Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-511/2024 09.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ziyan» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 09 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ziyan» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3285 manat sığorta ödənişi məbləğinin və 53 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı özünə məxsus Mercedes Benz 208D markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. Həmin maşınla Masallı şəhərində sərnişin daşıma ilə məşqul olur. xx.xx.2022-ci il tarixdə Qala Sığorta ASC tərəfindən sığortalanmış “Lada Largus” markalı, 99-JP534 dövlət nömrə nişanlı avtomaşınla Masallı rayonun Köhnə Alvadı kəndi ərazisində qarşı tərəfin təqsiri ucbatından törətdiyi avtoqəza nəticəsində onun maşınına ziyan dəymişdir. Bu barədə qarşı tərəfin əməlində İXM-in tərkibi olduğundan barəsində tədbir görülmüşdür. Bundan sonra iddiaçı sığorta şirkətindən ona dəymiş 7055 manat maddi ziyanını tələb etməyə başlasa da onlar iddiaçıya ziyanı tam ödəməkdən yayındılar. İddiaçı bu barədə Maliyyə Nazirliyinə, Mərkəzi Banka və digər orqanlara şikayətlər yazdı. Sığorta şirkəti ilk olaraq ona dəymiş ziyanı 2645 manat dəyərləndirsədə, sonradan etdiyi şikayətlər nəticəsində həmin ziyanı 3285 manata qaldırdılar və bunla bağlı rəsmi məktubda göndərdilər. Halbu ki, ona 7055 manat maddi ziyan dəymişdi. İddiaçı qeyd edilən məbləğlə razılaşmadığı üçün artıq onlar iddiaçıya ümumilikdə sığorta ödənişi etməkdən imtina etdilər. Dəfələrlə onlarla telefon əlaqəsi saxlayaraq iddiaçıya dəyən ziyanın ödənilməsini tələb etsə də bildirdilər ki, sənə artıq sığorta düşmür. Halbu ki, onlar iddiaçını aylarla sürünüdürüb, onu yolara salıblar. İndi hazırda isə ona verməli oldulqları 3285 manat pulu belə vermirlər. Halbu ki ona 7055 manat maddi ziyan dəymişdir. Sığorta təşkilatı ona ödəniş etmədiyindən məcbur olaraq avtomaşınını özü təmir etdirdi və xeyli ziyana düşmüş oldu. Sığorta təşkilatının hesabladığı ziyan aktı ilə naturada maşına dəyən zərəri qarşılaşdırsaq görərik ki, maşının sıradan çıxan ehtiyyat hissələrinin çoxunu sığorta şirkəti qeyd etməyib. Avtomaşının foto şəkillərinidə işə əlavə edəcək. Odur ki, cavabdeh sığorta şirkətindən təklif etdiyi 3285 manat dəymiş ziyanın və dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, "xxxx" ASC-nin icbari qaydada sığortaladığı “Lada Largus” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 zərərvuranlardan biri olması müəyyən edilsə də, səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sənədlərə əsasən “Mercedes Benz 308D” markalı. ** VJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İddiaçı da zərərvuran olması öz təsdiqi tapmışdır. Bu fakt səlahiyyətli orqan olan Masallı RPŞ- nin ТВ tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar’da və Masallı DYP-dən daxil olmuş xx.xx.2022-ci il tarixli “X6 Haqqında Qərar”da öz təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixli "Cinayət: işinin başlanmasının rədd edilməsi haqqında Qərarda hadisənin təsvirindən göründüyü kimi xx.xx.2022-ci il tarixində X3 “Lada Largus” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayon Köhnə Alvadı kəndindən Təzə Alvadı kəndi istiqamətində hərəktdə olarkən yolun sağ kənarından qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatını həyata keçirməklə eyni istiqamətdə hərəkət edərək sola dönmə əməliyyatını həyata keçirən İddiaçı idarə etdiyi “Mercedes Benz 308D” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı X3 əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarım pozmuş, İddiaçı isə müvafiq kateqoriyası olmadan idarəetdiyi avtomobillə 1.1 üfüqi nişanlanma xətlərinə riayət etməyərək sola dönmüş və inzibati xəta törətmişdir. Göründüyü kimi səlahiyyətli dövlət orqanının sənədlərində hər iki tərəfin təqsirli olması yə təqsirin əsası tam şəkildə müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 208D” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər xx.xx.2022-ci il tarixli müstəqil ekspert rəyinə əsasən 3285 (üç min iki yüz səksən beş) manat olaraq müəyyən edilsə də səlahiyətli dövlət orqanının hadisənin baş vermə şəraitini və inzibati məsuliyyətini müəyyən edən müvafiq sənədlərinə əsasən PQA ********** saylı icbari sığorta şəhadətnaməsi üzrə iddiaçıya qeyd edilən məbləğin yarısı, yəni 1642.50 (bir min altı yüz qırx iki manat, əlli qəpik) manat məbləğ ödənilməlidir. İddiaça özü də hadisənin baş verməsində təqsirli olduğu üçün yerdə qalan məbləğ özü tərəfindən qarşılanmalıdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəmə iclasının iddiaçının iştirakı omadan keçirilməsinə etiraz etməmişdir. O, eyni zamanda etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın 1642,50 manat məbləğində təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Lada Largus” minik markalı, ** JP *** dövlət nömrə nişanlı avtomobil üçüncü şəxslərin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. “Lada Largus” minik markalı, ** JP *** dövlət nömrə nişanlı və iddiaçıya məxsus “Mercedes Benz 308D” markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobillərin iştirakı ilə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Lada Largus” minik markalı, ** JP *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi, “Mercedes Benz 308D” markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü İddiaçı isə AR İnzibati Xətalar Məcəlləsinin 332.2-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmiş və qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC əvvəlcə iddiaçıya 3285 manat məbləğində, lakin sonradan həmin məbləğin yarı hissəsi məbləğində sığorta ödənişi ödəməyi iddiaçıya təklif etmiş, iddiaçı isə bununla razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İşin bu halları iş materiallarında olan xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsinin, TP ******* nömrəli X6 haqqında qərarın, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın və "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış məktubların surətləri ilə təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. “İcbari sığortalar haqqında” AR Qanunun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Məhkəmə cavabdehdən tutulmalı olan məbləğə münasibətdə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş olan zərər məbləği 3285 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı isə hazırda həmin məbləğlə razılaşaraq 3285 manat sığorta ödənişinin cavabdehdən tutulmasını xahiş etdiyinə görə, məhkəmə tərəflər arasında dəymiş zərərlə bağlı mübahisə olmadığı qənaətinə gəlir və əmlaka dəymiş zərərin həddini əlavə olaraq müəyyənləşdirməyə zərurət bilmir. Eyni zamanda iş materialları ilə də təsdiq olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsində iştirakçıların hər ikisinin təqsirli olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı ona məxsus “Mercedes Benz 208 D” minik markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq sığorta ödənişinin tam hissəsini deyil, yarı hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə olan halda yuxarıda göstərilənlərə istinadən məhkəmə belə nəticəyə ki, iddia tələbi qismən təmin edilməli və 3285 manat hesablanmış zərər məbləğinin yarı hissəsi kimi 1642,50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 53 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia tələbində göstərilmiş pul tələbinin tutulması qismən təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 26,50 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1642,50 (min altı yüz qırx iki manat, əlli qəpik) manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 26,50 manat məbləğində hissəsi cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-511/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-511/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver