Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2675/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrinə əsasən Playstation 5, PS5 Pulse 3D Wıreless Headset, PS5 Dualsense Whıte, İmei kod 47780/K3WM06693 Xiaomi Pad 6 markalı planşet, İmei Kodu 47780/K3VC01622 Xiaomi Pad 6 markalı planşet almış və nəticədə 4044,83 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2073,96 manat (18 ay x 115.22 manat + 0 manat ilkin ödəniş) olan Playstation 5, PS5 Pulse 3D Wıreless Headset, PS5 Dualsense Whıte üçün ümumilikdə, 1928,16 manat olmaqla ondan, 1483.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 444.96 (dörd yüz qırx dörd manat, 96 qəpik) manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1039,2 manat (15 ay x 69.28 manat + 0 manat ilkin ödəniş) olan İmei kod 47780/K3WM06693 Xiaomi Pad 6 markalı planşet üçün ümumilikdə, 1288.5 manat olmaqla ondan, 973 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 291.9 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1021.6 manat (12 ay x 81.3 manat + 46 manat ilkin ödəniş) olan İmei Kodu 47780/K3VC01622 Xiaomi Pad 6 markalı planşet almış üçün ümumilikdə, 828.2 manat olmaqla ondan, 618.9 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 185.67 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1059,66 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, olan “Playstation2” “PS5 Pulse 3D” X1, PS5 Dualsense Whıte, üçün ümumilikdə 1928,16 manat olmaqla ondan, 1483,20 manat ödənilməmiş hissə, güzəşt olunaraq 444,96 manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, İmei kod 47780/K3WM06693 Xiaomi Pad 6 markalı planşet üçün 1288,50 manat olmaqla ondan, 973 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,60 manat, müştəriyə güzəşt olunaraq 291,9 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmeiKodu 47780/K3VC01622 Xiaomi Pad 6 markalı planşet üçün ümumilikdə 828,20 manat olmaqla, ondan 618,90 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23,60 manat, müştəriyə güzəşt olunaraq 185,67 manat cərimə ümumilikdə 4044,83 manat borc, 60,45 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Playstation 5, PS5 Pulse 3D Wıreless Headset, PS5 Dualsense Whıte 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 115,22 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2073,96 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İmei kod 47780/K3WM06693 Xiaomi Pad 6 markalı planşet 15 ay müddətinə ödənilmək şərti ilə (ayda 69,28 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1039,20 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli “müqaviləyə əsasən "xxxx" MMC M.X2 47780/K3VC01622 Xiaomi Pad 6 markalı planşet 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 81,3 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1021,6 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1483,20 manat əsas, 444,96 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 973 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 291,9 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 618,9 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 185,67 manat cərimə, cəmi 4044,83 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 2073,96 manat olan Playstation 5, PS5 Pulse 3D Wıreless Headset, PS5 Dualsense Whıte, alqı-satqı qiyməti 1039,20 manat olan İmei kod 47780/K3WM06693 Xiaomi Pad 6 markalı planşet, alqı-satqı qiyməti 1021,60 manat olan İmei Kodu 47780/K3VC01622 Xiaomi Pad 6 markalı planşet pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış telefonlar, qulaqlıq Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2023cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1483,20 manat əsas borc, 444,96 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 973 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 291,90 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 618,9 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,60 manat rüsum, 185,67 manat cərimə, cəmi 4044,83 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 1483,20 manat borc, 444,96 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 973 manat borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 291,90 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 618,9 manat borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 185,67 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60,45 manat, cəmi 4105,28 (dörd min yüz beş manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2675/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2675/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver