrə görə Alıcı hər gecikdirilən gün üçün aylıq ödənişin 3%-i həcmində əlavə cərimə ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı məhkəmə qaydasında Cavabdeh onun xeyrinə əsas borc üzrə müqavilələrə müvafiq olaraq 732 manat, 568 manat, 408 manat, 405 manat ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “78 (yetmiş səkkiz) manat, 62 (altmış iki) manat, 42 (qırx iki) manat, 39 (otuz doqquz) manat cərimə borclarının tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilələr üzrə yaranmış 732 (yeddi yüz otuz iki) manat; 568 (beş yüz altmış səkkiz) manat; 408 (dört yüz səkkiz) manat; 405 (dört yüz beş) manat; məbləğində əsas borcların müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və 78 (yetmiş səkkiz) manat, 62 (altmış iki) manat, 42 (qırx iki) manat, 39 (otuz doqquz) manat dəbbə pulların azaldılaraq müvafiq olaraq 30 (otuz) manat; 20 (iyirmi) manat; 10 (on) manat; 10 (on) manat məbləğlərində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 732 (yeddi yüz otuz iki) manat, cərimə üzrə 30 (otuz) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 568 (beş yüz altmış səkkiz) manat, cərimə üzrə 20 (iyirmi) manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 408 (dörd yüz səkkiz) manat, cərimə üzrə 10 (on) manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 405 (dörd yüz beş) manat, cərimə üzrə 10 (on) manat, ümumilikdə 2183 (iki min bir yüz səksən üç) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, dövlət rüsumunun 3,34 qəpik hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 732 (yeddi yüz otuz iki) manat, cərimə üzrə 30 (otuz) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 568 (beş yüz altmış səkkiz) manat, cərimə üzrə 20 (iyirmi) manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 408 (dörd yüz səkkiz) manat, cərimə üzrə 10 (on) manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 405 (dörd yüz beş) manat, cərimə üzrə 10 (on) manat, ümumilikdə 2183 (iki min bir yüz səksən üç) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar