Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-305/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlunun, onun nümayəndəsi və vəkili X6, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "müqavilənin ləğv edilməsi qanunsuz hesab edilməsi və sığorta ödənişinin tutulması" tələbinə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlu cavabdeh "BAKİSİĞORTA" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "müqavilənin ləğv edilməsi qanunsuz hesab edilməsi və sığorta ödənişinin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və sığorta müqaviləsi əsasında sığortalanmış ** LT *** dövlət nömrə nişanlı Mercedes Benz EQB 300 4 MATİC markalı nəqliyyat vasitəsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 28.373,43 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: iş üzrə iddiaçı ilə cavabdeh arasında 08 sentyabr 2023-cü il tarixində sığorta müqaviləsi bağlanmış və həmin sığorta müqaviləsinə əsasən, cavabdeh iddiaçının mülkiyyətində olan ** LT *** dövlət nömrə nişanlı Mercedes Benz EQB 300 4 MATİC markalı nəqliyyat vasitəsini bir il müddətinə ümumilikdə 70.000 manat məbləğində sığortalamış və bunun əsasında iddiaçının adına **********3 nömrəli sığorta şəhadətnaməsi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin “Sığorta haqqının ödənilmə qrafiki” adlanan bəndinə müvafiq olaraq, iddiaçı xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək, hər ayın 08-də 392 manat məbləğində sığorta haqqını ödəmə vəzifəsini üzərinə götürmüşdü. Bağlanmış sığorta müqaviləsinə müvafiq olaraq, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 400 manat, xx.xx.2023-cü il tarixində səhər saat 09:24-də 400 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı 2023-cü ilin noyabr ayında əsasən respublika hüdudlarından kənarda olduğundan sığorta ödənişini gec həyata keçirmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixində iddiaçı özünə məxsus olan nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsini törətmiş və baş vermiş hadisədən sonra dərhal sığorta şikətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Sığorta əməkdaşları onu şirkətlərinə dəvət etmiş və ilk olaraq sığorta ödənişini həyata keçirəcəklərini bildirərək dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə “X8” Mersedes- Benzin Azərbaycandakı rəsmi dillerinə müraciət etməsini tövsiyə etmişlər. Bundan sonra iddiaçı özünə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasında rəsmi qaydada fəaliyyət göstərən “X8” Mercedes Benzin Azərbaycandakı rəsmi dillerinə müraciət edərək, onun avtomobilinə dəymiş ziyanın müəyyən edilməsini xahiş etmişdir. X5 Mərkəzi” Mercedes-Benzin Azərbaycandakı rəsmi dillerinə təqdim edilmiş və avtomobilə baxış və müayinə keçirildikdən sonra, nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi dəyərinin 28.373,43 manat məbləğində olması müəyyən edilmişdir. Cavabdeh ilkin olaraq dəymiş ziyanı ödəmələrini qeyd etsə də, sonradan xx.xx.2023-cü il tarixində günorta saatlarında cavabdehin əməkdaşları iddiaçı ilə əlaqə saxlayaraq ödənişi həyata keçirməkdən imtina edəcəklərini bildirmişlər. Buna əsas kimi isə, hadisə baş verdiyi zaman sığorta ödənişinin ödənilmədiyinə istinad edilmişdi. Bundan sonra iddiaçının ünvanına cavabdeh tətərfindən sürətli poçt vasitəsilə xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərilmiş və həmin bildirişdə qeyd olunmuşdur ki, İddiaçı sığorta haqqının üçüncü hissəsini müqavilə üzrə müəyyən edilmiş müddətdə tam ödəmək vəzifəsini icra etməmiş və gecikmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixində cavabdehin Azadlıq prospektində yerləşən inzibati binasına gedərək orada bildirmişlər ki, onların bu cür bildirişin xx.xx.2023-cü il tarixində göndərməsi tam qanunsuz və əsassızdır. Belə ki, cavabdeh bildirişi arxa tarixdən tərtib etsə də, həmin bildiriş onların şirkətindən xx.xx.2023-cü il tarixində 16:55-də göndərilmiş, bildiriş göndərildiyi zaman artıq iddiaçı tərəfindən sığorta müqaviləsinin üçüncü hissəsi olan 400 manat məbləğində sığorta haqqını ödəmişdir. Nəticədə, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklər davam etmişdir. Digər tərəfdən görüş zamanı cavabdehin idarə heyətinin üzvü olan O.Şeydabəyova bildirmişlər ki, hətta iddiaçı sığorta ödənişinin ödənilməsini gecikdirsə də, müqavilə üzrə onun tətəfindən artıq ödəmələr olduğundan, müqavilənin üçüncü hissəsi üzrə onun tərəfindən faktiki olaraq xx.xx.2023-cü il tarixi vəziyyətinə 116 manat məbləğində ödənişi mövcud olmuşdur. İddiaçı sadəcə olaraq noyabr ayı üçün 276 manat ödənişini gecikdirmişdir. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 17-ci bəndinə müvafiq olaraq, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortanın ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Müavilənin 19-cu bəndinə müvafiq olaraq, sığorta müqaviləsi sığorta şəhadətnaməsinin buraxıldığı tarixdən 10 təqvim günü ərzində sığorta haqqının ilk hissəsinin və ya tam şəkildə ödənildiyi halda qüvvəyə minir və sığorta təminatı sığorta haqqının ilk hissəsinin və ya tam şəkildə ödənildiyi tarixdən başlanır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin yuxarıda göstərilən bəndlərindən də göründüyü kimi, sığorta hadisəsi baş verdiyi zaman, yəni xx.xx.2023-cü il tarixi vəziyyətinə iddiaçı tərəfindən müqavilənin üçüncü hissəsi üzrə ödənişindən 116 manat ödədiyindən, artıq onun tərəfindən sığorta haqqının üçüncü ödənişinin ilk hissəsi üzrə ödəniş aparılmış və müqavilə öhdəlikləri davam etmişdir. Digər tərəfdən müqavilənin 17-ci bəndindən də göründüyü kimi, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortanın ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malik olduğundan, cavabdeh iddiaçıya sığorta ödənişini xx.xx.2023-cü il tarixində, yəni dərhal həyata keçirsəydi, bu zaman sığorta ödənişindən müqavilənin üçüncü hissəsi üzrə ödənilməmiş 276 manat məbləğini tuta bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixinə sığorta ödənişini həyata keçirmədiyindən və tutulmalı olan 276 manat məbləğini tutmadığından, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində saat 09:24-də artıq 400 manat məbləğində sığorta haqqı üzrə ödəniş həyata keçirilmişdir. Cavabdeh özünün müqaviləyə xitam verilməsinə dair göndərdiyi qanunsuz və əsassız bildirişindən sonra, xx.xx.2023-cü il tarixində iddiaçıya xx.xx.2023-cü il tarixli məktubu ilə sığorta ödənişinin həyata keçirilməsindən imtina edərək, göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat 12:00-da iddiaçı tərəfindən 400 manat ödəniş edilmiş və həmin ödəniş də ona geri qaytarılacaqdır. İlk növbədə, iddiaçı tərəfindən 400 manat ödəniş xx.xx.2023-cü il tarixində saat 12:00-da deyil, ödəniş onun tərəfindən saat 09:24-də həyata keçirilmişdir. Daha sonra o da qeyd olunmalıdır ki, cavabdeh öz məktubunda göstərir ki, “Cəmiyyətin “1C” mühasibatlıq proqramından xx.xx.2023-cü il tarixinə çıxarışdan göründüyü kimi, hadisə anına onda 276 manat 30 günədək gecikdirilmiş borc olmuşdur.” Digər tərəfdən o da qeyd olunmalıdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda Azərbaycan Respublikası MM-nin 935.1.9-cu maddəsinə istinad edərək göstərir ki, “Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, hadisənin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan və xx.xx.2023-cü il tarixli hadisə baş verdiyi anda onda 30 günədək gecikdirilmiş borc olduğu üçün Azərbaycan Respublikası MM-nin 935.1.9-cü maddəsinə əsasən, Cəmiyyətin sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları mövcud deyildir.” Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının cavabdeh qarşısında ödənişi həyata keçirmək öhdəliyi hər növbəti ayın 08-də olmuşdur. xx.xx.2023-cü il tarixinə olan vəziyyətə isə cavabdehin qeyd edildiyi 30 gün deyil sadəcə olaraq 22 gün edir. Digər tərəfdən cavabdeh özü də məktubunda etiraf edir ki, iddiaçının xx.xx.2023-cü il tarixinə 276 manat öfənilməmiş öhdəliyi olmuşdur. Bu isə onu göstərir ki, cavabdeh özü də etiraf edir ki, iddiaçı müqavilədə nəzərdə tutulan üçüncü ödəniş üzrə 392 manat sığorta haqqı mənbləğinin artıq 116 manatını ödəmişdir. Qeyd olunmalıdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Hazırkı iş üzrə tərəflər arasında sığorta təminatının müddəti 15 gün müəyyən edilmişdir. Odur ki, 15 günlük sığorta münasibəti baxımından bir ay müddət ərzində sığorta haqqının ödənilməməsinin sığorta müqaviləsinin ləğvi səbəbi kimi göstərilməsi tərəflər arasında sığorta münasibətlərinin mahiyyətinə uyğun olmamışdır. Mülki Məcəllənin 903-cü maddəsinin müvafiq göstərişi də məhz daha uzun müddətli sığorta təminatını nəzərdə tutan sığorta müqavilələri üçün keçərlidir. Nəticə etibarı ilə sığorta təminatının müddətinin bitməsindən sonra sığorta haqqının ödənilməməsinin müqavilənin ləğvinə səbəb kimi qiymətləndirilməsi sığorta münasibətlərinin mahiyyətinə və mülki qanunvericiliyin normalarının göstərişlərinə uyğun olmamışdır. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehin müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və sığorta müqaviləsi əsasında sığortalanmış ** LT *** dövlət nömrə nişanlı Mercedes Benz EQB 300 4 MATİC markalı nəqliyyat vasitəsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 30.145,02 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinin dəlilləri: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-305/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspertizanın nəticəsi olaraq, Ekspertiza Mərkəzinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli 9/1194-8/478 saylı rəyinə əsasən ekspertiza tədqiqata təqdim edilmiş “X8” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Mercedes Benz EQB 300 4 Matic” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30145,02 manat müəyyən edilməsi göstərilmişdir. Məhz bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edərək, tələbi dəymiş ziyanın həcmi hissəsində artırmaq məcburiyyətində qalmışlar. Etirazın dəlilləri: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, hesab edirlər ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, “Mercedes Benz EQB 300 4MATİC” markalı ** LT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə Cəmiyyətdə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası” üzrə **********3 №-li sığorta şəhadətnaməsi ilə İddiaçı (şəhadətnamədə ata adı Ələskər qeyd edilib) oğlu tərəfindən sığortalanmışdır. İddiaçı Cəmiyyətə müraciət edərək “Mercedes Benz EQB 300 4MATİC” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə saat 14:00-də yol-nəqliyyat hadisəsinin iştirakçısı olduğunu, habelə nəqliyyat vasitəsinə maddi zərərin dəyməsini bildirilmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılmış və müəyyən edilmişdir ki, sığorta şəhadətnaməsinə əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 3-cü hissəsi olan 392 (üç yüz doxsan iki) manat sığorta haqqı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə (xx.xx.2023-cü il tarixində) ödənilməmişdir. Cəmiyyətin “1C” mühasibatlıq proqramından xx.xx.2023-cü (hadisə tarixinə) il tarixinə olan çıxarışdan müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi anına 276 (iki yüz yetmiş altı) manat məbləğində 30 (otuz) günədək (yəni 15 gündən artıq) sığorta haqqı üzrə gecikdirilmiş borc mövcuddur. Bu hal iddiaçı tərəfindən də iddia ərizəsində etiraf edilmişdir. Cəmiyyətin nümayəndələri tərəfindən bu barədə İddiaçı məlumat verildikdən sonra sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə Cəmiyyətin hesabına 400 (dörd yüz) manat məbləğində vəsait ödənilmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “AR MM”) 903.5-ci maddəsi imperativ qaydada sığortaçının üzərinə öhdəliyin yerinə yetirilməsi üçün sığortalıya 15 günədək müddət müəyyən etmək vəzifəsi qoymur və qeyd edilən hal yalnız hüquq subyektinə (sığortaçıya) diskresion səlahiyyət, yəni öz istəyi ilə hərəkət etmək imkanı verir. Başqa sözlə qeyd edilən halda sığortalıya öhdəliyin icra edilməsi üçün 15 günədək müddət müəyyən etmək sığortaçının öhdəliyi deyil və bu baxımdan iddianın göstərilən dəlilinin heç bir hüquqi əsası yoxdur. Hətta sığortaçı 15 günədək müddət müəyyən etsə belə, hazırkı iş üzrə yol-nəqliyyat hadisəsi baş verdiyi tarixdə sığorta haqqının üçüncü hissəsi üzrə sığorta haqqı məbləğinin ödənilməli olan tarixdən 15 gündən artıq müddət keçmişdir. Eyni zamanda, AR MM-nin 935.1.9-cu maddəsinin imperativ normasına əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Yəni sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş tarixdən sonrakı 15 gün ərzində sığorta haqqı məbləği ödənildikdə sığorta ödənişi ödənilməlidi . Belə olan halda sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş (yəni ödənilməli olan tarixdən 15 gün ərzində gecikdirilmiş) sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. AR MM-in 935.1.9-cü maddəsinin məzmunundan da müəyyən olunur ki, sığortalı tərəfindən sığorta haqqının hissəsinin müqavilə nəzərdə tutulmuş qaydada ödənilməməsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır və iddiaçının qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixə iddiaçının müqavilənin üçüncü hissəsi üzrə 116 (bir yüz on altı) manat məbləğində ödənişinin olması cavabdeh tərəfindən AR MM-in 935.1.9-cu maddəsinə müvafiq qaydada sığorta ödənişinin verilməsindən imtinanın qanunsuz olduğunu deməyə əsas vermir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi 14 dekabr 2021-ci il tarixli X2 qərarının hazırkı mübahisəyə aidiyyəti yoxdur. Belə ki, həmin Plenum qərarında sığortalı tərəfindən sığorta müqaviləsi üzrə sığorta haqqının ilk hissəsinin və ya tam hissəsinin ödənilməməsinin səbəbi kimi sığortaçının sığortalıya sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmaması qeyd edilmişdir. Lakin Cəmiyyət sığortalıya sığorta haqqının ödənilməsi üçün heç bir maneə yaratmamış, sığortalı özü tərəflər arasında imzalanmış müqavilə üzrə razılaşdırılmış qaydada sığorta haqqını ödəməmişdir. AR Ali Məhkəməsinin xx.xx.2018-ci tarixli, 2(102)-5021/18 saylı, xx.xx.2019-ci il tarixli, 2(102)-1668/19 saylı, xx.xx.2020-ci il tarixli, 2(102)-3734/2020 saylı, xx.xx.2023-cü il tarixli, 2(102)-1575/2023 saylı qərarlarında da məhkəmə kollegiyası analoji hal ilə bağlı hesab etmişdir ki, qeyd olunan halların mövcud olması AR MM-in 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır. İşin faktiki hallarından görünür ki, sığortalı xx.xx.2023-cü il tarixində sığortalanmış avtomobilin yol-nəqliyyat hadisəsinə uğraması ilə əlaqədar olaraq sığortaçıya məlumat vermişdir. Lakin sığortalı sığorta şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 3-cü sığorta haqqı hissəsini xx.xx.2023-cü il tarixində ödəməli olduğu halda, müvafiq sığorta haqqı hissəsini nə müqavilə ilə müəyyən edilmiş müddətdə, nə də MM-nin 935-ci maddəsində nəzərdə tutulmuş həmin müddət başa çatdıqdan sonrakı 15 gün müddətində (yəni xx.xx.2023) ödəməmişdir. Bu halın mövcud olması Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır. Hazırkı halda, cavabdeh qurum yuxarıda qeyd edilən qanunvericilik normasının tələblərinə əsasən sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmuşdur. Cəmiyyət tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsasını iddiaçı tərəfindən sığorta haqqının tam ödənilməməsinə görə tərəflər arasında bağlanmış sığorta müqaviləsinə xitam verilməsi əsası deyil, iddiaçının müqavilə üzrə sığorta haqqını ödəmək öhdəliyini AR MM və sığorta müqaviləsi ilə müəyyən edilən qaydada icra etməməsi təşkil etmişdir. Cəmiyyət tərəfindən göndərilən sığorta ödənişindən imtina məktubunda imtinanın əsasını qeyd edildiyi kimi sığorta haqqının tam şəkildə və vaxtında ödənilməməsi təşkil etmişdir, heç bir yerdə müqaviləyə xitam verilməsinin imtina üçün əsas olduğu qeyd edilməmişdir. Eyni zamanda, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin xx.xx.2023-cü il tarixli imtina məktubunda sığortalının bank rekvizitləri təqdim edildikdən sonra onun hesabına geri qaytaralıcağı bildirilmişdir. Yəni sığortalı tərəfindən sığortaçıya ödənilmiş vəsait sığortaçının sığorta haqqını qəbul etməsi kimi dəyərləndirilə də bilməz. Hazırkı məsələ ilə bağlı iddiaçı tərəfindən sığorta sahəsində nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank bununla bağlı Cəmiyyətə xx.xx.2023-cü il tarixli məktubla müraciət etmiş və müraciət Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixli, №BS-C-23/2769 saylı məktubla cavablandırılmışdır. Cavabdeh tərəfindən sığorta ödənişindən imtina edilməsi nəzarət orqanı tərəfindən qanunsuz və əsassız hesab edilsə idi sonuncu bununla bağlı cavabdehə təqdimat verəcəkdi. Bundan başqa iddiaçı Məhkəmədən Cəmiyyət tərəfindən sığorta müqaviləsinin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Qeyd edilənlərlə yanaşı iddiaçı 29 mart 2024-cü il tarixli, 9/1194-8/478 nömrəli ekspert rəyinə istinad edərək, iddia tələbinin artırılmasına dair ərizə vermiş və cavabdehdən iddiaçının xeyrinə 30.145, 02 (otuz min yüz qırx beş manat, sıfır iki qəpik) manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Bununla bağlı bildirilir ki, hadisə barədə məlumat verildikdən dərhal sonra çıxış etmiş əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillərdə ekspert rəyində yenisi ilə əvəz edilməli olduğu qeyd edilmiş bəzi ehtiyat hissələrinə zərər dəyib-dəymədiyi, ümumiyyətlə, müəyyən edilmədiyi halda (qanad altı arxa, oblisovka, yuyucu maye baçoku motoru, çöl qapı rezini, sükan mexanizmi və s.) ekspert həmin hissələrə dəymiş zərəri də hesablayaraq ümumi zərər məbləğinə daxil etmişdir. Həmin detalların ümumi dəyəri rəyə əsasən 7984.5 (yeddi min doqquz yüz səksən dörd manat, əlli qəpik) manat təşkil edir. Bütün yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki iddia tələbi əsassızdır və bu tipli işlər üzrə formalaşmışmış məhkəmə təcrübəsinə uyğun olaraq rədd edilməlidir. İzahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlu iddia tələbini müdafiə edərək, əvvəlki aylar üzrə 1 dəfə 500, 2 dəfə 400 manat olmaqla ödənişlər etdiyini, növbəti ayda ödənişin gecikməsinin səbəbinin onun noyabr ayında ölkə hüdudlarından kənarda olduğu və oradan köçürmə etməsinin texniki baxımdan mümkün olmadığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlunun nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiyi dəlilləri təsdiq edərək, əvvəlki aylar üzrə 500, 2 dəfə 400 manat aylıq sığorta haqqı məbləğləri ödənilib, iki ayın ödənişi edilib və üçüncü aya dair qismən olaraq sığorta ödənişinin 116 manatını həyata keçirildiyini, xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə xitam verilməsinə dair bildirişin iddiaçının ünvanına cavabdeh tərəfindən sürətli poçt vasitəsilə xx.xx.2023-cü il tarixində göndərildiyini bildirmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək iddia tələbinə etirazı müdafiə etdiyini xaricdən ödənişin edilməməsi barədə iddiaçı tərəfin sübut təqdim etmədiyini, hər ayın pulunun müəyyən edilmiş müddətlərdə ödənilməli olduğunu, artıq ödənilmiş məbləğlərin sığorta haqqına yönəldilmədiyini, bununla bağlı iddiaçı tərəfindən Mərkəzi Banka müraciət edildiyini, nəticədə şirkətə dair heç bir qərar qəbul edilmədiyini bildirmiş, odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sübutlar: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" ASC ilə Mı̇ rzəyev Ramı̇ l Ələskər oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə **********3 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, ** LT *** dövlət nömrə nişanlı Mercedes Benz EQB 300 4 MATİC markalı nəqliyyat vasitəsini bir il müddətinə ümumilikdə 70.000 manat məbləğində, 5 ay ərzində ayda 392 manat sığorta haqqı ödənilməsi müəyyən edilməklə sığortalamışdır. Hər bir hadisə üzrə 200 manat azadolma məbləği təyin edilmişdir. - “X8” MMC-nin xx.xx.2023-cü il tarixli İlkin təmir sifarişi aktından görünür ki, Mercedes Benz EQB 300 4 MATİC markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri ƏDV-siz 24045,28, ƏDV daxil 28 373,43 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Mərkəzi Bankının Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğluna ünvanlanmış 05 dekabr 2023-cü il tarixli 6-1-26/2-M-9728/2-42-13429/2023 nömrəli məktubundan görünür ki, daha əvvəl Mərkəzi Banka daxil olmuş müraciətinə əsasən "xxxx" ASC-yə (bundan sonrasığortaçı) sorğu göndərilmişdir. Sığortaçının xx.xx.2023-cü il tarixli, 6-1/1-28334/2023 nömrəli məktubuna əsasən “Mercedes Benz EQB 300 4MATİC” markalı, ** LT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində sığortaçıda Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə **********3 №-li sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Sığortalı avtomobilin iştirakı ilə xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. Sığorta şəhadətnaməsinə əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 3-cü hissəsi olan 392 (üç yüz doxsan iki) manat sığorta haqqı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə (xx.xx.2023) ödənilməmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra xx.xx.2023-cü il tarixində sığortaçının hesabına 400 (dörd yüz) manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Həmin Məcəllənin 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan sığortaçının sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları mövcud deyil. - "xxxx" ASC-nin 2020-ci ilin noyabr ayından 2023-cü ilin dekabr ayınadək sığorta hesabına daxil olmalar barədə məlumatından görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 400 manat daxil olmalar olmuşdur. - "xxxx" ASC-nin İddiaçı Ələskər oğluna ünvanlanmış sığorta müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, "xxxx" ASC ilə onun arasında xx.xx.2023-ci il tarixli, **********3 saylı sığorta müqaviləsi imzalanmış və Mercedes Benz/EQB 300 4MATİC markalı, 77LT169 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Həmin müqaviləyə əsasən, ümumi sığorta haqqı olan 1960,00 (bir min doqquz yüz altmış) manat məbləği beş hissəyə bölünməklə ilk hissəsi olan 392,00 (üç yüz doxsan iki) manat xx.xx.2023-ci il tarixdə, ikinci hissəsi isə 392,00 (üç yüz doxsan iki) manat xx.xx.2023-ci il tarixdə, üçüncü hissəsi isə 392,00 (üç yüz doxsan iki) manat xx.xx.2023-ci il tarixdə, dördüncü hissəsi isə 392,00 (üç yüz doxsan iki) manat xx.xx.2023-ci il tarixdə, beşinci hissə isə 392,00 (üç yüz doxsan iki) manat xx.xx.2024-ci il tarixinədək ödənilməli idi. Lakin o, sığorta haqqının üçüncü hissəsini müqavilə üzrə müəyyən edilmiş müddətdə tam ödəmək vəzifənizi icra etməmiş və gecikdirmişdir. Qeyd edilənlərə əsaslanaraq və **********3 saylı sığorta müqaviləsi üzrə sığorta haqqının gecikdirilmiş 392,00 (üç yüz doxsan iki) manat məbləğində pul vəsati onun tərəfindən xx.xx.2023 -ci il tarixinədək "xxxx" ASC-yə ödənilmədiyi üçün **********3 saylı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə bildirilmişdir. -"xxxx" ASC-nin İddiaçı Ələskər oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onunla "xxxx" ASC (bundan sonra “Cəmiyət”) arasında xx.xx.2023-cü il tarixli, **********3 saylı sığorta şəhadətnaməsi imzalanmış və “Mercedes Benz EQB 300 4 MATİC” markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Onun tərəfindən xx.xx.2023-cü il tarixində Cəmiyyətə müraciət olunaraq “Mercedes Benz EQB 300 4MATİC markalı ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə sığorta hadisəsinə uğradığı bildirilmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılmışdır. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta şəhadətnaməsinə əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 3-cü hissəsi olan 392 (üç yüz doxsan iki) manat sığorta haqqı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə (xx.xx.2023) ödəmək vəzifənizi icra etməmişdir. Belə ki, Cəmiyyətin “1C” mühasibatlıq proqramından xx.xx.2023-cü il tarixinə çıxarışdan göründüyü kimi hadisə anına onun 276 (iki yüz yetmiş altı) manat 30 (otuz) günədək gecikdirilmiş borc olmuşdur. Lakin, Cəmiyyətin nümayəndələri tərəfindən bu barədə məlumat verildikdən sonra o, xx.xx.2023-cü il tarixi saat 12:00-da Cəmiyyətin hesabına 400 (dörd yüz) manat məbləğində vəsait ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan və xx.xx.2023-cü il tarixli hadisə baş verdiyi anda onun 30 (otuz) günədək gecikdirilmiş borc olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən, Cəmiyyətin sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları mövcud deyil. Həmçinin, bank rekvizitləri təqdim edildiyi halda hadisə baş verdikdən sonra ödənilmiş 400 (dörd yüz) manat məbləğində vəsait hesabına geri ödəniləcəkdir. -29 mart 2024-cü il tarixli 9/1194-8/478 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş “X8” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Mercedes Benz EQB 300 4 Matic” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30145,02 manat müəyyən edilmişdir. -“AZEMİS” elektron məhkəmə informasiya sistemindən sərhədkeçmə məlumatlarından çıxarışdan görünür ki, Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası sərhəddini Frankfurt istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə geri qayıtmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlu ilə cavabdeh "BAKİSİĞORTA" Açıq Səhmdar Cəmı̇ yyəti arasında 08 sentyabr 2023-cü il tarixində sığorta müqaviləsi bağlanmış və həmin sığorta müqaviləsinə əsasən, Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlunun mülkiyyətində olan ** LT *** dövlət nömrə nişanlı Mercedes Benz EQB 300 4 MATİC markalı nəqliyyat vasitəsi bir il müddətinə, ümumilikdə 70.000 manat məbləğində, 5 ay ərzində ayda 392 manat sığorta haqqı ödənilməsi müəyyən edilməklə sığortalanmışdır. xx.xx.2023-cü il tarixində Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlunun ** LT *** dövlət nömrə nişanlı Mercedes Benz EQB 300 4 MATİC markalı nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş və ona zərər dəymişdir. Sığorta ödənişinin ödənilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə müraciət edilmiş, lakin cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış sığorta müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023cü il tarixli bildirişində bildirilmişdir ki, "xxxx" ASC ilə onun arasında xx.xx.2023-ci il tarixli, **********3 saylı sığorta müqaviləsi imzalanmış və Mercedes Benz/EQB 300 4MATİC markalı, 77LT169 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Həmin müqaviləyə əsasən, ümumi sığorta haqqı olan 1960,00 (bir min doqquz yüz altmış) manat məbləği beş hissəyə bölünməklə ilk hissəsi olan 392,00 (üç yüz doxsan iki) manat xx.xx.2023-ci il tarixdə, ikinci hissəsi isə 392,00 (üç yüz doxsan iki) manat xx.xx.2023-ci il tarixdə, üçüncü hissəsi isə 392,00 (üç yüz doxsan iki) manat xx.xx.2023-ci il tarixdə, dördüncü hissəsi isə 392,00 (üç yüz doxsan iki) manat xx.xx.2023-ci il tarixdə, beşinci hissə isə 392,00 (üç yüz doxsan iki) manat xx.xx.2024-ci il tarixinədək ödənilməli idi. Lakin o, sığorta haqqının üçüncü hissəsini müqavilə üzrə müəyyən edilmiş müddətdə tam ödəmək vəzifənizi icra etməmiş və gecikdirmişdir. Qeyd edilənlərə əsaslanaraq və **********3 saylı sığorta müqaviləsi üzrə sığorta haqqının gecikdirilmiş 392,00 (üç yüz doxsan iki) manat məbləğində pul vəsati onun tərəfindən xx.xx.2023 ci il tarixinədək "xxxx" ASC-yə ödənilmədiyi üçün **********3 saylı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə bildirilmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ... . Cəmiyyətin nümayəndələri tərəfindən sığorta haqqının gödənişi ilə bağlı məlumat verildikdən sonra o, xx.xx.2023-cü il tarixi saat 12:00-da Cəmiyyətin hesabına 400 (dörd yüz) manat məbləğində vəsait ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan və xx.xx.2023-cü il tarixli hadisə baş verdiyi anda onun 30 (otuz) günədək gecikdirilmiş borc olduğu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən, Cəmiyyətin sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları mövcud deyil. Həmçinin, bank rekvizitləri təqdim edildiyi halda hadisə baş verdikdən sonra ödənilmiş 400 (dörd yüz) manat məbləğində vəsait hesabına geri ödəniləcəkdir. 29 mart 2024-cü il tarixli 9/1194-8/478 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilmiş “X8” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Mercedes Benz EQB 300 4 Matic” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30145,02 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsində İddiaçı atasının adı Ələskər kimi qeyd edilsə də, şəhadətnamənin məzmunundan (avtomobil barədə məlumat və s.), tərəflərin sonrakı yazışmalarından və izahatlarından müqavilə tərəfinin hazırki iddiaçı olması müəyyən edilir, buna görə də məhkəmə tərəflər arasında yaranan mübahisəyə baxılıb qiymət verilməsini mümkün hesab edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında sığorta şəhadətnaməsi –müqaviləsi bağlanması, xx.xx.2023-cü il tarixində iddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlunun ** LT *** dövlət nömrə nişanlı Mercedes Benz EQB 300 4 MATİC markalı nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilməsi nəticəsində zərər dəyməsi və hadisənin sığorta hadisəsi olması işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, hazırda iddiaçı tərəf “cavabdehin müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi” və “sığorta müqaviləsi əsasında sığortalanmış ** LT *** dövlət nömrə nişanlı Mercedes Benz EQB 300 4 MATİC markalı nəqliyyat vasitəsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 30.145,02 manat məbləğində sığorta ödənişinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, sığorta şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 3-cü sığorta haqqı hissəsini xx.xx.2023-cü il tarixində ödəməli olduğu halda, müvafiq sığorta haqqı hissəsini nə müqavilə ilə müəyyən edilmiş müddətdə, nə də MM-nin 935-ci maddəsində nəzərdə tutulmuş həmin müddət başa çatdıqdan sonrakı 15 gün müddətində (yəni xx.xx.2023) ödəməməsinə, bu halın Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsas olmasına, eyni zamanda avtomobilə dəymiş zərərin cavabdeh sığorta şirkəti tərəfindən hadisədən sonra rəyə əsasən 7.984.5 (yeddi min doqquz yüz səksən dörd manat, əlli qəpik) manat təşkil etməsinə istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) -923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. (923.4) 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
929. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, iş materialları və tərəflərin izahatları ilə aydın olur ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında 08 sentyabr 2023-cü il tarixində sığorta müqaviləsi bağlanmış və həmin sığorta müqaviləsinə əsasən, cavabdeh iddiaçının mülkiyyətində olan ** LT *** dövlət nömrə nişanlı Mercedes Benz EQB 300 4 MATİC markalı nəqliyyat vasitəsini bir il müddətinə ümumilikdə 70.000 manat məbləğində sığortalamış və bunun əsasında iddiaçının adına **********3 nömrəli sığorta şəhadətnaməsi qeydiyyata alınmışdır. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin “Sığorta haqqının ödənilmə qrafiki” adlanan bəndinə müvafiq olaraq, iddiaçı xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək, hər ayın 08-də 392 manat məbləğində sığorta haqqını ödəmə vəzifəsini üzərinə götürmüşdü. Bağlanmış sığorta müqaviləsinə müvafiq olaraq, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 400 manat, xx.xx.2023cü il tarixində səhər saat 09:24-də 400 manat məbləğində ödəniş edilmişdir. İddiaçı 3-cü haqq ödənişini xx.xx.2023-cü il tarixində səhər saat 09:24-də etməsini 2023-cü ilin noyabr ayında respublika hüdudlarından kənarda olması ilə əsaslandırmışdır. İddiaçının avtomobilinin iştirakı ilə xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi törədildikdən sonra bu barədə məlumat vermişdir. Sığorta şirkəti tərəfindən müvafiq araşdırma aparılmış və hətta dəymiş zərərin dəyəri şirkətin özü tərəfindən 7984.5 (yeddi min doqquz yüz səksən dörd manat, əlli qəpik) manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən ilkin araşdırma aparılsa da, xx.xx.2023-cü il tarixində sürətli poçt vasitəsilə xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərilmiş və həmin bildirişdə qeyd olunmuşdur ki, İddiaçı sığorta haqqının üçüncü hissəsini müqavilə üzrə müəyyən edilmiş müddətdə tam ödəmək vəzifəsini icra etməmiş və gecikdirmişdir. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 17-ci bəndinə müvafiq olaraq, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortanın ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Müqavilənin 19-cu bəndinə müvafiq olaraq, sığorta müqaviləsi sığorta şəhadətnaməsinin buraxıldığı tarixdən 10 təqvim günü ərzində sığorta haqqının ilk hissəsinin və ya tam şəkildə ödənildiyi halda qüvvəyə minir və sığorta təminatı sığorta haqqının ilk hissəsinin və ya tam şəkildə ödənildiyi tarixdən başlanır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsinin yuxarıda göstərilən bəndlərinə əsasən, sığorta hadisəsi baş verdiyi zaman, yəni xx.xx.2023-cü il tarixində vəziyyətinə iddiaçı tərəfindən müqavilənin üçüncü hissəsi üzrə ödənişindən əvvəlki aylar üzrə müvafiq olaraq 500 və 400 manat ödədiyindən qrafik üzrə 116 manat əlavə ödəniş etmiş, 400 manat ödəniş isə 01 dekabr 2023-cü il tarixində səhər saatlarında edilmişdir. Məhkəmə, cavabdeh tərəfin sığorta ödənişinin ödənilməsindən imtinasını əsassız hesab edir və etirazın bununla bağlı dəlillərini qəbul etmir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “... sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd kimi çıxış edir. ... Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Həmin maddəyə əsasən, hər bir halda, sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Həmin Məcəllənin 929-cu maddəsinə əsasən, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Mülki Məcəllənin sığorta təminatının qüvvədə olduğu dövrü müəyyən edən 906.1-ci maddəsinə görə, icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. “Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.18-ci maddəsinə müvafiq olaraq, sığorta müqaviləsinin zəruri şərtlərindən olan sığorta riski sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. ... Beləliklə, sığorta təminatının müddəti ərzində sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranması ilə şərtlənən sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən maliyyə kompensasiyası, yəni sığorta ödənişi həyata keçirilir.” Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında həmçinin qeyd etməyi vacib hesab etmişdir ki, “sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.” Məhkəmə, cavabdehin etirazının “iddiaçının istinad etdiyi 14 dekabr 2021-ci il tarixli X2 qərarının hazırkı mübahisəyə aidiyyəti yoxdur. Belə ki, həmin Plenum qərarında sığortalı tərəfindən sığorta müqaviləsi üzrə sığorta haqqının ilk hissəsinin və ya tam hissəsinin ödənilməməsinin səbəbi kimi sığortaçının sığortalıya sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmaması qeyd edilmişdir. Lakin Cəmiyyət sığortalıya sığorta haqqının ödənilməsi üçün heç bir maneə yaratmamış, sığortalı özü tərəflər arasında imzalanmış müqavilə üzrə razılaşdırılmış qaydada sığorta haqqını ödəməmişdir.” –dəlilini əsassız hesab edərək qeyd edir ki, əvvəla Qərarda ümumiyyətlə qanunvericiliyin bəzi normalarına hüquqi və nəzəri baxımdan münasibət bildirilmiş, həmin hissələrdə mövqe işin faktiki halları ilə əlaqələndirilməmişdir. İkincisi isə, iddiaçı müqavilədə nəzərdə tutulmuş müddətdən gec - 01 dekabr tarixində olsa belə 400 manat sığorta haqqı ödənişi etdikdən sonra sığortaçının onun ödənişini qəbul etməyərək (hadisə ilə bağlı şirkət tərəfindən ilkin araşdırma aparıldıqdan və zərərin həcmi müəyyən edildikdən sonra) 04 dekabr 2023-cü il tarixində 01 dekabr 2023-cü il tarixli məktubla haqq ödənişini gecikdirdiyi üçün sığorta ödənişinin ödənilməsindən imtina etməsi və müqaviləyə vaxtından əvvəl xitam verilməsini bildirməsi, eləcə də xx.xx.2023-cü il tarixli məktubu ilə ödənilmiş 400 manatın geri qaytarılacağını bildirməsi iddiaçıya sığorta haqqını ödəməsinə edilmiş maneə kimi qiymətləndirilir. Qanunvericiliyin tələbindən və yuxarıda göstərilən X1 Qərarında göstərilən hüquqi mövqedən də göründüyü kimi, sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Başqa sözlə, qanunvericilikdə sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Hazırki iş üzrə də sığortaçının sığorta hadisəsi baş verdikdən sonra sığorta ödənişini ödəmək öhdəliyi yaranmış, ödəniş gününədək sığortalı tərəfindən ödənilməmiş borc qaldığı halda sığorta ödənişindən tutmaq hüququ olmuşdur. Lakin, iddiaçının 01 dekabr 2023-cü il tarixindən sonra sığorta ödənişini tələb etdiyi dövrdə hər hansı bir borcu qalmadığı halda cavabdeh ona sığorta ödənişini ödəməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu əsasla imtinası əsassız olmaqla sığorta münasibətinin mahiyyətinə zidd olmuşdur. Məhkəmə, dəymiş zərərin həcmi ilə bağlı qeyd edir ki, 29 mart 2024-cü il tarixli 9/1194-8/478 nömrəli ekspert rəyi ilə 2022-ci il buraxılışlı “Mercedes Benz EQB 300 4 Matic” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30145,02 manat müəyyən edilmişdir. Cavabdeh tərəf iddiaya etiraz etsə də, etirazında həmçinin göstərmişdir ki, hadisə barədə məlumat verildikdən dərhal sonra çıxış etmiş əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillərdə ekspert rəyində yenisi ilə əvəz edilməli olduğu qeyd edilmiş bəzi ehtiyat hissələrinə zərər dəyib-dəymədiyi, ümumiyyətlə, müəyyən edilmədiyi halda (qanad altı arxa, oblisovka, yuyucu maye baçoku motoru, çöl qapı rezini, sükan mexanizmi və s.) ekspert həmin hissələrə dəymiş zərəri də hesablayaraq ümumi zərər məbləğinə daxil etmişdir. Həmin detalların ümumi dəyəri rəyə əsasən 7.984.5 (yeddi min doqquz yüz səksən dörd manat, əlli qəpik) manat təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və onunla razılaşır. Belə ki, rəyi təkzib edəcək hər hansı bir tutarlı sübut növü məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərərin həcmi 30.145,02 manat həcmində müəyyən olunmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında bağlanmış “sığorta müqaviləsinə əsasən hər hadisə üzrə 200 manat azadolma məbləğinin çıxılması nəzərdə tutulmuşdur. Məhkəmə qanunvericiliyin tələblərini və müqavilənin şərtlərini nəzərə alaraq hesab edir ki, 200 manat azadolma məbləği çıxılmalı və (30.145,02-200=) 29.945,02 (iyirmi doqquz min doqquz yüz qırx beş manat iki qəpik) manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianın “cavabdehin müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı ilk öncə qeyd edir ki, sığorta hadisəsi müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair bildiriş iddiaçıya (xx.xx.2023) göndərilməmişdən əvvəl (xx.xx.2023) baş verib və cavabdehin sığorta ödənişini ödəmək öhdəliyi də həmin anda yaranmışdır. Bundan əlavə məhkəmə, hazırki iş üzrə İddiaçı ona bildirişin göndərilməsinə baxmayaraq, məhkəməyə hazırki iddia ilə müraciət etməsini nəzərə alaraq hesab edir ki, İddiaçı sığorta müqaviləsinin vaxtından əvvəl xitam verilməsi ilə razılaşmamış, "xxxx" ASC tərəfindən də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair tələblə məhkəməyə müraciət edilməmişdir. Bundan başqa, Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 400 manat sığorta haqqının cavabdeh tərəfindən geri qaytarılacağı bildirilsə də, məhkəmə araşdırması zamanı ödənişin qaytarılmasına dair hər hansı bir məlumat iş materiallarına əlavə edilməmişdir. Məhkəmə, sığorta hadisəsi törədildikdən sonrakı müqavilə müddəti ərzində tərəflərin münasibətinin davam edib-etməməsi ilə bağlı qeyd edir ki, cavabdehin müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı mövqeyi ilə sığortalı razılaşmadığı halda (hazırda razılaşmır) sığorta şirkəti müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edə bilər. İddia tələbinin əsaslılığına isə işə baxan məhkəmə tərəfindən baxılıb hüquqi qiymət verilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmiş mövqeyə əsasən, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarda göstərilən hüquqi mövqenin düzgün tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-600/2023 saylı, xx.xx.2023-cü il tarixli vahid məhkəmə təcrübəsini formalaşdıran (üç ulduzlu) qərarında göstərilmişdir ki, 41. ... müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir. 42. Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Belə ki, məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir. Müqavilənin həqiqətən də məhkəmədənkənar ləğv olunduğunu müəyyən etdikdə məhkəmə, bu hüquqi faktın hansı andan yarandığını əsaslandırır, əgər varsa müqavilənin ləğvindən asılı olan digər tələbləri həll edir. Birtərəfli iradə ifadəsi ilə müqavilənin ləğv edilmədiyi təsbit olunduqda isə məhkəmə bu barədə əsaslandırmış qənaətini ortaya qoyaraq ləğv faktına söykənən tələbləri rədd edir. 43. Bu baxımdan hər hansı mübahisəli hüquqi hadisənin (o cümlədən müqavilənin ləğvinin) baş verib-vermədiyinin müəyyən edilməsi barədə məhkəmə aktı bir təsbit qərarıdır. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur.” Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, məhkəmə xərci iş üzrə ümumilikdə ödənilmiş 176 (bir yüz yetmiş altı) və 39 (otuz doqquz) manat olmaqla, cəmi 215 (iki yüz on beş) manat dövlət rüsumu və təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 29.945,02 (iyirmi doqquz min doqquz yüz qırx beş manat iki qəpik) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğluna ödənilməli, ödənilmiş dövlət rüsumunun 179.84 (bir yüz yetmiş doqquz manat səksən dörd) manat hissəsi "xxxx" ASC-dən tutularaq iddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğluna ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməli, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 190 (bir yüz doxsan) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 10 (on) manat hissəsi iddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 29.945,02 (iyirmi doqquz min doqquz yüz qırx beş manat iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 179.84 (bir yüz yetmiş doqquz manat səksən dörd) manat hissəsi cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 190 (bir yüz doxsan) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 10 (on) manat hissəsi iddiaçı Mı̇ rzəyev Ramı̇ l Ələfsər oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X3 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova