Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-312/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Tərcüməçi G.G.Abbasovanın iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı vəsiyyət üzrə vərəsə kimi tanınması barədə iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı notariat ofisinə qarşı vəsiyyət üzrə vərəsə kimi tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Sabuncu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev 42-də yerləşən 29-cu mənzilin mülkiyyətçisi mərhum X9muşdur. X12 09.09.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etməmişdən qabaq, yəni 02.01.2021-ci il tarixdə mənzilini ona vəsiyyət etmişdir. Tərtib etdiyi vəsiyyətnaməni özü qonşuların iştirakı ilə imzalamışdır. X12 atasının əmisi oğlunun arvadıdır və onlar uzun müddət onunla birgə yaşamış, ona qayğı göstərmişdir, sonuncunun ondan başqa heç bir vərəsəsi yoxdur. X13 vəfatından sonra ondan miras qalmış mənzildə 2017-ci ilin 21 iyul tarixdən etibarən hal-hazıra kimi qeydiyyatda olmaqla yaşayır və vərəsə kimi mirası faktiki qəbul etmişdir. Vəsiyyət üzrə vərəsə kimi adına şəhadətnamə almaq məqsədilə maraqlı şəxsə 46 saylı notariat ofisinə ərizə ilə müraciət etsə də, sonuncu 09.12.2021-ci il tarixli, X/1575 saylı cavab məktubu ilə vəsiyyətnamənin notariat qaydada təsdiq edilmədiyini, eləcə də vəsiyyətnamənin mərhum X12 tərəfindən yazılmasının müəyyən edilməsinin mümkün olmamasını əsas gətirərək şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən hesab edir ki, X6 vəsiyyət üzrə vərəsəsi kimi tanınmalıdır. Qanunvericilik vəsiyyətnamənin notariat forması ilə yanaşı və vəsiyyətnaməsi forması da qəbul edir. X1 adına vəsiyyətnaməni öz əli ilə yazmış və imzalamışdır. Bu səbəbdən o, mərhum X6 vəsiyyət üzrə vərəsəsi üzrə kimi tanınmalıdır və onun adına müvafiq vərəsəlik şəhadətnaməsi verilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun mərhum X6 vəsiyyət üzrə vərəsəsi kimi tanınması və vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 46 saylı notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və vəkilin izahatını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, o, X6 rəfiqəsi olmuş, 16 il onunla rəfiqəlik etmiş, Ninanın həyat yoldaşı vəfat etmiş, özü uşaq evində böyümüş, heç bir qohumu olmamışdır, yeganə qohumu əri tərəfdən qohumluğu çatan Eldar və onun qızı Mehriban olmuşdur. Mehribanı nəvəsi kimi istəmişdir, həmişə evini Mehribana bağışlayacağını bildirmişdir. 2021-ci ilin yanvar ayının 02-də Ninagilə gedəndə o, vəsiyyətnamə tərtib etmək istədiyini bildirmiş, öz xətti ilə onun və digər 2 qonşusunun iştirakı ilə Mehribanın adına vəsiyyətnamə tərtib edib imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, Nina Fyodorovnanın qonşusu olmuşdur. 6 ay ona qulluq etmişdir, qulluq xərcini və Nina Fyodorovnanın bazarlığını Eldar etmişdir, onun qızı X10 nəvəsi kimi qəbul etmişdir, onun başqa qohumu olmamışdır. 2021-ci ilin yanvar ayının ilk günlərində X7 adına vəsiyyətnamə tərtib etməsini bildirdi, həmin vaxt orada onun rəfiqəsi Lidiya Fyodorovna və qonşusu Vladislav da var idi, Nina Fyodorovna öz əli ilə onların yanında vəsiyyətnaməni yazıb imzaladı. Sonra həmin vəsiyyətnaməni özündə saxladı, o, evi yığışdıranda həmin vəsiyyətnaməni Nina Fyodorovnanın qoyduğu saxlanc yerində görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, o, Nina Fyodorovnanın qapı bir qonşusudur. 2011-ci ildə Nina Fyodorovna həmin evə köçərək yaşamışdır, onun Eldar adlı həyat yoldaşı tərəfdən qohumundan başqa heç kim olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəlində rəfiqəsi, digər qonşu ona qulluq edən Qalinanın və onun iştirakı ilə Nina Fyodorovna vəsiyyətnamə tərtib etmiş və imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki,o, iddiaçının atasıdır. 1965-ci ildə atasının əmisi oğlu Sabir əsgərlikdən gələndən sonra Nina Fyodorovna ilə ailə həyatı qurmuş, onları ailəsi ilə bir həyətdə yaşamışlar, həmin ərazi söküldükdən sonra Nina həyat yoldaşı Sabirlə Səbail ərazisində ev alaraq orada yaşamış, 2011-ci ildə həmin ev də sökülmüş, Ninaya 20.000 manat pul verilmiş, lakin həmin pul ev alınmasına kifayət etmədiyi üçün 10.000 ABŞ dolları o, Nina xanıma vermiş və Bakıxanov ərazisində ev almışlar. Sabir rəhmətə getdikdən sonra Nina xanımın bütün xərclərini o, ödəmiş, ayda 4-5 dəfə bazarlıq edərək onlara getmiş, 2017-ci ildə Mehribanı evə qeydiyyata salmışdır, lakin onun vəsiyyətnamədən məlumatı olmamışdır,yalnız Nina xanım vəfat etdikdən sonra vəsiyyətnamədən məlumatı olmuşdur. İş üzrə Bakı şəhəri 26 Bakı Komissarları rayon (indiki Səbail rayon) VVAQ şöbəsi tərəfindən verilmiş 05.02.1965-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş kserosurətinə əsasən Sabir Həsən oğlu ilə X12 arasında 05.02.1965-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 113 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Xomenko soyadı verilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli, 03.11.2011-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 42 saylı evin 29 saylı mənzili tam mülkiyyət hüququ üzrə X6 mülkiyyətindədir. İş üzrə Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş 11.09.2001-ci il il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Sabir Həsən oğlu 31.08.2001-ci ildə 62 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.09.2001-ci il tarixdə 820 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhəri Sabunçu rayon MKTB-nin 44 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 42 saylı evin 29 saylı mənzilində 21.07.2017-ci ildən pasport qeydiyyatındadır. İş üzrə X12 tərəfindən yazılmış 02.01.2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, tənha yaşamaq çox ağırdır. Buna baxmayaraq o, heç vaxt öz tənhalığını hiss etməmişdir. Çünki Eldar və onun ailəsi daim onun yanındadır. O, maddi və mənəvi yardıma görə ona çox minnətdardır. O, həmişə onun yanında olmuşdur. Onun qızı Mehrişkanı o, çox sevir və onu öz mənzilinə qeydiyyata almışdır. O, onun üçün nəvəsi kimidir. O, hiss etmir ki, onun övladı yoxdur, çünki Eldar ona hamını tamamilə əvəz etmişdir. Buna görə də o, öz mənzilini Eldarın qızı onun nəvəsi İddiaçı vəsiyyət etmək istəyir. İş üzrə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.09.2021-ci il il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X12 09.09.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15.09.2021-ci il tarixdə 1784 No ilə qeyd edilmişdir. İş üzrə 46 saylı notariat ofisinin notariusu tərəfindən İddiaçı ünvanlanmış 09.12.2021-ci il tarixli, X/1575 saylı məktubuna əsasən notariat ofisinə təqdim etdiyi vəsiyyətnamənin mərhum X12 tərəfindən yazılmasının müəyyən edilməsi mümkün olmadığından, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 42 saylı evin 29 saylı mənzili X6 xüsusi mülkiyyətində olmuşdur. X12 iddiaçının atasının əmisi oğlunun həyat yoldaşı olmuşdur. İddiaçı onunla uzun müddət birgə yaşamış, ona qayğı göstərmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X12 09.09.2021-ci ildə vəfat etmişdir. Vəfat etməmişdən qabaq, mərhum 02.01.2021-ci il tarixdə qonşuların və rəfiqəsinin iştirakı ilə vəsiyyətnamə yazaraq, öz mənzilini iddiaçıya vəsiyyət etmişdir. Nina Xomenkonun hər hansı vərəsəsi yoxdur. İddiaçı Nina Xomenkonun vəfatından sonra ondan miras qalmış mənzildə 2017-ci ilin iyun ayından etibarən qeydiyyatda olmaqla yaşayır və miras əmlakı faktiki qəbul etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, vəsiyyət üzrə vərəsə kimi adına şəhadətnamə almaq məqsədilə 46 saylı notariat ofisinə müraciət etmiş, sonuncu 09.12.2021-ci il tarixli cavab məktubu ilə vəsiyyətnamənin notariat qaydada təsdiq edilmədiyini, vəsiyyətnamənin mərhum Nina Xomenko tərəfindən yazılmasının müəyyən edilməsinin mümkün olmamasını əsas gətirərək şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən onun Xomenko Nina Fyodorovnanın vəsiyyət üzrə vərəsəsi kimi tanınması və vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Göstərilən Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məhkəmə qeyd edir ki, şəxs öz sağlığında ölüm hadisəsi olacağı halda öz əmlakının hüquqi taleyi barədə sərəncam verə bilər. Göstərilən şəxs öldükdə onun hüquq və vəzifələri həmin sərəncamda göstərilən şəxslərə keçir. Bu cür vərəsəlik mülki hüquq elmində (doktrinasında), qanunvericilikdə və məhkəmə praktikasında vəsiyyət üzrə vərəsəlik adlanır. Vəsiyyət üzrə vərəsəlik onu ifadə edir ki, vəsiyyət edənin (miras qoyanın) vərəsəli olan şəxslərin dairəsi vərəsəliyin şərtləri və qaydası bilavasitə qanunun özü ilə yox, miras qoyanın iradəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Eyni Məcəllənin 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, vəsiyyətdə yalnız bir şəxsin – miras qoyan şəxsin iradəsi ifadə olunur. Vəsiyyətin edilməsi və onun hüquqi qüvvəyə minməsi üçün yalnız həmin şəxsin iradə ifadəsi kifayətdir. Buna görə də vəsiyyət öz hüquqi təbiətinə görə birtərəfli əqdir. Vəsiyyətnamə isə vəsiyyət edənin iradəsinin yazılı formada ifadəsidir. Yəni vəsiyyətnamə şəxsin öz əmlakı barədə şəxsi iradəsinin ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir, həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Məhkəmə qeyd edir ki, vəsiyyətnamənin yazılı formada tərtib edilməsi onu ifadə edir ki, vəsiyyətnamə tərtib edən şəxsin – vəsiyyət edən şəxsin iradəsi müəyyən sənəddə öz əksini tapır. Notariat qaydada təsdiq olunmayan vəsiyyətnamədə sadə yazılı formalı vəsiyyətnamələrdir, onların notariat qaydada təsdiqlənməsi tələb edilmir. Bu formalı vəsiyyətnamələr özü üç yerə bölünür: əllə yazılan, texniki vasitələrdən istifadə etməklə tərtib olunan, məxfi vəsiyyətnamələr. Əllə yazılan vəsiyyətnamələr - vəsiyyət edənin öz dəst – xətti ilə yazılıb imzalanır, onun tərtib olunma tarixi və yeri göstərilir. Hüquq ədəbiyyatında bu cür vəsiyyətnamələr – ev vəsiyyətnaməsi adlanır və vəsiyyət edən tərtib etdiyi vəsiyyətnamənin saxlanılması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verə bilər, yaxud özündə saxlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Göstərilən Məcəllənin 1190-cı maddəsinə əsasən vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Eyni Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qanunveriliyin yuxarıda göstərilən tələblərinə istinad edərək qeyd edir ki, sadə yazılı formalı vəsiyyətnamənin saxlanılması üçün notariusa və ya müvafiq vəzifəli şəxsə verilməsi vəsiyyət edənin vəzifəsi deyil, hüququdur. Başqa sözlə vəsiyyət edən vəsiyyətnaməni özündə də saxlaya bilər, məhz bu vəsiyyətnaməyə ev vəsiyyətnaməsi deyilir. Sadəcə olaraq qanunverici vəsiyyətnamənin iki formasını, yəni notariat formasını və sadə yazılı formasını təsbit etmiş və hüquqi nəticə etibarı ilə notariat vəsiyyətnaməsinə sadə yazılı vəsiyyətnamə (ev vəsiyyətnaməsi) ilə müqayisədə üstünlük hüququ vermişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, miras qoyan tərəfindən notariat vəsiyyətnaməsi tərtib edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, X12 öldükdən sonra onun mülkiyyətində olan mənzilə məhz İddiaçı sahiblik etməyə və eyni zamanda, həmin əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir (2017-ci ildən etibarən həmin mənzildə yaşayır). Məhkəmə X12 tərəfindən sadə yazılı formalı vəsiyyətnamə tərtib edərkən orada iştirak edən və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul edib, belə qənaətə gəlir ki, 02.01.2021-ci il tarixli vəsiyyətnamə 09.09.2021-ci il tarixdə ölmüş X12 tərəfindən tərtib edilərək imzalanmış və bu səbəbdən həmin vəsiyyətnamə ev vəsiyyətnaməsi kimi, yəni Mülki Məcəllənin 1186-cı maddəsinin tələblərinə uyğun olaraq tərtib edilmiş vəsiyyətnamə kimi qəbul edilməlidir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 09 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X6 vəsiyyət üzrə vərəsəsi kimi tanınmalı, İddiaçı 09 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 42 saylı evin 29 saylı mənzilinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 09 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X6 vəsiyyət üzrə vərəsəsi kimi tanınsın. İddiaçı 09 sentyabr 2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 42 saylı evin 29 saylı mənzilinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınsın. Qətnamə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 42 saylı evin 29 saylı mənzilinə dair İddiaçı adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-312/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-312/2022
15.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver