Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-574/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 30.10.2019-cu il tarixli, 22.01.2020-ci il tarixli, 11.02.2020-ci il tarixli, 16.07.2020-ci il tarixli və 16.10.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********57357 olan “HOFFMANN X Prime” markalı telefon, “Lenova İdeapad” markalı komputer, “«SEAGATE EXPANSİON» markalı hard disk, İMEİ kodu **********22570 “X1 8 T” markalı telefon, İMEİ kodu **********75810 “X1 9” markalı telefon, İMEİ kodu **********49441 “HUAWEİ Y6p” markalı telefon almış və nəticədə 1128 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 189 manat (18 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********57357 olan “HOFFMANN X Prime” markalı telefon üçün ümumilikdə 41 manat olmaqla, ondan 38 manat ödənilməmiş məbləğ, 3 manat cərimə; 22.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1675.8 manat (18 ay x 88.1 manat + 90 manat ilkin ödəniş) olan “Lenova İdeapad” markalı komputer, “«SEAGATE EXPANSİON» markalı hard disk üçün ümumilikdə 398 manat olmaqla, ondan 361.3 manat ödənilməmiş məbləğ, 36.7 manat cərimə; 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 587.2 manat (12 ay x 40,6 manat + 100 manat ilkin ödəniş) olan İMEİ kodu **********22570 “X1 8 T” markalı telefon üçün ümumilikdə 179 manat olmaqla, ondan 162,2 manat ödənilməmiş məbləğ, 16,8 manat cərimə; 16.07.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 601.2 manat (12 ay x 50,1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********75810 “X1 9” markalı telefon üçün ümumilikdə 441 manat olmaqla, ondan 400,8 manat ödənilməmiş məbləğ, 40,2 manat cərimə; 16.10.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 378 manat (12 ay x 31,5 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********49441 “HUAWEİ Y6p” markalı telefon üçün ümumilikdə 69 manat olmaqla, ondan 63 manat ödənilməmiş məbləğ, 6 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2405.9 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı 30.10.2019-cu il tarixli müqaviləsinə əsasən “HOFFMANN X Prime” markalı telefon üçün 38 manat əsas borc, 3 manat cərimə, 22.01.2020-ci il tarixli müqaviləsinə əsasən “Lenovo İdeapad” markalı kompüter və «SEAGATE EXPANSİON» markalı hard disk üçün 361.3 manat əsas borc, 36.7 manat cərimə, 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən “X1 8 T” markalı telefon üçün 162,2 manat əsas borc, 16,8 manat cərimə, 16.07.2020-ci il tarixli müqaviləsinə əsasən “X1 9” markalı telefon üçün 400,8 manat əsas borc, 40,2 manat cərimə, 16.10.2020-ci il tarixli müqaviləsinə əsasən “HUAWEİ Y6p” markalı telefon üçün 63 manat əsas borc, 6 manat cərimə ümumilikdə 1128 manat borc, 31.28 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 30 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “HOFFMANN X Prime” markalı telefonu 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 10 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 189 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Lenova İdeapad” markalı kompüter və “«SEAGATE EXPANSİON» markalı hard disk 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 88.1 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1675.8 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 11 fevral 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “X1 8 T” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 40,6 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 587.2 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 16 iyul 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “X1 9” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 50,1 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 601.2 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 16 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “HUAWEİ Y6p” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 31,5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 378 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 21.01.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 30.10.2019-cu il tarixli müqavilə üzrə 38 manat əsas borc, 3 manat cərimə, 22.01.2020-ci il tarixli müqavilə üzrə 361.3 manat əsas borc, 36.7 manat cərimə, 11.02.2020-ci il tarixli müqavilə üzrə 162,2 manat əsas borc, 16,8 manat cərimə, 16.07.2020-ci il tarixli müqavilə üzrə 400,8 manat əsas borc, 40,2 manat cərimə və 16.10.2020-ci il tarixli müqavilə üzrə 63 manat əsas borc, 6 manat cərimə, cəmi 1128 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 30.10.2019-cu il tarixdə, 22.01.2020-ci il tarixdə, 11.02.2020-ci il tarixdə, 16.07.2020-ci il tarixdə və 16.10.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 189 manat olan “HOFFMANN X Prime” markalı telefon, alqı-satqı qiyməti 1675.8 manat olan “Lenova İdeapad” markalı komputer, “«SEAGATE EXPANSİON» markalı hard disk, alqı-satqı qiyməti 587.2 manat olan “X1 8 T” markalı telefon, alqı-satqı qiyməti 601.2 manat olan “X1 9” markalı telefon, alqı-satqı qiyməti 378 manat olan “HUAWEİ Y6p” markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar, komputer və hard disk Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 30.10.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 38 manat əsas borc, 3 manat cərimə, 22.01.2020-ci il tarixli müqavilə üzrə 361.3 manat əsas borc, 36.7 manat cərimə, 11.02.2020-ci il tarixli müqavilə üzrə 162,2 manat əsas borc, 16,8 manat cərimə, 16.07.2020-ci il tarixli müqavilə üzrə 400,8 manat əsas borc, 40,2 manat cərimə və 16.10.2020-ci il tarixli müqavilə üzrə 63 manat əsas borc, 6 manat cərimə, cəmi 1128 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 30.10.2019-cu il tarixli, 01017245 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 21.01.2022-ci il tarixə yaranmış 38 manat əsas borc, 3 manat cərimə, 22.01.2020-ci il tarixli, 20052981 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 21.01.2022-ci il tarixə yaranmış 361.3 manat əsas borc, 36.7 manat cərimə, 11.02.2020-ci il tarixli, 20093118 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 21.01.2022-ci il tarixə yaranmış 162,2 manat əsas borc, 16,8 manat cərimə, 16.07.2020ci il tarixli, 21023914 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 21.01.2022ci il tarixə yaranmış 400,8 manat əsas borc, 40,2 manat cərimə və 16.10.2020-ci il tarixli, 21251499 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 21.01.2022-ci il tarixə yaranmış 63 manat əsas borc, 6 manat cərimə həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31.28 manat, cəmi 1159,28 (bir min yüz əlli doqquz manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-574/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-574/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver