Məhkəmə qərarları › İş №e-2(009)-420/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-420/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-420/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrinə əsasən, “Lenovo İdeapad 3” markalı kompüter, “Ariston” markalı su qızdırıcı almış və nəticədə 1612,26 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2241 manat (18 ay x 124,5 manat + 0 manat ilkin ödəniş) olan “Lenovo İdeapad 3” markalı kompüter üçün ümumilikdə 1482,26 manat olmaqla ondan 1140,20 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 342,06 manat cərimə, xx.xx.2022-ci il müqaviləsinə əsasən, alqı-satqı qiyməti 511,92 manat (24 ay x 21,33 manat + 0 manat ilkin ödəniş) olan “Ariston” markalı su qızdırıcı üçün ümumilikdə 130 manat olmaqla ondan 100 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1512,72 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, “Lenovo İdeapad 3” markalı kompüter üçün 1140,20 manat ödənilməmiş hissə, 342,06 manat cərimə, xx.xx.2022-ci il müqaviləsinə əsasən, “Ariston” markalı su qızdırıcı üçün 100 manat ödənilməmiş hissə, 30 manat cərimə, ümumilikdə 1612,26 manat borc və 36,13 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Ariston” markalı su qızdırıcı 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 21,33 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 511,92 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Lenovo İdeapad 3” markalı kompüter 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 124,5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2241 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 100 manat əsas, 30 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1140,20 manat əsas, 342,06 manat cərimə, cəmi 1612,26 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 511,92 manat olan “Ariston” markalı su qızdırıcı və alqı-satqı qiyməti 2241 manat olan “Lenovo İdeapad 3” markalı kompüter pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Lakin iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış məişət əşyaları Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2022ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 100 manat əsas borc, 30 manat cərimə, xx.xx.2023cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1140,2 manat əsas borc, 342,06 manat cərimə, cəmi 1612,26 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 02993059 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 100 manat əsas borc, 30 manat cərimə, xx.xx.2023-cü il tarixli 03903622 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 1140,2 manat əsas borc, 342,06 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,13 manat, cəmi 1648,39 (bir min altı yüz qırx səkkiz manat, otuz altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar