Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2502/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi L.S.Həsənovanın iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət göstərmişdir ki, "xxxx" markalı, **-AU-*** (xx.xx.2025-ci il tarixdə dövlət qeydiyyat nişanlı **-SO-***) avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə KSK********** saylı sığorta şəhadətnaməsi ilə kasko sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2025-ci il tarixdə saat 15.27-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt şəhəri ərazisində keçən 51-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq "xxxx" markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Sığorta ödənişin verilməsi ilə bağlı "xxxx" şirkətinə müraciət etsə də, sonuncu ödənişin verilməsini min bir bəhanələri ilə imtina etmişdir. Sığorta ödənişinin verilməməsini onunla əsaslandırırlar ki, xx.xx.2023-cü il tarixdə KSK********** saylı sığorta şəhadətnaməsi ilə kasko sığorta növü üzrə sığortalanmışdır. Avtomobil xx.xx.2025-ci il tarixədək özgəninkiləşdirilmişdir. Lakin bu barədə Cəmiyyətə məlumat verilməmişdir. "xxxx" birdə onu qeyd edir ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. xx.xx.2025-ci il tarixdə məlumat verilmişdir. Hadisə baş verərkən vəziyyəti ağır olmuşdur hadisə yerindən birbaşa Sumqayıt xəstəxanasına aparılmışdır. Bu barədə Qala Sığortaya polis tərəfindən məlumat verilmişdir. Avtomobilin özgəninkiləşdirilməsi barədə isə Baş Dövlət Polisi tərəfindən "xxxx"ya məlumat verilmişdir. Gənclik kiçik müəssisəsi avtoservisin ekspertləri keçirdikləri texniki baxış nəticəsində yol nəqliyyat hadisəsi zamanı "xxxx" markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 9300 manat dəyərində hesablanmışdır. Odur ki, "xxxx" **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 9300 manat dəyərində pulun "xxxx" MMC-dən alınıb ona verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq "xxxx" markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 90-95% zərər olunmasıdır. Təqdim etdiyi sübutlar, faktlar və eyni zamanda “Gənclik” kiçik müəssisəsi avtoservisin ekspertləri keçirdikləri texniki nəticəsində yol-nəqliyyat hadisəsi zamanı "xxxx" markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 9300 manat dəyərində hesablanmışdır. Odur ki, defekt aktında "xxxx" markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan (hazırda maşın təmir olunmamışdır) sübut edir ki, ona sığorta ödənişi barədə "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtinanın heç bir hüquqi əsası olmadığından etibarsız sayılmalıdır. Dəymiş zərərin 66%-dən yuxarı 90-95% olduğundan dəymiş zərərə görə Defekt Aktında göstərilmiş zərərin məbləği 9300 manat tam ödənilməlidir. MM-nin 934.2-ci maddəsinə əsasəq sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş maddədə ödənilməlikdə gecikdirilmiş hər gün üçün sığorta ödənişi məbləğinin 0,1% həcmində dəbbə pulu ödəyir. Keçən dörd ay ərzində sığorta ödənişinin qanunun tələblərinə uyğun həll edilməsi üçün dəfələrlə şifahi və yazılı surətdə "xxxx" MMC-yə etdiyi müraciətlər söhbətlər aparmışdır. Süründürməçiliyə yol verildiyindən etdiyi müraciətlər öz qanuni həllini tapmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" markalı, **-SO-*** qeydiyyat nişanlı avtomobilə 9300 manat dəyərində dəymiş zərərin "xxxx" ASC-dən tutularaq ona ödənilməsi və dörd ay müddətində ödənilməyən məbləğin hər günü üçün 0,1% dəbbə pulu hesablanaraq ona tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehin sığorta ödənişinin verilməsindən imtina dair gətirdiyi dəlilləri qəbul etmir. İlk növbədə mülkiyyətçinin dəyişilməsi barədə məlumat vermək vəzifəsi yeni mülkiyyətçisinin üzərinə düşmür. İddiaçı avtomaşını lizinqə götürən və idarə edən şəxs olub, nəqliyyat vasitəsini idarə edən şəxs kimi sığortalı olduğunu ehtimal etmişdir. Cavabdeh sığorta marağının itməsini qeyd edir. Hesab edir ki, bu dəlillər əsassızdır. İddiaçı sığortalı nəqliyyat vasitəsinin sürücüləri siyahısında göstərildiyi üçün sığorta olunan şəxs hesab olunur, ona görə də cavabdehin dəlillərini əsaslı hesab etmir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, "xxxx" markalı, **-AU-*** (xx.xx.2025-ci il tarixdən dövlət qeydiyyat nişanlı **-SO-***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış, Dövlət Sığorta Kommersiya Şirkəti ləğvetmə prosesində olduğu üçün həmin sığorta müqaviləsi üzrə hüquq və vəzifələr xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə ötürülmüşdür. İddiaçı "xxxx" ASC-yə qarşı iddiasını əsasız hesab edirlər. Belə ki, adı çəkilən sığorta müqaviləsi üzrə sığortalı və faydalanan şəxs "xxxx" ASC-dir. Məhkəmə işinin materiallarından da göründüyü kimi, "xxxx" ASC-nə məxsus "xxxx" markalı, **-AU-*** (xx.xx.2025-ci il tarixdən dövlət qeydiyyat nişanı **-SO-***) dövlət nömrə nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə özgəninkiləşdirilmiş olduğundan, artıq həmin tarixdən etibarən qeyd edilən təşkilatın həmin avtomobilə münasibətdə sığorta marağı qalmamışdır. İddiaçı isə KSK********** saylı sığorta müqaviləsinin tərəfi olmadığından onunla sığorta münasibəti yaranmamışdır. Sığorta predmetini özgəninkiləşdirmə nəticəsində mülkiyyətinə keçirməsi ona heç bir halda sığorta müqaviləsinin tərəfi və faydalanan şəxs olma statusunu qazandırmır. Belə ki, sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında şərtləri razılaşdırmaqla bağlanan mülki hüquqi bir müqavilədir. Digər tərəfdən sığorta müqaviləsinin tərəfi olmadığından iddiaçının sığorta ödənişi ilə iddia qaldırması üçün subyektiv hüququ yaranmamışdır. Sığorta müqaviləsi tərəflərin iradə ifadəsi əsasında, sığortaçının risk qiymətləndirməsi nəticəsində riski qəbul edib-etməyəcəyi ilə bağlı könüllü qərarı əsasında, riskə uyğun sığorta haqqının müəyyən edilməsi və s. əsasında bağlanılan bir əqddir. Könüllü sığorta müqaviləsi üzrə münasibətlərin avtomatik olaraq sığortalıdan başqa şəxsə, hətta sığortalanmış avtomobilin yeni mülkiyyətçisi olsa belə keçməsi hüquqi cəhətdən mümkün deyil. "xxxx" markalı, **-AU-*** (xx.xx.2025-ci il tarixdən dövlət qeydiyyat nişanlı **-SO-***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə özgəninkiləşdirilmiş, lakin bu barədə Cəmiyyətə heç bir məlumat verilməmişdir. Avtomobillərin tam sığortası Qaydalarının 29.2.5-ci maddəsinə əsasən sığortalı, sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavənin qüvvədə olduğu müddət ərzində avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya onu olan mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşması barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat verməlidir. Avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı olaraq qanunvericiliyin tələbinə əsasən sığorta müqaviləsinə sığorta şirkəti tərəfindən xitam verilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı sığorta hadisəsi baş verən zaman sığorta müqaviləsinin tərəfi olmaması, sığorta müqaviləsinin tərəfi olan "xxxx" ASC-nin isə sığorta maratını itirmiş olması sığorta qanunvericiliyinə uyğun olaraq sığorta ödənişini istisna edir. İşin mahiyyəti üzrə bəyanları öz qüvvəsində qalmaqla yanaşı, iddiaçının dəymiş zərərin iddia etdiyi məbləğinin qiymətləndirməsi ilə bağlı etirazı bildirirlər. Belə ki, dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı iddiaçının təqdim etdiyi məbləğlər real zərərdən çox yüksəkdir, şişirdilmiş rəqəmlərdir. İş materiallarına əlavə olunan qüsur aktına əsasən dəymiş zərər “Gənclik” kiçik müəssisəsi tərəfindən hesablanmışdır. Sözügedən müəssisənin fəaliyyət istiqamətinin, ixtisaslaşmasının hansı sahə üzrə olması müəyyən olmadığı kimi, aparılan qiymətləndirmənin heç bir izahı, əsaslandırma və metodologiyasının bildirilməməsi həmin qüsur aktının qeyri-mötəbər olmasını göstərir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə «Lizinq verən» qismində "xxxx" MMC ilə «Lizinq alan» qismində İddiaçı arasında bağlanmış HO0011215-2023 saylı, xx.xx.2023-cü il tarixli maliyyə lizinq müqaviləsinin surətinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş etibarnamə əsasında X1 istifadəsində olan “Tiida” minik markalı (mühərrik 1498 sm3, ban: C11418975, buraxılış ili: 2011, rəngi: gümüşü metallik) avtomobilini mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında lizinq vasitəsilə lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin dəyəri 15.000 manata qiymətləndirilmişdir. İş üzrə “Satıcı” qismində X2, “Lizinq verən” qismində "xxxx" MMC ilə “Lizinq alan” qismində İddiaçı arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli HO0011215-2023 saylı “Maliyyə Lizinqi” Müqaviləsi üzrə təhvil-təslim aktının surətindən görünür ki, “Satıcı”ya məxsus müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan Lizinq obyekti olan avtonəqliyyat vasitəsi (“Tiida” minik markalı, buraxılış ili 2011, rəngi: gümüşü metallik) lizinq obyekti, sahiblik və istifadə edilməsi üçün “Lizinq alan”a təhvil verilmiş, “Lizinq alan” isə onu təhvil almışdır. Təhvil verilən Lizinq obyekti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır və tam, saz, işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur. İş üzrə xx.xx.2023-cü il tarixli Nəqliyyat vasitələrinin tam sığorta müqaviləsinin surətindən görünür ki, "xxxx" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2025-ci il tarixədək sığorta edilmiş, sığorta müqaviləsi üzrə sığortalı və faydalanan şəxs kimi "xxxx" MMC göstərilmişdir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə “Gənclik” kiçik müəssisəsi tərəfindən tərtib edilmiş defekt aktının surətindən görünür ki, yol nəqliyyatı hadisəsi zamanı xəsarət almış İddiaçı "xxxx" markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 9300 manat vəsait hesablanmışdır. İş üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15.27 radələrində Bakı-Quba yolunun 51-ci km-də yol-nəqliyyat hadisəsinin baş verməsində "xxxx" minik markalı, 77SO573 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İddiaçı (mülkiyyətçi) təqsirli olan şəxs qismində, ağır xəsarət alan X6 və az ağır xəsarət alan X3 zərərçəkən qismində müəyyən edilmişdir. İş üzrə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi polis mayoru X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ YPXA-na göndərilməsi qərara alınmışdır. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı, surəti "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı-Quba yolunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi ilə bağlı sığorta ödənişinin verilməsi barədə Cəmiyyətə xx.xx.2025-ci il tarixdə etdiyi şifahi müraciətinə cavab olaraq aşağıdakıları nəzərinə çatdırırlar. Bildirmək istəyirlər ki, "xxxx" markadı **-AU-*** (xx.xx.2025-ci il tarixdən dövlət qeydiyyat nişanı **-SO-***) dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə KSK********** saylı sığorta şəhadətnaməsilə kasko sığorta növü üzrə sığortalanmışdır. Həmçinin o da məlum olmuşdur ki, avtomobil xx.xx.2025ci il tarixdə özgəninkiləşdirilmişdir. Lakin bu barədə Cəmiyyətə heç bir məlumat verilməmişdir. Avtomobillərin tam sığlortası Qaydalarının 29.2.5-ci maddəsinə əsasən sığortalı, sığorta müqaviləsi bağlandıqdan sonra həmin müqavilənin qüvvədə olduğu müddət ərzində avtomobilin özgəninkiləşdirilməsi, onun icarəyə verilməsi və ya ona olan mülkiyyət hüquqlarının digər formada itirilməsi və ya məhdudlaşması barədə bildiyi və ya bilməli olduğu tarixdən 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat verməlidir. Həmin Qaydaların 37.1-ci maddəsinə əsasən Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitəsilə xəbər verməlidir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi xx.xx.2025-ci il tarixdə İddiaçı KSK********** saylı sığorta müqaviləsinin tərəfi deyil. Həmçinin "xxxx" MMC-nin sözügedən avtomobilə dair mülkiyyət hüququ və sığorta predmetinə dair sığorta marağını təsdiq edən heç bir əlaqə olmadığından sığorta marağı mövcud deyildir. Qeyd etmək istəyirlər ki, İddiaçı hadisənin xx.xx.2025-ci il tarixdə baş verməsinə baxmayaraq Cəmiyyətə hadisədən 29 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə məlumat vermişdir. AR Mülki Məcəlləsinin 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 889.2. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. 889.7. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. AR Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd edilənləri nəzərə alaraq baş vermiş hadisə üzrə sığorta ödənişinin verilməsi mümkün deyildir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Sığorta fəaliyyəti haqqında» AR Qanununun 1.1.4-cü maddəsinə əsasən sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi hesab edilir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs hesab edilir. «İcbari sığorta haqqında» AR Qanununun 6.4-cü maddəsinə əsasən sığorta qanunvericiliyinə və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişini almaq hüququna malik olan şəxs faydalanan şəxs hesab edilir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 23.1.1-ci maddəsinə əsasən zərər bu Qaydalarda nəzərdə tutulmuş sığorta təminatı verilməyən hallarla bağlı olduqda sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Həmin Qaydaların 29-cu maddəsinə əsasən sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 28-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. -884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. -884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. -884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. -884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. - 889.2-ci maddəsinə əsasən sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" markalı ** AU *** dövlət nömrə nişanlı avtomaşın Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış və xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə əsasən "xxxx" ASC həm sığortalı, həm də faydalanan şəxs kimi göstərilmişdir. Eyni zamanda Dövlət Sığorta Kommersiya Şirkəti ləğvetmə prosesində olduğu üçün həmin sığorta müqaviləsi üzrə hüquq və vəzifələr xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə ötürülmüşdür. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" markalı nəqliyyat vasitəsinin əvvəlki mülkiyyətçisi Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı» ASC olmuş, həmin nəqliyyat vasitəsi lizinq müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş, iddiaçı tərəfindən lizinq müqaviləsi üzrə öhdəlik tam icra edildiyi və lizinq təşkilatına olan borc tam ödənildiyi üçün həmin təşkilatdan avtomaşının onun adına rəsmiləşdirilməsi ilə bağlı sərəncam verilməsinə dair arayış iddiaçıya təqdim edilmiş və xx.xx.2025-ci il tarixdən "xxxx" markalı 77AU396 dövlət nömrə nişanlı avtomaşın iddiaçının adına qeydiyyata alınmış və avtomaşına yeni dövlət qeydiyyat nişanı – **-SO-*** verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə İddiaçı "xxxx" markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə olunarkən yol-nəqliyyat hadisəsinə uğramış və avtomaşına 9.300 manat maddi ziyan dəymişdir. İddiaçı avtomaşına dəymiş maddi ziyanla bağlı sığorta ödənişinin ona verilməli olmasını tələb edir. Məhkəmə qeyd edir ki, sığorta müqaviləsi üzrə "xxxx" ASC həm sığortalı, həm də faydalanan şəxs qismində çıxış etdiyindən, sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin tələb edilməsi hüququ məhz ona məxsusdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı sığorta müqaviləsinin tərəfi deyil və həmin müqavilə üzrə hər hansı hüquqa və vəzifəyə malik deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunun yuxarıda göstərilən tələbləri baxımından iddiaçı yalnız o halda faydalanan şəxs hesab oluna bilərdi ki, sığorta müqaviləsində onun adı faydalanan şəxs qismində qeyd olunsun. Məhkəmə hesab edir ki, iddiaçı sığorta müqaviləsi üzrə həm faydalanan şəxs kimi çıxış etmədiyindən, həm də müqavilənin tərəfi olmadığından, onun həmin iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı özünün güman etdiyi pozulmuş hüququnun müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1. maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı sığorta ödənişin verilməsini tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki iddia tələbi yalnız sığorta müqaviləsi üzrə faydalanan şəxs tərəfindən qaldırıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı sığorta təşkilatına qarşı qaldırmağa subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi həmin əsasla təmin edilməməlidir. Məhkəmə eyni zamanda mülkiyyətçisinin dəyişilməsi barədə vaxtında sığorta təşkilatına məlumat verilməməsi halında avtomobilin özgəninkiləşdirilməsi tarixindən etibarən sığortalının nəqliyyat vasitəsinə münasibətdə sığorta marağının itməsini, bununla da baş verən hadisənin sığorta hadisəsi hesab edilməli olmamasını da nəzərə alaraq hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomaşına dəyən ziyanın sığorta təşkilatından tələb edilməsi də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 889.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 122 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" markalı, **-SO-*** qeydiyyat nişanlı avtomobilə 9300 manat dəyərində dəymiş zərərin "xxxx" ASC-dən tutularaq ona ödənilməsi və dörd ay müddətində ödənilməyən məbləğin hər günü üçün 0,1% dəbbə pulu hesablanaraq ona tam ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2502/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2502/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver