Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2926/2025 19.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi Kərimova Nəzrin Asim qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "alqı-satqı müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddia ərizəsi üzrə mülki iş materialını nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı "alqı-satqı müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəbbə pulu qismində silinmiş 62,173.00 manat məbləğində pul vəsaitnin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekt, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 501 saylı mənzil barədəİddiaçı ilə CavabdehMəhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/501/24 saylımüqavilə üzrə; 2. Dəbbə pulu qismində silinmiş 61,855.00 manat məbləğində pul vəsaitnin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekt, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 502 saylı mənzil barədəİddiaçı ilə CavabdehMəhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/502/24 saylımüqavilə üzrə; 3. Dəbbə pulu qismində silinmiş 620,164.00 manat məbləğində pul vəsaitnin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekt, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 501 saylı mənzil barədəİddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/503/24 saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi vəzifəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə vəsatət verərək, hazırki işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-10433/2025 saylı işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 vəsatətin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidirş Belə ki, vəsatətə əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 10433/2025 saylı, xx.xx.2025-ci il tarixli icraata qəbul qərardadından görünür ki, iddiaçı "xxxx" MMC - Cavabdeh MMC-yə qarşı pul vəsaitinin borcun qarşılığında silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəbbə pulu qismində silinmiş 31200 manat məbləğində pul vəsaitinin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində A1 blok, mərtəbə 2, ümumi sahəsi 30.00 m olan 201B nömrəli qeyri-yaşayış sahəsi barədə ”VİBEANDWAVE” MMC (əvvəlki adı "xxxx" MMC) ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/R/201B/24 saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin icraatında olan 2(009)- 2926/2025 saylı mülki iş üzrə iddiaçı dəbbə pulu qismində silinmiş 62,173.00 manat məbləğində pul vəsaitnin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekt, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 501 saylı mənzil barədəİddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/501/24 saylımüqavilə üzrə; 2. Dəbbə pulu qismində silinmiş 61,855.00 manat məbləğində pul vəsaitnin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekt, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 502 saylı mənzil barədəİddiaçı ilə CavabdehMəhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/502/24 saylımüqavilə üzrə; 3. Dəbbə pulu qismində silinmiş 620,164.00 manat məbləğində pul vəsaitnin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekt, 36 ünvanında Ağşəhər FS-14 layihəsi çərçivəsində inşa olunan “Nobel Residence” yaşayış kompleksində 501 saylı mənzil barədəİddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanılmış xx.xx.2024-cü il tarixli NR/503/24 saylı müqavilə üzrə əsas borcun qarşılığında silinməsi vəzifəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətnin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. AR MPM-nin: 30-ci maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 43.2. bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göstərilənə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "alqısatqı müqaviləsi üzrə mübahisələr" tələbinə dair 2(009)-2926/2025 saylı mülki iş iddiaçı "xxxx" MMC - Cavabdeh MMC-yə qarşı pul vəsaitinin borcun qarşılığında silinməsi tələbinə dair e-2-2(113)-10433/2025 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı - cavabdeh "xxxx" MMC-yə qarşı "alqı-satqı müqaviləsi üzrə mübahisələr" tələbinə dair 2(009)-2926/2025 saylı mülki iş, iddiaçı "xxxx" MMC - Cavabdeh MMC-yə qarşı pul vəsaitinin borcun qarşılığında silinməsi tələbinə dair e-2-2(113)-10433/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2926/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2926/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver