Məhkəmə qərarları › İş №e-2(009)-308/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-308/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-308/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********39927 Samsung Galaxy A21s markalı telefon, X1 üçün 73 (yetmiş üç) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********06533 SAMSUNG GALAXY S21 ULTRA DUAL markalı telefon üçün 2749.7 (iki min yeddi yüz qırx doqquz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 274.3 (iki yüz yetmiş dörd manat, otuz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********59921 SAMSUNG GALAXY A12 markalı telefon üçün 41.3 (qırx bir manat, otuz qəpik) manat ödənilməmiş hissə, 4.7 (dörd manat, yetmiş qəpik) manat cərimə, ümumilikdə 3150 (üç min yüz əlli) manat borc, 51.5 (əlli bir manat, əlli qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, ”ABC Telecom” MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kodu **********39927 Samsung Galaxy A21s markalı telefon, X1, İmei kodu **********06533 SAMSUNG GALAXY S21 ULTRA DUAL markalı telefon, İmei kodu **********59921 SAMSUNG GALAXY A12 markalı telefon almış və nəticədə 3150 (üç min yüz əlli) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 440.4 (dörd yüz qırx manat, qırx qəpik) manat (12 ay x 36.7 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********39927 Samsung Galaxy A21s markalı telefon, X1 üçün ümumilikdə, 80 (səksən) manat olmaqla ondan, 73 (yetmiş üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 3205.98 (üç min iki yüz beş manat, doxsan səkkiz qəpik) manat ( 18 ay x 178.11 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********06533 SAMSUNG GALAXY S21 ULTRA DUAL markalı telefon üçün ümumilikdə 3024 (üç min iyirmi dörd) manat olmaqla ondan, 2749.7 (iki min yeddi yüz qırx doqquz manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 274.3 (iki yüz yetmiş dörd manat, otuz qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 507.36 (beş yüz yedi manat, otuz altı qəpik) manat ( 12 ay x 42.28 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********59921 SAMSUNG GALAXY A12 markalı telefon üçün ümumilikdə, 46 (qırx altı) manat olmaqla ondan, 41.3 (qırx bir manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.7 (dörd manat, yetmiş qəpik) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1289.74 (bir min iki yüz səksən doqquz manat, yetmiş dörd qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh telefon nömrəsinə zəng vurularaq məlumatlandırılmış, məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, “bu H/H-də yoxdur” qeyd edilməklə zərf geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22406023 saylı, xx.xx.2021-ci l tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********39927 Samsung Galaxy A21s markalı telefon, X1, İmei kodu **********06533 SAMSUNG GALAXY S21 ULTRA DUAL markalı telefon, İmei kodu **********59921 SAMSUNG GALAXY A12 markalı telefon almışdır. İş materiallarında olan 10 dekabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 22406023 saylı müqavilə əsasında aldığı İmei kodu **********39927 Samsung Galaxy A21s markalı telefon, X1 üçün ilkin ödəniş 0 manat olmaqla 12 ay ərzində 36.7 manat ödəməli idi. Lakin onun tərəfindən 367.4 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 73 manat ödənilməmiş hissə, 7 manat cərimə xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə əsasında aldığı İmei kodu **********06533 SAMSUNG GALAXY S21 ULTRA DUAL markalı telefon üçün ilkin ödəniş 0 manat olmaqla 18 ay ərzində 178.11 manat ödəməli idi. Lakin onun tərəfindən 456.28 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 2749.7 manat ödənilməmiş hissə, 274.3 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə əsasında aldığı İmei kodu **********59921 SAMSUNG GALAXY A12 markalı telefon üçün ilkin ödəniş 0 manat olmaqla 12 ay ərzində 42.28 manat ödəməli idi. Lakin onun tərəfindən 466.06 manat ödəniş edilmişdir. Ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə 41.3 manat ödənilməmiş hissə, 4.7 manat cərimə borcu təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 51.5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 51.50 mana dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün 3150 manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 51.50 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3150 (üç min yüz əlli) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 51.5 (əlli bir manat əlli qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuiyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar