Məhkəmə qərarları › İş №e-2(009)-2990/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2990/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2990/2025 23.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mənzilin təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və ərizə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, İddiaçı analoji iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə əvvəllər də müraciət etmiş və onun iddia ərizəsinin qəbulundan imtina edilərək həmin tələbə sadələşdirilmiş icraat qaydasında baxılmasının yolverilməz olması qeyd edilmişdir. Lakin iddiaçı yenə də həmin tələblə sadələşdirilmiş icraat qaydasında məhkəmənin elektron sisteminə iddia ərizəsini yerləşdirilmişdir. Hakim təkrar izah edir ki, hansı kateqoriya işlərə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmalı olması aşağıdakı qanunvericilik aktları ilə nəzərdə tutulmuşdur. AR MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Göstərilən Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284- 1-ci maddəsinə uyğun deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra iddia icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Qanun 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Qeyd edilən Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə hakim hesab edir ki, iddiaçının qaldırdığı tələbə sadələşdirilmiş icraat qaydasında baxılması nəzərdə tutulmadığından onun qəbulundan imtina edilməli və ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 284-1, 284-3.5 maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən imtina edilsin və ərizə iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar