Məhkəmə qərarları › İş №e-2(009)-296/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-296/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-296/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2167 (iki min yüz altmış yeddi) manat məbləğində əsas borcun, 5432 (beş min dörd yüz otuz iki) manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 74 (yemiş dörd) manat pulun və ödənilmiş 97 (doxsan yeddi) manat məbləğində dövlət rüsumunun və 200 (iki yüz) manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin “RKS Spontini 110cc” markalı, Ağ rəngli, L8YTCHPP0LKA00785 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Satıcı”İddiaçı MMC ilə Cavabdeh1 arasında 09/21 saylı, xx.xx.2021-ci il tarixli Nisyə Alqı- Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə 3380 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı MMC ilə digər Cavabdeh2 arasında 09/21 saylı, xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh2 “Satıcı” İddiaçı MMC qarşısında “Alıcı” Cavabdeh1 Nisyə Alqı-Satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edək ki, tərəfimizdən Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Girov Müqaviləsinə əsasən 2020- ci il istehsallı, “RKS Spontini 110cc” markalı, Ağ rəngli, L8YTCHPP0LKA00785ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmiş və Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestr sistemində xx.xx.2021-ci il tarixində qeydiyyata alınaraq yüklülük müddəti uzadılmışdır. Həmin Müqavilənin 4.2-ci və 4.3-cü maddələrinə əsasən “Girov qoyan” öhdəliklərini yerinə yetirmədiyi təqdirdə nəqliyyat vasitəsinin təbii aşınması nəzərə alınaraq müvafiq günə müəyyənləşmiş qiymət həcmində “Girov saxlayan”ın girov predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödənişi yönəltmək hüququ vardır. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlərin Nisyə Alqı-Satqı Müqaviləsi üzrə əsas borcu 2167 (iki min yüz altmış yeddi) manat təşkil etməkdədir. Həmin Müqavilənin 2.2.5-ci bəndinə əsasən “Alıcı” ödənişi gecikdirdiyi və ya ümumiyyətlə ödəmədiyi təqdirdə “Satıcı”nın ilkin tələbi ilə nəqliyyat vasitəsini geri qaytarır və bununla bağlı “Satıcı”ya vurulmuş ziyan məbləğini tam şəkildə ödəməlidir. Lakin Tərəfimizdən cavabdehlərə dəfələrlə Alqı-Satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və xx.xx.2022-ci il tarixində yazılı qaydada pretenziya məktubları ilə müraciətlər olunsa da, bu günə qədər cavabdehlər ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadırlar. Əlavə olaraq bildirək ki, xx.xx.2021-ci il tarixli Nisyə Alqı-Satqı Müqaviləsinin 3.2-ci bəndinə əsasən müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyi təqdirdə “Alıcı” “Satıcı”ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 5432 (beş min dörd yüz otuz iki) manat təşkil edir. Sonradan İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2167 (iki min yüz altmış yeddi) manat məbləğində əsas borcun, 5432 (beş min dörd yüz otuz iki) manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 74 (yetmiş dörd) manat pulun və ödənilmiş 97 (doxsan yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq 'Mopedo.AZ” MMC-yə ödənilməsi, borc məbləğinin "RKS Spontini 110cc" markalı, Ağ rəngli, L8YTCHPPOLKAOÜ785 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, bildirir ki, icraatda tərəflərindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2167 (iki min yüz altmış yeddi) manat məbləğində əsas borcun, 5432 (beş min dörd yüz otuz iki) manat məbləğində cərimə məbləğinin, gecikdiıilmiş vaxt üçüıı illik 5% məbləğində hesablanmaqla 74 (yetmiş dörd) manat pulun və ödənilmiş 97 (doxsan yeddi) manat məbləğində dövlət rüsumunun və 200 ( iki yüz) manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin "RKS Spontini 110cc" markalı, Ağ rəngli. L8YTCHPP0LKA00785 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq “Mopedo.AZ" MMC-yə ödənilməsinə dair iddia tələbləri vardır. Bu səbəbdən cavabdehlərdən 200 (iki yüz) manat məbləğində vəkil xərcinin tutularaq Cəmiyyətə ödənilməsi zərurəti aradan qalxmış və iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 23 fevral 2023-cü il tarixli iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ilə razılaşma əldə etmək istədiklərini və borcu ödəyəcəklərini bildirdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09/21 nömrəli, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus əlaqədar texniki sənədləri servis kitabçası, zəmanət kitabçası və s.) “Aİıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə bu nəqliyyat vasitələrinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcı”ya tam ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 01 saylı əlavədən (alqı-satqı predmetini təşkil edən nəqliyyat vasitələrinin təhvil-təslim aktı) görünür ki, tərəflər arası bağlanılmış alqı-satqı müqaviləsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq “Satıcı” “RKS Spontini 110cc” markalı, Ağ rəngli, L8YTCHPP0LKA00785 ban nömrəli nəqliyyat vasitəsini və ona məxsus əlaqədar texniki sənədləri (servis kitabçası, zəmanət kitabçası və s.) “Alıcı”ya təhvil vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 01 saylı əlavədən (nəqliyyat vasitələrinin siyahısı, dəyəri və ödəniş qaydaları) görünür ki, nəqliyyat vasitəsinin ümumi dəyəri 3380 (üç min üç yüz səksən) manat təşkil edir. Nəqliyyat vasitəsi üçün ödənən ilkin ödəniş 500 (beş yüz) manat təşkil edir. Hazırkı əlavənin 4-cü bəndində nəzərdə tutulmuş məbləğin 12 (on iki) ay müddətində hissə-hissə ödənilməsi nəzərdə tutulur. Nəqliyyat vasitələrinin dəyərinin hazırkı əlavəyə uyğun olaraq ödənilməməsi tərəflər arası bağlanılmış müqavilənin tələblərinə görə cərimə sanksiyasının hesablanması üçün əsasdır. (hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1% məbləğində). İş materiallarına əlavə edilmiş «Satıcı» İddiaçı ilə «Alıcı» Cavabdeh1 arasında bağlanmış 09/21 nömrəli, xx.xx.2021-ci il tarixli girov müqaviləsindən görünür ki, 01 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Girov qoyan”ın “Girov saxlayan” qarşısında öhdəliklərinin təminatı olaraq “Girov qoyan” əsas müqavilənin predmeti olan 2020-ci il istehsallı, “RKS Spontini 110cc” markalı, Ağ rəngli, L8YTCHPP0LKA00785 ban nömrəli nəqliyyat vasitəsini “Girov saxlayan”a girov kimi təqdim edir. Tərəflərin qarşılıqlı razılığı ilə girov predmeti 2880 (iki min səkkiz yüz səksən) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 09/21 nömrəli, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, “Zamin” “Alıcı”nın xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Satıcı” qarşısında üzərinə götürdüyü öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. “Zamin” “Satıcı” qarşısında “Alıcı”nın nisyə alqı-satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi səbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş HM-26/1 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış 09/21 saylı, xx.xx.2021-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsinə əsasən 2020-ci il istehsallı, “RKS Spontini 110cc” markalı, L8YTCHPP0LKA00785 ban nömrəli 3380 manat məbləğində moped nəqliyyat vasitəsi Cavabdeh1 istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh1 tərəfindən ümumilikdə 1213 (min iki yüz on üç) AZN məbləğində ödəniş edilmişdir. Beləliklə, Cavabdeh1 "Mopedo.AZ” MMC-yə xx.xx.2022-ci il tarixinə əsas borcu 2167 (iki min yüz altmış yeddi) manat, cərimə borcu 5432,94 (beş min dörd yüz otuz iki manat doxsan dörd qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% məbləğində borcu 74.43 (yetmiş dörd manat qırx üç qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış pretenziya məktublarından görünür ki, cavabdehlərdən İddiaçı MMC-yə olan borcun 3 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materialından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Girov Müqaviləsinə əsasən 2020-ci il istehsallı, “RKS Spontini 110cc” markalı, Ağ rəngli, L8YTCHPP0LKA00785 ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmiş və Daşınar Əmlakın yüklülüyünün Dövlət Reyestr sistemində xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq bildirişlərlə qeydiyyata alınmışdır. Əsalandırıcı hissə: İşin müəyyən edilmiş hallarından görünür ki, “Satıcı” İddiaçı MMC ilə Cavabdeh1 arasında 09/21 saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan nəqliyyat vasitəsini “Alıcı”nın mülkiyyətinə vermiş, “Alıcı” isə 3380 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq 12 ay ərzində “Satıcıya” ödəməyi öhdəsinə götürmüş, həmçinin İddiaçı MMC ilə digər Cavabdeh2 arasında 09/21 saylı, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh2 “Satıcı” İddiaçı MMC qarşısında “Alıcı” Cavabdeh1 Nisyə Alqı-Satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən “Satıcı”ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüş, bundan başqa İddiaçı MMC tərəfindən Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Girov Müqaviləsinə əsasən 2020-ci il istehsallı, “RKS Spontini 110cc” markalı, Ağ rəngli, L8YTCHPP0LKA00785 ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmiş və Daşınar Əmlakın yüklülüyünün Dövlət Reyestr sistemində nəqliyyat vasitəsinin yüklülüyü qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər müqavilə üzrə üzərilərinə düşən öhdəliyi yerinə yetirməmişlər və cavabdehlərin Nisyə alqı-satqı müqaviləsi üzrə MMC-yə xx.xx.2022-ci il tarixinə əsas borc 2167 (iki min yüz altmış yeddi) manat, cərimə borcu 5432,94 (beş min dörd yüz otuz iki manat doxsan dörd qəpik) manat, gecikdirilmiş vaxt üçün illik 5% - 74.43 (yetmiş dörd manat qırx üç qəpik) manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra 3 etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2.). Qanunvericiliyə əsasən zaminlik elə bir hüquq münasibətidir ki, buna görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik bir sıra xüsusiyyətlərlə xarakterizə olunur. Həmin xüsusiyyətlərindən biri odur ki, bu öhdəlik hüquq münasibətidir. Zaminlik üzrə münasibətlərdə üç kateqoriya subyekt (tərəf) - borclu, kreditor və zamin iştirak edir. Zamin borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda kreditor qarşısında əmlak məsuliyyəti daşıyır. Zaminlik özlüyündə aksessor (əlavə) törəmə öhdəlikdir. O, əsas öhdəlikdən asılıdır və əsas (təmin olunan) öhdəliyin icrasını təmin edən öhdəlikdir. Zaminlik öhdəliyinin yaranması əsas öhdəliyin əmələ gəlməsi ilə şərtlənir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh1 İddiaçı MMC ilə nisyə alqı-satqı müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh2 Rafik oğlu da zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda İddiaçı MMC məhkəmə qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rafik oğlundan müştərək qaydada əsas və faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “5432 (beş min dörd yüz otuz iki) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, nisyə alqı-satqı müqaviləsindən irəli gələn 2167 (iki min yüz altmış yeddi) manat əsas (qalıq) borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cəriməni - 5432 (beş min dörd yüz otuz iki) manatı tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 500 (beş yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin tələbin girov predmetinə yönəldilməsinə dair hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girov ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı alqı-satqı müqaviləsi üzrə tələbin girov ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 297-ci maddəsində də nəzərdə tutulduğu kimi girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, girov predmeti açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən borc ödənilməli, satışdan əldə olunan vəsaitdən artıq qalan hissəsi girov qoyana qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlərdən ümumi qaydada tutulması” hissəsinə münasibət bildirirək qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə hazırki qətnamə ilə artıq borcun cavabdehlərdən tutulması məsələsinə hüquqi qiymət vermiş, borcun cavabdehlərdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Qətnamənin icrası təmin edilərkən satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə ümumi qaydada icra edilməsi icra proseduru çərçivəsində təmin edilməli olduğundan bu halın əlavə olaraq müəyyən edilməsinə heç bir zərurət yoxdur. Mülki Məcəllənin 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1., 63.1.1., 63.1.2. və 63.1.3. maddələrinə görə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddianın verilməsi ilə bağlı İddiaçı MMC tərəfindən 97 (doxsan yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməli, 57 (əlli yeddi) manat hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2167 (iki min yüz altmış yeddi) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 74 (yetmiş dörd) manat, cəmi 2741 (iki min yeddi yüz qırx bir) manat məbləğində borc, ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 57 (əlli yeddi) manat hissəsi iddiaçıya aid edilməli, tələb üzrə tutma “RKS Spontini 110cc” markalı, Ağ rəngli, L8YTCHPP0LKA00785 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməli, nəqliyyat vasitəsi açıq hərracda satılmalı, satışından əldə ediləcək vəsait hesabına İddiaçı MMC-yə olan borc ödənilməli, satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılmalı, iddia qalan hissələrdə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2167 (iki min yüz altmış yeddi) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 74 (yetmiş dörd) manat, cəmi 2741 (iki min yeddi yüz qırx bir) manat məbləğində borc ödənilmiş 97 (doxsan yeddi) manat dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. Tələb üzrə tutma girov predmeti olan - “RKS Spontini 110cc” markalı, Ağ rəngli, L8YTCHPP0LKA00785 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilsin. “RKS Spontini 110cc” markalı, Ağ rəngli, L8YTCHPP0LKA00785 ban nömrəli nəqliyyat vasitəsi açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı MMC-yə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar