Məhkəmə qərarları › İş №e-2(009)-2544/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2544/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2544/2024 29.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1283,40 (bir min iki yüz səksən üç manat qırx qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 32,83 (otuz iki manat səksən üç qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən CSB200101589 saylı sığorta şəhadətnaməsi ilə kasko sığortası növü üzrə sığortalanmış “X1” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş MYP № 543720 saylı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “X1” markalı, **-AG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1923,40 (bir min doqquz yüz iyirmi üç manat qırx qəpik) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə CSB18827/15 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 40,00 (qırx) manat şərtsiz azadolma məbləği çıxılaraq 1883,40 (bir min səkkiz yüz səksən üç manat qırx qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh şirkətə müraciət etmiş və borcun hissəhissə ödənilməsi ilə bağlı xx.xx.2015-ci il tarixli razılıq əldə olunmuşdur. Razılığa əsasən cavabdeh tərəfindən borcdan 600,00 (altı yüz) manat ödəniş edilmiş qalan məbləğ isə ödənilməmiş qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən CSB200101589 saylı sığorta şəhadətnaməsi ilə kasko sığortası növü üzrə sığortalanmış “X1” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş MYP № 543720 saylı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “X1” markalı, **-AG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 1923,40 (bir min doqquz yüz iyirmi üç manat qırx qəpik) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə CSB18827/15 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 40,00 (qırx) manat şərtsiz azadolma məbləği çıxılaraq 1883,40 (bir min səkkiz yüz səksən üç manat qırx qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh şirkətə müraciət etmiş və borcun hissəhissə ödənilməsi ilə bağlı xx.xx.2015-ci il tarixli razılıq əldə olunmuşdur. Razılığa əsasən cavabdeh tərəfindən borcdan 600,00 (altı yüz) manat ödəniş edilmiş qalan məbləğ isə ödənilməmiş qalmışdır. Həmçinin müəyyən edilmişdir ki, 04 avqust 2015-ci il tarixli borcun etirafı və onun ödənilməsi haqqında razılaşmada qeyd olunmuşdur ki, borclu etiraf edir ki, kreditora 1883,40 (bir min səkkiz yüz səksən üç manat 40 qəpik) məbləğində pul borcu vardır. Həmin məbləğdən 383,40 (üç yüz səksən üç manat 40 qəpik) güzəşt olunmaqla, borclu 300,00 (üç yüz) manat hissəsini ödəmiş, digər qalıq 1200,00 (bir min iki yüz) manat borcunu isə, 4 təqvim ayı ərzində, bərabər hissələrə bölünməklə (hər ödəniş tarixində 300,00 (üç yüz) manat məbləğindən az olmamaqla) nağd şəkildə, ən geci xx.xx.2015-ci il tarixinə qədər ödənilməsini öhdəsinə götürür. Hazırda iddiaçı geri qalan sığorta ödənişinin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM- 1114.1) Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iş materialları, tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən CSB200101589 saylı sığorta şəhadətnaməsi ilə kasko sığortası növü üzrə sığortalanmış “X1” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən zərərçəkənə dəymiş zərərə görə sığorta ödənişi ödənilmişdir. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişini Cavabdeh geri tələb etməkdə haqlıdır. Məhkəmə ödənişin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən 1883,40 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən borcdan 600 manat ödəniş edildiyini qeyd edərək cavabdehdən 1283,40 manat ödənilməsini tələb etsə də, iş materialında olan 04 avqust 2015-ci il tarixli borcun etirafı və onun ödənilməsi haqqında razılaşmadan görünür ki, 1883.40 manat borc məbləğindən 383,40 manat iddiaçı tərəfindən cavabdehə güzəşt olunmuşdur. Göstərilən razılaşmanın şərtlərini və qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı tələb edilən 1283.40 manat məbləğdən cavabdehə güzəşt olunmuş 383.40 manat məbləğ çıxılmalı, cavabdehdən subroqasiya qaydasında 900 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 229, 284- 1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar