Məhkəmə qərarları › İş №e-2(009)-2574/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2574/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2574/2024 29.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən HP PAVİLİON 15 markalı komputer üçün 1763.2 (min yeddi yüz altmış üç manat iyirmi qəp) manat ödənilməmiş hissə, 176.8 (yüz yetmiş altı manat səksən qəp) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləsinə PLAYSTATİON 5 SLİM üçün 1403 (min dörd yüz üç) manat ödənilməmiş hissə, 140 (yüz qırx) manat cərimə, ümumilikdə 3483 manat borc, 54.83 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, HP PAVİLİON 15 markalı komputer, PLAYSTATİON 5 SLİM almış və nəticədə 3483 (üç min dörd yüz səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1764 (min yeddi yüz altmış dörd) manat (15 ay x 117.6 manat + 0 manat ilkin ödəniş) HP PAVİLİON 15 markalı komputer üçün ümumilikdə, 1940 (min doqquz yüz qırx) manat olmaqla ondan, 1763.2 (min yeddi yüz altmış üç manat iyirmi qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 176.8 (yüz yetmiş altı manat səksən qəp) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1464 (min dörd yüz altmış dörd) manat (12 ay x 122 manat + 0 manat ilkin ödəniş) PLAYSTATİON 5 SLİM üçün ümumilikdə, 1543 (min beş yüz qırx üç) manat olmaqla ondan, 1403 (min dörd yüz üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 140 (yüz qırx) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 61.8 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, HP PAVİLİON 15 markalı komputer, PLAYSTATİON 5 SLİM almış və nəticədə 3483 (üç min dörd yüz səksən üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1764 (min yeddi yüz altmış dörd) manat (15 ay x 117.6 manat + 0 manat ilkin ödəniş) HP PAVİLİON 15 markalı komputer üçün ümumilikdə, 1940 (min doqquz yüz qırx) manat olmaqla ondan, 1763.2 (min yeddi yüz altmış üç manat iyirmi qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 176.8 (yüz yetmiş altı manat səksən qəp) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1464 (min dörd yüz altmış dörd) manat (12 ay x 122 manat + 0 manat ilkin ödəniş) PLAYSTATİON 5 SLİM üçün ümumilikdə, 1543 (min beş yüz qırx üç) manat olmaqla ondan, 1403 (min dörd yüz üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 140 (yüz qırx) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 61.8 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-ci il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1763.2 (min yeddi yüz altmış üç manat iyirmi qəpik) manat, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 1403 (min dörd yüz üç) manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 176.8 (yüz yetmiş altı manat səksən qəpik) manat, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 140 (yüz qırx) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1763.2 (min yeddi yüz altmış üç manat iyirmi qəpik) manat, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 1403 (min dörd yüz üç) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 176.8 (yüz yetmiş altı manat səksən qəpik) manat dəbbə pulunun azaldılaraq 30 (otuz) manat, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən 140 (yüz qırx) manat dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HP PAVİLİON 15 markalı komputer üçün 1763.2 (bir min yeddi yüz altmış üç manat iyirmi qəpik) əsas, 30 (otuz) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən PLAYSTATİON 5 SLİM üçün 1403 (bir min dörd yüz üç) manat əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 3216,2 (üç min iki yüz on altı manat iyirmi qəpik) manat borc və ödənilmiş 54,83 (əlli dörd manat səksən üç qəpik) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HP PAVİLİON 15 markalı komputer üçün 1763.2 (bir min yeddi yüz altmış üç manat iyirmi qəpik) əsas, 30 (otuz) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən PLAYSTATİON 5 SLİM üçün 1403 (bir min dörd yüz üç) manat əsas, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 3216,2 (üç min iki yüz on altı manat iyirmi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar