Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-341/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh ”Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Səbail rayonu, 1-ci Yaşayış Massivi 12A ünvanındakı fərdi yaşayış evimdə qazdan istifadəyə görə (xx.xx.2023-cü il tarixli “Bildiriş-xəbərdarlıq”la təqdim olunmuş) əsassız hesablanmış 2592 manat “qalıq borc məbləğin” silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayonu, 1-ci Yaşayış Massivində 12A ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Fərdi yaşayış evində Cavabdeh İB ilə abonent müqaviləsi əsasında qaz təchizatı mövcuddur. Qaz sərfiyyatına görə ödənişi hər zaman vaxtı-vaxtında ödəmiş, heç bir vaxt sayğacdan kənar qoşulma və ya digər hər hansı pozuntuya yol verməmşdir. Evin qaz sərfiyyatının müəyyənləşdirilməsi üçün quraşdırılmış sayğac mexaniki tipdə olmuşdur. Sərf olunmuş qazın miqdarı və ödəniş məbləğini ayda bir dəfə Cavabdeh İB əmədaşı sayğaca baxış keçirməklə müəyyənləşdirmiş, buna dair ona tədqim olunan bildiriş əsasında ödənişləri etmişdir. 2023-cü ilin yanvar ayında evə təchiz olunan qazın təzyiqinin zəif olması ilə əlaqədar müraciəti əsasında Cavabdeh İB-in müvafiq əməkdaşları sayğaca baxış keçirmiş, sayğacın istismar müddətinin bitməsi ilə əlaqədar dəyişdirilməli olduğunu bildirmişlər. Cavabdeh İB-in əməkdaşları sayğacın istismar müddəti bitməsinə görə dəyişdirilməsinə dair xx.xx.2023-cü il tarixli ******* №-li Akt tərtib etmişlər, imzalamışlar, Akta o da imza etmişdir. Tərtib olunan Aktda çıxarılan və yeni qoyulan sayğacların sərfiyyat məlumatları və digər texniki göstəriciləri qeyd olunmuşdur. Aktda, həmçinin, çıxarılan sayğacın üzərindəki, Cavabdeh İB əməkdaşları tərəfindən qırılan plombun nömrəsi və s. göstərilmişdir. Çıxarılan sayğacıCavabdeh İB əməkdaşları, hər hansı formada qablaşdırmadan, özləri ilə aparmışlar. 2023-cü ilin 19 yanvar tarixindən sonrakı dövr üçün, yeni qoyulmuş sayğacın göstəricisinə uyğun olaraq qaz sərfiyyatının ödənişləri tərəfimdən vaxtı-vaxtında edilmişdir. əvvəkli qaydada, hər ayda bir dəfə Cavabdeh İB-in əməkdaşı sayğaca baxış keçirir, sərfiyayta uyğun bildiriş təqdim edir, tərəfimdən aylıq ödəniş edilir. Lakin xx.xx.2023-cü il tarixdə aylıq təqdim olunan “bildiriş-xəbərdarlıq”da müvafiq ötən ayın sərfiyyatı üzrə ödəniş məbləğ 56,5 manat göstərilməklə bərabər, “qalıq borc - 2592” manat göstərilmişdir. Yuxarıda qeeyd olunduğu kimi, qaz sərfiyyatına görə aylıq mütəmadi ödəniş etdiyimə görə, qalıq borc məbləğinin yaranmadığına əmin olduğundan, bildirişi təqdim edən əməkdaşla əlaqə saxlayıb “qalıq borc məbləği”nin yanlış yazıldığını bildirdi. Lakin əməkdaş bildirişin onun tərəfindən deyil, sistemdən hazırlandığını deyərək, hesablamanın ondan asılı olmadığını bildirdi. Ondan sonra,“qalıq borc məbləği”nin araşdırılmasını tələb etdikdə, əməkdaş ona xx.xx.2023-cü il tarixdə Cavabdeh İB BRQSD-nin rəis müavini Rəşad Həsənov və digər 2 əməkdaş – İlham Bağırov, Cahid Abbasov tərəfindən tərtib olunmuş, imzalanmış AKT-ın və digər sənədlərin surətini təqdim etdi. Həmin Aktın qeyd hissəsində yazılır: “0619371№-li sayğacın hesablama mexanizm qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu. Sayğac istismara yararsızdır.” Bundan başqa, əməkdaş ona Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli Akt da təqdim etmişdir. Eyni məzmunlu qeyd xx.xx.2023-cü il tarixli Aktda da yazılmışdır. Fərdi yaşayı evində qaz sərfiyyatına görə, aylıq ödənişləri vaxtlı-vaxtında tam ödədiyi və qaz sərfiyyatına görə qalıq borcum heç bir ayda olmadığı halda, Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Bildirişxəbərdarlıq”da qalıq borc məbləği kimi 2592 manat yazılması və ondan ödənilməsinin tələb olunması cavabdeh tərəfindən onun istehlakçı kimi hüquqlarının, o cümlədən, tələb pul ödənişi ilə bağlı olduğundan əmlak hüququnun pozulması ilə nəticələnir. Bir daha qeyd edir ki, fərdi yaşayış evində qaz sərfiyyatı üçün quraşdırılmış mexaniki tipli sayğacın uzun müddət ərzində istifadəsi zamanı, heç vaxt ödənilməmiş qaz məbləği qalmamışdır. Qazsayğacının xx.xx.2023-cü il tarixdə dəyişdirilməsi, sayğacın yararlılıq müddətinin bitməsilə əlaqədar olmuşdur. Sayğacın dəyişdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli Aktdan da göründüyü kimi, həmin tarixə sayğacın üzərində hər hansı müdaxilə, plomb qırılması və s. olmamışdır. Ondan sonra – Cavabdeh İB-in müvafiq əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli Aktlardan onun məlumatı olmamışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə əvəz edilən sayğacın aparılması zamanı hər hansı formada xüsusi qablaşdırma edilməmişdir ki, bu da sayğacın Cavabdeh İB əməkdaşları tərəfindən aparılması və ya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək – 3 ay müddətində naməlum şəraitdə saxlanılması zamanı hər hansı qüsurun yaranmasında onun məsuliyyətinin olmadığına dəlalət edir. Beləliklə, Cavabdeh İB tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli “Bilririş-xəbərdarlıq”la ondan 2592 manat qalıq borcun tələb olunması əsassız və qanunsuz olmaqla hüquqlarının pozulması ilə nəticələnir. Cavabdeh İB əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş, onun da imzaladığı xx.xx.2023-cü il tarixli Akt № 6847236. Həmin Aktla təsdiq olunur ki: çıxarılan sayğacın istismar müddəti bitib; Sayğacın tipi “mexaniki”dir, göstəricisi 51220 kub/m. Sayğacın üzərində 04478692 №-li plomb olmuşdur. Sayğacın üzərində hər hansı qüsur/xəta olmasına dair qeyd edilməmişdir. xx.xx.2023-cü il tarixli “Abonentin saldosu”ndan görünür ki, 2023-cü ilin aprel ayınadək dövrdəonun qaz sərfiyyatına görə borcu yoxdur. Cavabdeh İB əməkdaşları tərəfindən onun məlumatı olmadan tərtib və təsdiq olunmuş, xx.xx.2023-cü il tarixli Akt. Aktın 4-cü sırasında: sayğacın zavod seriya № 0619371. Mexaniki göstərici – 51220. Yoxlamanın nəticəsi: “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu. Sayğac istismara yararsızdır.” Qüsura görə nəticə: “qaz itkisi müdaxilə” qeydləri yazılmışdır. Həmin Aktda onun imzası yoxdur. 4.4. Cavabdeh İB əməkdaşları tərəfindən onun məlumatı olmadan tərtib və təsdiq olunmuş, xx.xx.2023-cü il tarixli Akt № 0384627. Həmin aktda da onun imzası yoxdur, xx.xx.2023-cü il tarixli aktda yazılanlar burda da təkrarlanır. xx.xx.2023-cü il tarixli “bildiriş-xəbərdarlıq”da qalıq borc məbləği kimi – 2592 manat göstərilir. Bir daha qeyd edir ki, xx.xx.2023-cü il tarixədək təqdim olunan aylıq bildirişlərdə heç zaman qalıq borc olduğu göstərilməmişdir. Cavabdeh İB tərəfindən verilmiş iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00001 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış ******* sayğac çıxarılaraq yoxlanılması üçün CavabdehİB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə “MSK -14-2-2/3- 5-2347-1 saylı akta əsasən “sayğacın hesablama mexanizminin qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-ü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 21600 m3 təşkil etmişdir. Hesablanmış 2592 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamamsına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, sayğacın çıxarılma səbəbi kimi sayğacın istismar müddəti bitib göstərilmişdir. İstehlakçı aktı imzalamışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, sayğasın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olundu. Sayğac istismara yararsızdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçının yaşadığı evə gələn təbii qazın sərfiyyatını ölçən sayğaca iddiaçı təşkilatın əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2023-cü il tarixli ******* saylı aktda yaranmış problemin səbəbi kimi istismar müddətinin bitməsi göstərilsə də, xx.xx.2023-cü il tarixli ******* saylı aktda yaranmış problemin səbəbi kimi sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunduğu və sayğacın istismara yararsız olduğu kimi göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, əsassız hesablanmış 2592 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1- ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: “Qaydalar”ın 5.2-ci bəndi: Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaldıır və hər ay istehlakçıya hesab təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya aid olan evdən kənarda quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilsədə, məhz cavabdehin təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Beləliklə iddiaçının evinə aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz cavabdehin günahı ucbatından baş verməsi və ya cavabdehin sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapmadığından cavabdeh tərəfindən bu faktın aşkara çıxarıldığı xx.xx.2023-cü il tarixli akt əsasında dəymiş ziyan kimi 90 günə hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 45.92 (qırx beş manat, doxsan iki qəpik) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, 1-ci Yaşayış Massivi 12A ünvanındakı fərdi yaşayış evinə (**********00001 nömrəli abonent koduna) hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat borc abunə hesabından silinsin. Cavabdehndən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 45.92 (qırx beş manat, doxsan iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-341/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-341/2024
29.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver