Məhkəmə qərarları › İş №e-2(009)-317/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-317/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-317/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı «pul» tələbi barədə mülki işə 15 yanvar 2025-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı «subroqasiya» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5750 manat sığorta ödənişi məbləği və 77,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “VAZ 21074” markalı, 10–XX–074 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta 1müqaviləsi bağlanılmışdır. 2021-ci il senyabrın 03-də Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, 10–XX–074 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, G.Mehmandarov küçəsində “KİA K2700” markalı, 99–SG–741 dövlət nömrə nişanlı və “TOYOTA PRİUS” markalı, 99–SY–574 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Toqquşmanın nəticəsində “KİA K2700” markalı, 99–SG–741 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 YÜNGÜL dərəcəli xəsarətlər almışdır. Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Münasib Əliyev tərəfindən 15 sentyabr 2021-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində inzibati qaydada tədbir ötrü qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Xətai DYPŞ-in xx.xx.2021-ci il tarxili, İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi cinayət işinin rədd edilməsi haqqında qərar və inzibati xəta haqqında protokolu ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13 tərəfindən verilmiş 872 nömrəli ekspert rəyinə əsasən X4 YÜNGÜL dərəcəli xəsarət alması 2021-ci il senyabrın 03-də baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 0930-04/21 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “TOYOTA PRİUS” markalı, 99–SY–574 dövlət nömrə nişanlı avtomobilə 3700 manat məbləğində ziyan dəymişdir. Avtoservis Masazır tərəfindən verilmiş akta əsasən hadisə nəticəsində “KİA K2700” markalı, 99–SG–741 dövlət nömrə nişanlı avtomobilə 2000 manat məbləğində ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 47.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2.5-ci maddəsinə əsasən mülki məsuliyyət sığortası üzrə üçüncü şəxs əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət aldıqda 15 faiz nisbətində ödənilir (5000 manat x 15 faiz = 750 manat). İddiaçı xx.xx.2021-ci il tarixində 750 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X5 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 3000 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X3 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 2000 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X8 ödəmişdir. Beləliklədə, baş vermiş yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən ümumilikdə 5750 manat sığorta ödənişi etmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş 20 sentyabr 2021-ci il tarixli İnzibati xəta haqqında protokolun və arayışın surətlərindən görünür ki, 2021-ci il senyabrın 03-də Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, 10–XX–074 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, G.Mehmandarov küçəsində “KİA K2700” markalı, 99–SG–741 dövlət nömrə nişanlı və “TOYOTA PRİUS” markalı, 99–SY–574 dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Toqquşmanın nəticəsində “KİA K2700” markalı, 99–SG–741 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 YÜNGÜL dərəcəli xəsarətlər almışdır və təqsir “VAZ 21074” markalı, 10–XX–074 markalı avtomobilin sürücüsü Cavabdeh olmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh avtomaşını etibarnamə olmadan idarə etmişdir. İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “VAZ 21074” markalı, 10–XX–074 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. PXA93364, PXA93363 və PXA94521 nömrəli sığorta aktlarının surətindən görünür ki, 2000 AZN sığorta ödənişi "xxxx" ASC tərəfindən X6, 300 AZN sığorta ödənişi X1, 750 AZN sığorta ödənişi X4 (zərərçəkmiş) hesabına ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən hüququ olmayan şəxs ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Belə ki, məhkəmə hesab edir ki, “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Hazırki işdən isə görünür ki, cavabdeh nəqliyyat vasitəsini idarə edərkən sürücülük hüququna malik olub. Belə olan halda o, nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan şəxs hesab edilə bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olunmadığı halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 77,50 manat dövlət rüsumunun əvəzi iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar