Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2870/2025 21.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti» publik hüquqi şəxs Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti» publik hüquqi şəxs Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 473.93 (dörd yüz yetmiş üç manat doxsan üç qəpik) manat borcun (abonent kodu **********000) və 30 (otuz) manat dövlət rüsumunun tutularaq «İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti» publik hüquqi şəxsə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonent olmaqla xidmətlərdən mütamadi olaraq istifadə etmiş, istifadəyə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə 2025-ci il 20 noyabr tarixinə 473.93 (dörd yüz yetmiş üç manat doxsan üç qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borçun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə 2025-ci il 16 oktyabr tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini tam təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdehin ünvanda neçə nəfər yaşaması barədə dəqiq məlumat verməməsinə görə Qaydalara uyğun olaraq orta statistik ailə üzvü sayına uyğun olaraq borc 4 nəfər üçün hesablanmışdır, lakin arayış təqdim edəcəyi halda arayış təqdim edilən vaxtdan sonra kommunal xidmət haqqının 2 nəfər üçün hesablanması mümkün olar. Məhkəmə iclasında iştirakı edən Cavabdeh iddianı qismən qəbul edərək, abonent olduğu ünvanda 2 nəfər yaşadığını bildirmiş və borcun qeyd etdikləri nəzərə alınaraq hesablanmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən borcun ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir. Səbail rayon MKTB-nin 149 saylı MKİS-nin 07 yanvar 2026-cı il tarixli arayışdan görünür ki, həmin mənzildə 1 nəfər qeydiyyatda olan Cavabdeh, 1 nəfər qeydiyyatsız yaşayır. ADSEA-nın abonent kartından görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə vəziyyəti aktiv göstərilmişdir. ADSEA-nın abonent kartından görünür ki, yekun borc 473.93 göstərilmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonent olmaqla xidmətlərdən mütamadi olaraq istifadə etmiş, istifadəyə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə 2025-ci il 20 noyabr tarixinə borcu yaranmışdır. İddiaçı tərəfindən borçun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə 2025-ci il 16 oktyabr tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini tam təmin etməmişdir. Cavabdeh tərəf isə abonentin ünvanında iki nəfər yaşadığını qeyd edərək borcun hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, "Su təchizatı və tullantı suları haqqında" Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, "Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır". "Su təchizatı və tullantı suları haqqında" Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölcən cihazlar vasitəsi ilə və va müvafia normativ hüauai aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakcıya məlumat ('hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. "Su təchizatı və tullantı suları haqqında" Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, cavabdehin su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərindən istifadəsi zamanı borcu yaranmış və buna görə də iddiaçı ödənilməmiş qalmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən su sərfiyyatı və tullantı suların axıdılması ilə əlaqədar borcun ödənilməməsi tərəflər arasında yaranmış müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməli, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşısında borcu yarandığından, cavabdehdən borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə borcun məbləği ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi cavabdehin ünvanda neçə nəfər yaşaması barədə dəqiq məlumat verməməsinə görə Qaydalara uyğun olaraq orta statistik ailə üzvü sayına uyğun olaraq borc 4 nəfər üçün hesablanmışdır, lakin arayış təqdim edəcəyi halda arayış təqdim edilən vaxtdan sonra kommunal xidmət haqqının 2 nəfər üçün hesablanmasının mümkün olacağını bildirmişdir. Cavabdeh tərəf isə ünvanda 2 nəfər yaşadığını bildirmişdir. “Sudan İstifadə” Qaydalarının 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materiallarında olan Səbail rayon MKTB-nin 149 saylı MKİS-nin 07 yanvar 2026-cı il tarixli arayışdan görünür ki, həmin mənzildə 2 nəfər yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaya görə hesablanmış 473.93 manat borc məbləğinin yarısı, yəni 230.97 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, "Su təchizatı və tullantı suları haqqında" Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, "Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması faktına əsaslanır". Başqa sözlə, ünvanda yaşamayan şəxslərin sayına görə borcun tələb edilməsini məhkəmə əsassız sayır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh (abonent kodu: **********000) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 230.97 (iki yüz otuz manat doxsan yeddi qəaik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Cavabdeh tutularaq iddiaçı «İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti» publik hüquqi şəxsə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********000) su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 230.97 (iki yüz otuz manat doxsan yeddi qəaik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Cavabdeh tutularaq iddiaçı «İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti» publik hüquqi şəxsə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2870/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2870/2025
21.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver