Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-255/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin ("xxxx" MMC və X8 üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC ("xxxx" MMC və Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh X7 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 1847.84 manat məbləğin, 38.48 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1886.32 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: sığortalı X11 razı olması və iddiaçı tərəfindən ona BB№757694 saylı xx.xx.2023-cü il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka 20000 manat məbləğində yanğın, su basma və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən X12 məxsus ticarət obyektində (sığorta predmetinin) su basma hadisəsi baş vermişdir. Cavabdeh baş vermiş hadisədə təqsirli olmuşdur. Vurğulanır ki, hadisə nəticəsində sığorta predmetinə 1850 manat məbləğində zərər dəymişdir. RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və CFİ-0096/2023- AKT1590/23 saylı sığorta aktına əsasən 1847.84 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalı hesablanılmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdıqdan sonra sığorta aktını imzalamış və bununla da bütün iddia və tələblərini Qanuna əsasən iddiaçıya subroqasiya qaydasında sessiya etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2(009)-255/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin ("xxxx" MMC və Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh X7 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh X8 əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh və üçüncü şəxslər "xxxx" MMC-nin nümayəndəsi və X8 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -24 oktyabr 2017-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X8 tərəfindən Cavabdeh kirayəyə verilmişdir. -03 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi X13 tərəfindən X12 icarəyə verilmişdir. -14 yanvar 2023-cü il tarixli, BB seriyalı, 757694 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X12 məxsus ünvan 4 ünvanda yerləşən daşınmaz əmlak 1 il müddətinə sığortalanmış, azadolma 150 manat, sığorta haqqı 150 manat müəyyən edilmişdir. -07 iyul 2023-cü il tarixli subasma hadisəsinə dair arayışdan görünür ki, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 17 ünvanda həmin binanın 18 saylı mənzilində vanna otağında su xəttinin sıradan çıxması nəticəsində 1-ci mərtəbədə yerləşən xəz mağazasına su axıntısı olmuşdur. -04 avqust 2023-cü il tarixli müstəqil ekspert X2 qiymətləndirmə aktından görünür ki, təmir bərpa işlərinin ümumi dəyəri 2000 manatdır. -14 avqust 2023-cü il tarixli dəymiş zərər məbləğinin razılaşdırılması barədə sazişdən görünür ki, sığortalı və sığortaçı xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən X11 istifadəsində olan qeyri-yaşayış obyektində baş vermiş sığorta hadisəsini (subasma) və daşınmaz əmlaka 2000 manat məbləğində zərərin dəyməsini təsdiqləyirlər. Sığortalı və sığortaçı sığorta olunan əmlaka 2000 manat məbləğində dəymiş zərərin ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 150 manat azadolma məbləği çıxıldıqdan sonra 1850 manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə edirlər. -14 avqust 2023-cü il tarixli, CFİ-0096/2023-AKT1590/23 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən X12 1847.84 manat sığorta ödənişi verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/2181 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 17 (ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə olduğundan (ilkin vəziyyətdə saxlanmadığından) cavabdehə məxsus ünvandan suyun axıdılıb-axıdılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi 17 (ünvan 6 yerləşən qeyri-yaşayış sahəsində su sızma əlamətləri olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı (sığortaçı) "xxxx" ASC ilə sığortalı X14 arasında bağlanmış 14 yanvar 2023-cü il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış ünvan 4 ünvanda yerləşən daşınmaz əmlaka sığorta müddətində 07 iyul 2023-cü il tarixdə Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzildən su sızma nəticəsində zərər dəymişdir. 04 avqust 2023-cü il tarixli müstəqil ekspert X2 qiymətləndirmə aktına əsasən sığortalanmış daşınmaz əmlaka 2000 manat zərər dəymişdir. Həmin daşınmaz əmlaka dəymiş zərərə görə azadolma məbləği nəzərə alınmaqla 1847.84 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM- 936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət "xxxx" ASC sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində ünvan 4 ünvanda yerləşən daşınmaz əmlaka dəyən ziyanın əvəzi olan 1847.84 manat məbləğində pul vəsaitini daşınmaz əmlaka dəymiş zərərin qarşılanması ilə bağlı ödədiyindən, iddiaçı haqlı olaraq 1847.84 manat vəsaitin geri tələb edilməsi ilə bağlı subroqasiya qaydasında məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1847.84 (bir min səkkiz yüz qırx yeddi manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti və 38.48 (otuz səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1847.84 (bir min səkkiz yüz qırx yeddi manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti və 38.48 (otuz səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X5, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-255/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-255/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver