Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2871/2025 30.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin – Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kod **********46310 SAMSUNG GALAXY A05S, SAMSUNG CHARGER QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET L xidməti çün 510.12 (beş yüz on manat, 12 qəpik) manat ödənilməmiş hissə, 51.01 (əlli bir manat, 1 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********81006 XİAOMİ REDMİ 13C, VİNİL ŞƏFFAF, PAKET L xidmət QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmət üçün, 292.92 (iki yüz doxsan iki manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 29.29 (iyirmi doqquz manat, 29 qəpik) manat cərimə, ümumilikdə 906.94 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei Kod **********46310 SAMSUNG GALAXY A05S, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET L xidməti, İmei Kod **********81006 XİAOMİ REDMİ 13C, VİNİL ŞƏFFAF, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti və nəticədə 906.94 (doqquz yüz altı manat, 94 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 547.12 (beş yüz qırx yeddi manat, 12 qəpik) manat (12 ay x 42.51 manat + 37 manat ilkin ödəniş) olan İmei Kod **********46310 SAMSUNG GALAXY A05S, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET L xidməti üçün ümumilikdə, 561.13 (beş yüz altmış bir manat, 13 qəpik) manat olmaqla ondan, 510.12 (beş yüz on manat, 12 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 51.01 (əlli bir manat, 1 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 376.92 (üç yüz yetmiş altı manat, 92 qəpik) manat (12 ay x 29.41 manat + 24 manat ilkin ödəniş) olan İMEİ Kod **********81006 XİAOMİ REDMİ 13C, VİNİL ŞƏFFAF, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə, 345.81(üç yüz qırx beş manat, 81 qəpik) manat olmaqla ondan, 292.92 (iki yüz doxsan iki manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 29.29 (iyirmi doqquz manat, 29 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 121 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil- təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei Kod **********46310 SAMSUNG GALAXY A05S, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET L xidməti, İmei Kod **********81006 XİAOMİ REDMİ 13C, VİNİL ŞƏFFAF, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti və nəticədə 906.94 (doqquz yüz altı manat, 94 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 547.12 (beş yüz qırx yeddi manat, 12 qəpik) manat (12 ay x 42.51 manat + 37 manat ilkin ödəniş) olan İmei Kod **********46310 SAMSUNG GALAXY A05S, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET L xidməti üçün ümumilikdə, 561.13 (beş yüz altmış bir manat, 13 qəpik) manat olmaqla ondan, 510.12 (beş yüz on manat, 12 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 51.01 (əlli bir manat, 1 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 376.92 (üç yüz yetmiş altı manat, 92 qəpik) manat (12 ay x 29.41 manat + 24 manat ilkin ödəniş) olan İMEİ Kod **********81006 XİAOMİ REDMİ 13C, VİNİL ŞƏFFAF, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə, 345.81(üç yüz qırx beş manat, 81 qəpik) manat olmaqla ondan, 292.92 (iki yüz doxsan iki manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 29.29 (iyirmi doqquz manat, 29 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cəmi 906.94 manat ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kod **********46310 SAMSUNG GALAXY A05S, SAMSUNG CHARGEİ QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET L xidməti çün 510.12 (beş yüz on manat, 12 qəpik) manat ödənilməmiş hissə, 51.01 (əlli bir manat, 1 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********81006 XİAOMİ REDMİ 13C, VİNİL ŞƏFFAF, PAKET L xidmət QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmət üçün, 292.92 (iki yüz doxsan iki manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 29.29 (iyirmi doqquz manat, 29 qəpik) manat cərimə, ümumilikdə 906.94 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei Kod **********46310 SAMSUNG GALAXY A05S, SAMSUNG CHARGEİ QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET L xidməti çün 510.12 (beş yüz on manat, 12 qəpik) manat ödənilməmiş hissə, 51.01 (əlli bir manat, 1 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********81006 XİAOMİ REDMİ 13C, VİNİL ŞƏFFAF, PAKET L xidmət QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmət üçün, 292.92 (iki yüz doxsan iki manat, 92 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 29.29 (iyirmi doqquz manat, 29 qəpik) manat cərimə, ümumilikdə 906.94 (doqquz yüz altı manat doxsan dörd qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə ) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2871/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2871/2025
30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver