Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-310/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı İsmayılova Aygün Səməd qızının (X24, X11, X12, İsmayılova Xavər Ayaz qızı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdehlər İsmayılbəyli Günay Sabir qızına və 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakda payın müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İsmayılova Aygün Səməd qızı (3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdehlər X13 və İsmayılbəyli Günay Sabir qızına qarşı “miras əmlakda payın müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 mülkiyyətində olan DƏDRX-in ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışlı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, DƏDRX-in ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışlı Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və DƏDRX-in ********** qeydiyyat nömrəli xx.xx.2014-ci il tarixli çıxarışlı Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0557 ha torpaq sahəsi üzərində iddiaçının 4/10 hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı və X25 Bakı şəhəri, Səbail rayonu Qeydiyyat şöbəsinin xx.xx.2023cü il tarixli 69 nömrəli aktı qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X24 və X11 anadan olmuşdur. X25 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. İddiaçı mərhum əri X14 hüquqi varisi kimi tanınmışdır. Mərhumun anası iddiaçının hüquqi varislikdən imtina etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-60/2024 saylı iş üzrə icraatında X2 X13 qarşı ½ hissədə mülkiyyət hüququ tanınmış 0.015750 ha torpaq sahəsi üzərində yerləşən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi naturada bölünməsi və həmin fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş vardır. İddiaçı həmin işə mərhum əri X14 hüquqi varisi kimi cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/2041 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin naturada bölgüsü mümkün olmamışdır. Hazırda X2 mülkiyyətində olan əmlaklara daxildir: 1. DƏDRX-in ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixliçıxarışlı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsi 2. DƏDRX-in ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixliçıxarışlı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsi 3. DƏDRX-in ********** qeydiyyat nömrəli xx.xx.2014-ci il tarixliçıxarışlı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.0557 ha torpaq sahəsinin ½ hissəsi Belə ki, Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(009)-884/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,0557 ha torpaq sahəsi X20 ilə X14 birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilsin və həmin əmlakın ½ (ikidə bir) hissəsinə X9 mülkiyyət hüquqlarının müəyyən edilməsi qət edilmişdir. Tərəfimizdən Bakı şəhəri 3 saylı Asan Xidmət Mərkəzinin notariat ofisinə vərəsəlik işinin açılması barədə ərizə ünvanlanmışdır. X2 qanun üzrə vərəsələrinin siyahısına daxildir; 1. Cavabdeh2 2. X24 3. X11 4. İddiaçı 5. X2 anası Yuxarıda qeyd edilən və mülkiyyət hüququnun ½ hissəsi mərhum X16 məxsus əmlaklar miras əmlak sayılır və qanun üzrə vərəsələr arasında tam bölünməlidir. Belə ki, həmin əmlakın 1/10 hissəsi Cavabdeh2, 1/10 hissəsi X17, 1/10 hissəsi 1. X5, 1/10 hissəsi İddiaçı, 1/10 hissəsi mərhumun anasının payına düşməklə bölünür. Mərhumun anası iddiaçı ilə birgə yaşayır və mirasdan ona düşən 1/10 hissə payından iddiaçının xeyrinə imtina edir. Bu halda iddiaçı və uşaqlarının ümumi əmlakdan payı 4/10 hissəni təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Məhərrəm qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X2 iddia ərizəsində qeyd olunan miras əmlaklarına 99EE833 qeydiyyat nişanlı NAZ LİFAN markalı, minik avtomobilinin də əlavə edilməsi, 3 saylı Bakı ASAN Xidmətinin cavabdeh qismində işə cəlb olunması barədə qərar qəbul edilməsi, X9 maraqlı şəxs qismində işə cəlb olunmasının təmin edilməsi, mərhumun vərəsələri sırasında X3 da nəzərə alınması ilə, ümumilikdə 4/12 hissə üzrə (2/12 – iddiaçı, 1/12 – Musa Sabir oğlu, 1/12 – Məsumə Sabir qızı) miras paylarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Məhərrəm qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək X2 mülkiyyətində olan 1. DƏDRX-in ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışlı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi, 2. DƏDRX-in ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışlı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi, 3. DƏDRX-in ********** qeydiyyat nömrəli xx.xx.2014-ci il tarixli çıxarışlı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.0557 ha torpaq sahəsi üzərində iddiaçının 4/10 hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Məhərrəm qızı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında daha əvvəl iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayılova Xavər Ayaz qızı iddiaya etiraz edərək, əmlakların əsassız olaraq onunla mərhum arasında bölünməsini, bütün miras əmlakın onun qızı İsmayılbəyli Günay Sabir qızına çatmalı olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi işə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirkı olmadan baxılmasını xahiş etmiş, cavabdeh İsmayılbəyli Günay Sabir qızına və üçüncü şəxslər X24, X11, X12, İsmayılova Xavər Ayaz qızı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş XVİİİ-JQ seriyalı, 366621 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxx 1982-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhərində anadan olmuş, ata qrafasında X25, ana qrafasında X20 qeyd edilmişdir. - Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 343127 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05 aprel 1993-cü il təvəllüdlü X12 Bakı şəhərində anadan olmuş, ata qrafasında X25, ana qrafasında X6 qeyd edilmişdir. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 415893 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X25 və X21 arasında nikah 10 avqust 2021-ci il tarixdə bağlanmış, 69 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadına «İsmayılova» soyadı verilmişdir. - 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı, 002333 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29 aprel 2024-cü il təvəllüdlü X24 Bakı şəhərində anadan olmuş, ata qrafasında X25, ana qrafasında İddiaçı qeyd edilmişdir. - 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı, 002332 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29 aprel 2024-cü il təvəllüdlü X11 Bakı şəhərində anadan olmuş, ata qrafasında X25, ana qrafasında İddiaçı qeyd edilmişdir. - AB 951833 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2013-cü il olan Naz Lifan minik markalı, 99EE833 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X14 istifadəsindədir, qeyd: özgəninkiləşdirilməsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, X14 Qəbələ rayonu, Vəndam qəsəbəsi, 0.0557 ha torpaq sahəsi ünvanına mülkiyyət hüququ 28 sentyabr 2021-ci il tarixində qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, X14 ünvan 5 ünvanına ½ hissədə mülkiyyət hüququ 13 dekabr 2021-ci il tarixində qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, X14 Qəbələ rayonu, Vəndam qəsəbəsi, 0.12 ha torpaq sahəsi ünvanına ½ hissədə mülkiyyət hüququ 30 dekabr 2022-ci il tarixində qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyul 2021-cü il tarixli, 2(009)-1161/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü Bağlar döngəsi, 46 saylı fərdi yaşayış evin, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0557 ha torpaq sahəsində yerləşən mülkün üzərində X14 1/2 hissədə, X9 1/2 hissədə payları müəyyən edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatının cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(009)-1161/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyul 2021-cü il tarixli, 2(009)-1161/2021 saylı qətnaməsini əsaslandırıcı və qət etdi hissəsidə düzəliş edilərək “birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü Bağlar döngəsi, 46 saylı fərdi yaşayış evin, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən mülkün üzərində X14 1/2 hissədə, X9 1/2 hissədə payları müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatının cavabdehdən tutularaq iddiaçıya verilsin” kimi oxunması qərara alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 2(009)-884/2024 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,0557 ha torpaq sahəsi X20 ilə X14 birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilməsi və həmin əmlakın 1/2 (ikidə bir) hissəsinə X9 mülkiyyət hüquqlarının müəyyən edilməsi, 100 manat dövlət rüsumu və mediasiya xərcinin əvəzi X10 alınıb X13 ödənilməsi, hazırkı qətnamə X20 ilə X14 yuxarıda qeyd olunan əmlakın ½ (ikidə bir) hissəsinə mülkiyyət hüquqlarının müvafiq olaraq ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmiləşdirilməsi üçün əsasdır qət edilmişdir. - Ağcabədi “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 440 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 460846 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - X7 xx.xx.2025-ci il tarixli imzası notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.2024-cü ildə ölmüş oğlu X10 irs qalmış əmlak hüquqlarından ona çatası hissəsindən İddiaçı qıhının xeyrinə imtina edir. - 3 saylı Bakı “Asan Xidmət” mərkəzinə notariat ofisinin 07 iyul 2025-ci il tarixli 1403 saylı qərarından görünür ki, Cavabdeh2 21 noyabr 2024-cü ildə notariat ofisinə müraciət edərək 29 oktyabr 2024-cü ildə vəfat etmiş atası – X10 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Digər vərəsə mərhumun arvadı – X22 05 dekabr 2024-cü ildə notariat ofisinə müraciət edərək S.İsmayılovdan qalan mirasın qəbul edilməsi üçün ərizə vermişdir. Vərəsə İddiaçı 06 iyul 2025-ci ildə 09 yanvar 2025-ci ildə notariat ofisinə ərizə ilə müraciət edərək vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək istədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alıb, “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 40-cı maddəsinin 1-ci bəndini rəhbər tutaraq İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmışdır. Əsaslandırıcı hissə: İşin araşdırılmış hallarından məlum olur ki, xx xxxxx 1982-ci il təvəllüdlü Cavabdeh2 Bakı şəhərində anadan olmuş, ata qrafasında X25, ana qrafasında X20 qeyd edilmişdir. 05 aprel 1993-cü il təvəllüdlü X12 Bakı şəhərində anadan olmuş, ata qrafasında X25, ana qrafasında X6 qeyd edilmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-2212/2020 saylı qətnaməsi ilə iddiaçı X25 ilə cavabdeh X20 arasında xx.xx.1994-cü il tarixdə 56 №li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. X25 və İddiaçı arasında nikah 10 avqust 2021-ci il tarixdə bağlanmış, bu nikahlarından X24 və X11 anadan olmuşlar. İşin materiallarından daha sonra görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyul 2021-cü il tarixli, 2(009)-1161/2021 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü Bağlar döngəsi, 46 saylı fərdi yaşayış evin, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,12 torpaq sahəsində yerləşən mülkün üzərində X14 1/2 hissədə, X9 1/2 hissədə payları müəyyən edilməsi, həmin Məhkəmənin 21 avqust 2024-cü il tarixli, 2(009)-884/2024 saylı digər qətnaməsi ilə isə Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,0557 ha torpaq sahəsi X20 ilə X14 birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilməsi və həmin əmlakın 1/2 (ikidə bir) hissəsinə X9 mülkiyyət hüquqlarının müəyyən edilməsi qət edilmişdir. Beləliklə də birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü Bağlar döngəsi, 46 saylı fərdi yaşayış evin, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,12 torpaq sahəsinin və Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,0557 ha torpaq sahəsi üzərində X14 1/2 hissədə, X9 1/2 hissədə payları qətnamələr əsasında müəyyən edilmiş və işin mübahisəsiz halıdır. X25 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra İ növbə vərəsələri övladları Cavabdeh2, X12, X1 Məsumə Sabir qızı, arvadı İddiaçı, anası X18 qalmışlar. Mərhumun övladı Cavabdeh2 21 noyabr 2024-cü ildə, arvadı – İddiaçı isə 05 dekabr 2024-cü ildə notariat ofisinə müraciət edərək 29 oktyabr 2024-cü ildə vəfat etmiş X10 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Mərhumun anası X18 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi ilə mərhum oğlundan irs qalmış əmlak hüquqlarından ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. X22 06 iyul 2025-ci ildə 09 yanvar 2025-ci ildə notariat ofisinə ərizə ilə müraciət edərək vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etmək istədiyini bildirdiyinə görə 3 saylı Bakı “Asan Xidmət” mərkəzinə notariat ofisinin 07 iyul 2025-ci il tarixli 1403 saylı qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda iddiaçı mərhum ərindən miras qalmış Badamdar qəsəbəsi 4-cü bağlar ev 46 ünvanda yerləşən fərdi yaşayış evi, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0.0557 ha torpaq sahəsi üzərində 1/10 hissəsinin Cavabdeh2, 1/10 hissəsinin X17, 1/10 hissəsinin X5, 1/10 hissəsinin özünə və 1/10 hissəsinin mərhumun anasının payına düşməklə bölünməli olduğundan və mərhumun anasının mirasdan ona düşən 1/10 hissə payından iddiaçının xeyrinə imtina etməsini nəzərə alaraq özünün və uşaqlarının ümumi əmlakdakv payının 4/10 hissədə təşkil etməsini iddia edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və imperativ xarakter daşıyan norma və qaydalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüququ hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzmləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsiə təminat verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Mülki Məcəllənin: - 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. -1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). - 1159-cu maddəsinin məzmununa görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələrdir. - 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - 1256-ci maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. - 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli Plenum Qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusion hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9- cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir......müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Həmçinin məhkəmə qeyd edir ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun: - 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. - 59-cu maddəsinin İ şissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Məhkəmə hesab edir ki, cavabdehlər qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etsələr də, aralarında razılıq əldə edilmədiyi üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Hazırki iş üzrə vərəsələr arasında razılıq əldə edilmədiyi üçün vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisə ilə əlaqədar məhkəmə qeyd edir ki, X2 ölümü ilə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin; Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin və Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0557 ha torpaq sahəsinin ona məxsus olan ½ hissəsinə miras açılmış və onun 6 nəfər adları yuxarıda sadalanan İ növbə vərəsələri vardır və bu miras əmlak qanun üzrə vərəsələr arasında tam bölünməlidir. Vərəsələrdən mərhumun anası X7 mərhum X10 irs qalmış əmlak hüquqlarından ona çatası hissəsindən onun arvadı İddiaçı xeyrinə imtina etməsini nəzərə alan məhkəmə hesab edir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin; Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin və Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0557 ha torpaq sahəsinin mərhum X16 məxsus olan ½ hissəsinin üzərində arvadı İsmayılova Aygün Səməd qızının 4/12, övladları X15 2/12, X4 2/12, X3 2/12, İsmayılbəyli Günay Sabir qızının 2/12 hissədə mülkiyyət hüquqları tanınmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tələbində mərhumun İ növbə vərəsələr sırasına daxil olan hazırki iş üzrə 3-cü şəxs qismində cəlb olunmuş X8 nəzərə almamışdır. Məhkəmə cavabdeh tərəfin, eləcə də üçünc şəxs İsmayılova Xavər Ayaz qızının iddia ilə bağlı iş materiallarında olan və məhkəmə araşdırması bildirdikləri mövqeləri ilə bağlı qeyd edir ki, göstərilənlər hazırki iddianın əsassız olmasını təsdiq etmir və iddianın bütövlükdə rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin; Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin və Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.0557 ha torpaq sahəsinin mərhum X16 məxsus olan ½ hissəsinin üzərində İsmayılova Aygün Səməd qızının 4/12, X15 2/12, X4 2/12, X3 2/12, İsmayılbəyli Günay Sabir qızının 2/12 hissədə mülkiyyət hüquqları tanınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-310/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-310/2025
22.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver