Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2925/2025 22.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəbbə pulu qismində silinmiş 57570.00 manat məbləğində pul vəsaitnin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 301 saylı mənzil barədə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/301/24 saylı müqavilə üzrə, dəbbə pulu qismində silinmiş 57405.00 manat məbləğində pul vəsaitnin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 302 saylı mənzil barədə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/302/24 saylı müqavilə üzrə, dəbbə pulu qismində silinmiş 55840, 00 manat məbləğində pul vəsaitnin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 303 saylı mənzil barədə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/303/24 saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi vəzifəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətnin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1) xx.xx.2024-cü il tarixli NR/301/24 saylı, xx.xx.2024-cü il tarixli NR/302/24 saylı və xx.xx.2024-cü il tarixli NR/303/24 saylı müqavilələrin Cavabdeh tərəfindən ləğvinin qanunsuz hesab edilməsi; 2) Dəbbə pulu qismində silinmiş 57570.00 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 301 saylı mənzil barədə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/301/24 saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi; 3) Dəbbə pulu qismində silinmiş 57405.00 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 302 saylı mənzil barədə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/302/24 saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi; 4) Dəbbə pulu qismində silinmiş 55840, 00 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 303 saylı mənzil barədə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/303/24 saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi; 5) xx.xx.2024-cü il tarixli NR/301/24 saylı müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər, FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində A1 blok, mərtəbə 3, 3 otaqdan ibarət, 139.80 m2 ümumi sahəsi olan 301 saylı , xx.xx.2024-cü il tarixli NR/302/24 saylı müqavilə əsasında A1 blok, mərtəbə 3, 3 otaqdan ibarət, 139.40 m2 ümumi sahəsi olan 302 saylı və xx.xx.2024-cü il tarixli NR/303/24 saylı müqavilə əsasında A2 blok, mərtəbə 3, 3 otaqdan ibarət, 135.60 m2 ümumi sahəsi olan 303 saylı mənzillərin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdehn üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə mülki işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətlə müraciət edərək bildirmişdir ki, hazırki iş üzrə mübahisəli mənzillər iddiaçının xalası X2 təsisçisi olduğu "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və bütün çoxsaylı işçi heyətinin bir məkanda yerləşdirilməsi məqsədi ilə alınmışdır. Ümumilikdə 1752,5 m2 sahədən ibarət mənzillər gələcəkdə şirkətin fəaliyyətinin rəqabətli beynəlxalq biznes qaydalarına uyğun şəkildə vahid biznes konsepsiyalı məkanda planlaşdırılmışdır. Xüsusilə vurğulanmalıdır ki, bu mənzillərlə bağlı mübahisə yarandığı andan bu günə kimi tərəflər arasında mübahisənin həll üzrə danışıqlar da "xxxx" MMC-nin rəhbərliyi ilə cavabdeh arasında vahid yanaşma üzərindən aparılmış və məsələnin "xxxx" MMCnin biznes maraqları çərçivəsində həllinə çalışılmışdır. "xxxx" MMC-nin maraqları daxilində hərəkət edən İddiaçı tərəfindən hazırki iddianın məhkəməyə hazırlandığı vaxt mübahisənin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi qənaətində olsaq da, kommersiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması halında mənzillərin üçüncü şəxslərə özgəninkiləşdirilmə riskinin qarşısının alınması üçün hazırki iddia Səbail Rayon Məhkəməsinə verilmişdir. Həmçinin, analoji iddia X2 birbaşa (5% pay) və dolaylı təsisçisi (95% payçı “X1 Limited” şirkətinin sahibi kimi) olduğu "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə qarşı qaldırılmış və hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. (e-2-2(113)-10433/2025) Habelə, analoji iddialar eyni sahibkarlıq məqsədilə adlarına mənzillər alınmış "xxxx" MMC-nin birbaşa və dolaylı təsisçisi X3 və onun digər yaxın ailə üzvləri tərəfindən də Cavabdeh MMC-yə qarşı qaldırılmış və hazırda da Səbail Rayon Məhkəməsinin icraatındadır. (e-2(009)-2927/2025, e-2(009)-2928/2025, e2(009)-2926/2025. Nəzərə alınmalıdır ki, cavabdeh tərəflə aparılan bütün ümumi yazışmalarda həmin dövrdə toplam 12 müqavilə üzrə münasibətlər vahid yanaşma üzrə tənzimlənməyə çalışılmış, habelə 12 sahə üzrə həmin dövrdəki ümumi borc məbləği olan 2 850 205,73 (iki milyon səkkiz yüz əlli min iki yüz beş manat yetmiş üç qəpik) məbləğin birlikdə ödəniş qrafiki tərəfimizdən təklif edilmişdir. Bu hal 12 müqavilə üzrə yaranmış bütün münasibətlərin əlaqəli olduğu və tək məqsədli biznes xarakteri daşıdığını açıq şəkildə göstərir. Sadalananlardan açıq-aydın görünür ki, iddiaçı əmlakları xalası X2 şirkətinin sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədi üçün əldə etmişdir və hazırki mübahisə də həmin sahibkarlıq fəaliyyətinə qarşı cavabdehin qanunsuz hərəkətlərindən irəli gəlməkdədir. Yuxarıda göstərilənləri nəzərə alaraq, hər iki işə bir icraatda baxılması üçün icraatınızdakı e- 2(009)-2925/2025 saylı işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 10433/2025 saylı işlə birləşdirilməsi barədə qərardad çıxarılmasını Sizdən xahiş edirik. Vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə, iş materiallarını təqdim olunmuş sənədlər əsasında nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(009)- 2925/2025 nömrəli mülki işlə, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMCnin Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2-2(113)- 10433/2025 nömrəli mülki iş biri-biri ilə əlaqəli olduğundan hazırkı mülki iş digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-in 44.2.6-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(009)-2925/2025 nömrəli mülki işlə, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2-2(113)-10433/2025 nömrəli mülki iş biri-biri ilə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Odur ki, hazırkı mülki iş digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 43, 44, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(009)- 2925/2025 nömrəli mülki işlə, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMCnin Cavabdeh MMC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2-2(113)- 10433/2025 nömrəli mülki iş əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilərək onlara birgə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2925/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2925/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver