Məhkəmə qərarları › İş №e-2(009)-2476/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2476/2025

21.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2476/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-ə qarşı “müqavilənin bərpası” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-ə qarşı “müqavilənin bərpası” tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 23 sentyabr 2022-ci il tarixdə bağlanılan 46220230 saylı müqavilə əsasında təqdim edilmiş **********310 saylı abonent kodunun İddiaçı adına bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Azərsu ASC Səbail Sukanal idarəsi arasında 23 sentyabr 2022- ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin predmeti aşağıda qeyd edilmişdir: “Bu müqavilə Azərsu ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜST2874-82 nömrəli Dövlət Standartlarının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.” Nəzərinizə çatdırım ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçıfaktiki mülkiyyətindədir. Sözügdən ünvan üzrə İddiaçıAzərsu ASC ilə aralarında bağlanmış 46220230 saylı müqaviləyə əsasən **********310 saylı abonent kodu təqdim edilmişdir. X2 adına ünvan 2 ünvanında yerləşən mənzil vardır. Onun adına qeyd edilən mənzilin su abonent kodu ayrı olmuşdur. X4 ona aid olan Orderlə və aidiyyatı olmayan məhkəmə qərarı ilə Azərsu ASC-yə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin su sayğacına dair iddiaçı, İddiaçı adına olan **********310 saylı abonent kodunu öz adı olaraq yalan məlumat verməklə ərizə formasında təqdim etmişdir. Həmin ərizə üzrə rəy və fikir bildirilməsi üçün Səbail rayon Su İdarəsinə müraciət edilmişdir. Sonradan qanunsuz olaraq mənim adıma olan **********310 saylı abonent kodu Vətəndaş X1, dərhal su sayğacının istifadə dondurulmuşdur. Qeyd edim ki, mühəndis, ünvan 1 ünvanında yerləşən mənzilin sayğacına baxış keçirərkən ətraflı məlumat almalı, ünvan 1 ünvanında yerləşən mənzilin hal-hazırda da mübahisəli olduğunu və məhkəmədə proses getdiyini nəzərə almalı idi. Bundan başqa, mühəndisin həmin hissəyə münasibətdə rəy verə bilməsi şübhə altındadır, çünki rəy verərkən ünvan 1 ünvanında yerləşən mənzildə yaşayanın izahatı alınmalı və dəqiqləşdirilməli idi. Mənzilə dair aidiyyatı olmayan şəxs həmin mənzilin abonentinin adının dəyişdirilməsinə dair Azərsu ASC-yə müraciət edir, Azərsu ASC mənim hüquqlarımı cinayətkarcasına pozaraq aidiyyatı olmayan şəxsin adına abonent kodunu dəyişir. İstər Asan Kommunal Xidmətinə, istərsə də X14 İdarəsinə müraciət edilsə də cavab məktubunda 31/32 ünvanını 31 A ünvanını da həmin ünvanla birlikdə qeyd edib bir ünvan olaraq göstərməklə kifayətlənmişlər. Qeyd edim ki, Azərişıq ASC tərəfindən bu kimi hal olsa da Azərişıq ASC abonent kodunu geri qaytararaq İddiaçı adına bərpa etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli Azərsu ASC-nin Səbail rayon Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanmış Müqavilənin surətindən görünür ki, müqavilə F.Qurbanov küçəsi ev 12, mənzil 31/A ünvanının (abonent kodu **********310) su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİS2874-82- №-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin iddiaçıya ünvanladığı məktubda qeyd edilir ki, F.Qurbanov küçəsi ev 12, mənzil 31/A və 32 ünvanının mülkiyyət hüququ X7 aid olduğundan **********310 saylı abonent kodu vətəndaşın müraciəti əsasında ləğv edilərək suyun verilməsi dayandırılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi ev 12, mənzil 31/A İddiaçı sahibliyində və istifadəsindədir. Həmin ünvana dair içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar iddiaçı ilə Azərsu ASC-nin Səbail rayon Sukanal İdarəsi arasında bağlanmış müqavilənin mövcudluğuna baxmayaraq, həmin ünvana aid olan abonent kodu başqa şəxsin adına dəyişdirilmişdir. Bu hal isə iddiaçının onun sahibliyində və istifadəsində olan ünvan üzrə suyun istifadəsinə dair sərəncam hüququnu əsassız olaraq məhdudlaşdırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 1.2.2-ci bəndinə görə istehlakçı STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir. 1.6-cı bəndinə görə STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 5.1.3 və 5.1.5-ci bəndlərinə görə müqavilə öhdəliklərinin icrasını tələb etmək və verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçının hüququdur Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. 23 sentyabr 2022-ci il tarixdə bağlanılan 46220230 saylı müqavilə əsasında təqdim edilmiş **********310 saylı abonent kodunun İddiaçı adına bərpa edilməsi öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 həvalə edilsin. Cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar