Məhkəmə qərarları › İş №e-2(009)-2422/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2422/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2422/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “ABC TELECOM" MMC ilə xx.xx.2021-cu il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021ci il və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kod **********36306 “İphone 12 Pro” markalı telefon, aspirator “Hansa”, plitə “Hoffmann”, İMEİ kod **********94769 “Samsung Galaxy A03S” markalı telefon, “Magnum Yataq çarpayı Bazali”, “Magnum Yataq” Termo, “X1” və “Doshek Uretan” üçün 2664 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3151,8 manat (18 ay x 175.1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********36306 “İphone 12 Pro” markalı telefon üçün ümumilikdə 1617 manat olmaqla, ondan 1470 manat ödənilməmiş hissə, 147 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 616.02 manat (6 ay x 102.67 manat + 0 manat ilkin ödəniş) məhsul qaytarıldıqdan sonra qalan borc üçün ümumilikdə 616.02 manat olmaqla ondan, 616.02 manat ödənilməmiş hissə, 0 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 948.60 manat (18 ay x 52.7 manat + 0 manat ilkin ödəniş) olan “Hansa” markalı aspirator, “Hoffmann” markalı plitə üçün ümumilikdə, 167.6 manat olmaqla, ondan 152.6 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 426 manat (12 ay x 35.5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kod **********94769 “Samsung Galaxy A03S” markalı telefon üçün ümumilikdə, 149 manat olmaqla, ondan 136 manat ödənilməmiş hissə, 13 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2568 manat (24 ay x 107 manat + 0 manat ilkin ödəniş) olan “Magnum Yataq çarpayı Bazali”, “Magnum Yataq” Termo, “X1” və “Doshek Uretan” üçün ümumilikdə 114.38 manat olmaqla, ondan 104 manat ödənilməmiş hissə, 10.38 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci ildir. Cavabdehin cəmi ödədiyi məbləğ 5231.8 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, “İphone 12 Pro” markalı telefon markalı telefon üçün 1470 manat ödənilməmiş hissə, 147 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən məhsul qaytarılmasından sonra qalan borc 616.02 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Hansa” markalı aspirator, “Hoffmann” markalı plitə üçün 152,60 manat ödənilməmiş hissə, 15 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Samsung Galaxy A03S” markalı telefon üçün 136 manat ödənilməmiş hissə, 13 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Magnum Yataq çarpayı Bazali”, “Magnum Yataq” Termo, “X1” və “Doshek Uretan” üçün 104 manat ödənilməmiş hissə, 10.38 manat cərimə, ümumilikdə 2664 manat borc və 46.64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İMEİ kod **********36306 olan “İphone 12 Pro” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 175,1 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 3151,8 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə razılaşmaya əsasən məhsul qaytarıldıqdan sonra qalan borc 616.02 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Hansa” markalı aspirator və “Hoffmann” markalı plitə (ayda 52,7 manat) ödəmək şərtilə müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 948,6 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh olan İMEİ kodu **********94769 olan “Samsung Galaxy A03S” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 35,5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 426 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Ş.Hüseynova “Magnum Yataq çarpayı Bazali”, “Magnum Yataq” Termo, “X1” və “Doshek Uretan” 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 107 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2568 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1470 manat əsas borc, 147 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə razılaşmaya əsasən 616.02 manat əsas borc, 0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 152.60 manat əsas borc, 15 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 136 manat əsas borc, 13 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 104 manat əsas borc, 10.38 manat cərimə, cəmi 2664 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 3151.8 manat olan “İphone 12 Pro” markalı telefon, alqı-satqı qiyməti məhsul qaytarıldıqdan sonra 616.02, alqı-satqı qiyməti 948.6 manat olan “Hansa” markalı aspirator və “Hoffmann” markalı plitə, alqı-satqı qiyməti 426 olan “Samsung Galaxy A03S”markalı telefon, alqı-satqı qiyməti 2568 manat olan “Magnum Yataq çarpayı Bazali”, “Magnum Yataq” Termo, “X1” və “Doshek Uretan hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni müqavilələr üzrə nəzərdə tutulmuş əmlaklar cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuş və cavabdehin həmin müqavilələr üzrə ödənilməmiş öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2021ci il tarixli müqavilə üzrə 1470 manat əsas borc, 147 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə razılaşmaya əsasən 616.02 manat əsas borc, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 152.60 manat əsas borc, 15 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 136 manat əsas borc, 13 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 104 manat əsas borc, 10.38 manat cərimə, cəmi 2664 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 1470 manat əsas borc, 147 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə razılaşmaya əsasən məhsul qaytarılmasından sonra qalan 616,02 manat əsas borc, xx.xx.2020-ci il tarixli, 21171526 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 152,6 manat əsas borc, 15 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 136 manat əsas borc, 13 manat cərimə, xx.xx.2019-cu il tarixli, 00884651 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 104 manat əsas borc, 10,38 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46,64 manat, cəmi 2710,64 (iki min yeddi yüz on manat, altmış dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar