Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-585/2024 09.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən sığorta hadisəsinə görə ödənilməli olan 2300 manat və ödənilmiş 43 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin mülkiyyətində olan “X1 yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi şirkətin həyətində arxaya manevr edərkən ehtiyatsızlıqdan şirkətin digər maşını olan “BMW X-5” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “BMW X-5” markalı avtomobilə 2300 manat maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsinin YPX tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin avtomobilə dəymiş ziyan “Avtoservis” T.X.S Masallı tərəfindən 2300 manat qiymətləndirilmişdir. Hadisədə iştirak etmiş MMC-yə məxsus oian hər iki avtomobil sığortalanmış və sığorta şəhadətnaməsi alınmışdır. Buna baxmayaraq, "xxxx" ASC xx.xx.2023-cü il tarixli məktubla sığorta ödənişini ödəməkdən imtina etmişdir. Ödənişdən imtina olunmasına səbəb kimi hər iki avtomobilin MMC-nin mülkiyyətində olması və sığorta hadisəsinin olmaması göstərilmişdir. MMC tərəfindən hər il avtomobilin icbari sığortasına görə ödənişlər olunur, əgər sığorta hadisəsi zamanı sığorta ödənişi ödənilməyəcəksə, həmin sığorta ödənişlərinin məqsədi nədən ibarətdir və niyə ödənilir. MMC ilə sığorta şirkəti arasında sığorta müqaviləsi bağlanmış, MMC müəyyən olunmuş sığorta ödənişlərini ödəmiş və əmlakını sığortalamışdır, sığorta şirkəti də müvafiq olaraq sığortaçıya ziyan dəyəcəyi halda həmin ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh hazırda öhdəliklərini icra etmək istəmir və sığorta ödənişini ödəmir. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı MMC sığorta ödənişinin ödənilməsinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC-dən sığorta hadisəsinə görə ödənilməli olan 2300 manat pulun tutularaq “Masal-944'’ MMC-yə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixində iddiaçıya məxsus iki avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat vasitəsi baş vermiş və nəticədə ** AA *** dövlət qeydiyyat nişanlı “BMW X-5” markalı avtonəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı MMC-yə məxsus olan ** AA *** dövlət qeydiyyat nişanlı “BMW X-5” markalı və ** AC *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitələrinin hər ikisi "xxxx" ASC-də "avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə icbari qaydada sığortalanmışdır. "xxxx" ASC-nın İddiaçı MMC-yə ünvanladığı 28 noyabr 2023-cü il tarixli, 23/673 saylı sığorta ödənişindən imtinaya dair bildirişdən aydın olur ki, həmin avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə “Azərbaycan Sənaye Sığorta" ASC-nin heç bir öhdəliyi yaranmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Göstərilən Qanunla yalnız sığortalı deyil, eyni zamanda sığorta olunanın ailə üzvləridə üçüncü şəxslər kateqoriyasından məhrum olunur. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. İsitinad olunan qanunvericiliyin tələblərindən görünür ki, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" sığortalının zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab edilir. Sözügedən hadisədə istismar olunan hər iki avtonəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətində olduğundan və mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olduğundan iddiaçı həmin hadisə üzrə üçüncü şəxs qismində çıxış etmir və müvafiq halın sığorta hadisəsi hesab edilməməsi birmənalı şəkildə Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişindən imtina olunması üçün əsasdır. Baş vermiş hadisə sığorta hadisə hesab edilmədiyindən, "xxxx" ASC-nin sığorta ödənişi verməsi qüvvədə olan normativ hüquqi aktlarla öz təsbitini tapmış sığorta münasibətlərinə ziddir. Bu səbəbdən sığotaçı sığorta ödənişinin verilməsindən imtina etməlidir. Yuxarıda göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta Şəhadətnaməsindən görünür ki, İddiaçı MMC-yə məxsus “BMW X-5” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta Şəhadətnaməsindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “X1 yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. İş materiallarında olan “Avtoservis” T.X.S Masallı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “BMW X-5” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumi olaraq 2300 manat məbləğində maddi ziyan dəymişdir (ehtiyat hissələrinin cəmi 1800 manat; bərpa qiymətlərinin cəmi 500 manat) İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı MMC-nə ünvanlanmış 23/673 saylı, xx.xx.2023-cü il tarixli sığorta ödənişindən imtinaya dair bildirişdən görünür ki, PSS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta Şəhadətnaməsi”nə əsasən "xxxx" ASC-də sığortalanmış “X1 yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə AD seriyalı, 613261 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “BMW X-5” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə Masallı rayon, Kosakül kəndi ərazisində toqquşaraq zədələnməsinə görə sığorta ödənişinin verilməsi barədə MMC-nin müraciətinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, həmin avtomobillərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə "xxxx" ASC-nin heç bir öhdəliyi yaranmamışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Sözügedən hadisədə istismar olunan hər iki avtonəqliyyat vasitəsi MMC-nin mülkiyyətində olduğundan və MMC mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olduğundan, o həmin hadisə üzrə üçüncü şəxs qismində çıxış etmir və müvafiq hal sığorta hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişindən imtina olunması üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyi üçün MMC-yə sığorta ödənişinin ödənilməsindən imtina edilir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin mülkiyyətində olan “X1 yük” markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi şirkətin həyətində arxaya manevr edərkən ehtiyatsızlıqdan şirkətin digər maşını olan “BMW X-5” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “BMW X-5” markalı avtomobilə ziyan dəymişdir. Həmin ziyan “Avtoservis” T.X.S Masallı tərəfindən 2300 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən edilmişdir ki, iddiaçıya məxsus hər iki avtomobil "xxxx" ASC-də icbari sığorta üzrə sığortalanmışdır. İddiaçı sığorta ödənişinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh sığorta ödənişini ödəməkdən imtina etmişdir. Buna görə də, iddiaçı 2300 manat məbləğində vəsaitin sığorta şirkətindən onun xeyrinə tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Qanunun qeyd olunan normasının tələbindən göründüyü kimi, yalnız sığortalı deyil, eyni zamanda sığorta olunanın ailə üzvləri də üçüncü şəxslər kateqoriyasından məhrum olunur. Bu Qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir. “İcbari sığortalar haqqında” Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişindən imtina olunması üçün əsasdır. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdeh cəmiyyətdə sığortalanmış hər iki avtonəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətində olduğundan və mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olduğundan, o həmin hadisə üzrə üçüncü şəxs qismində çıxış etmir və buna görə də, baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir. Məhkəmə hesab edir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən iddiaçının sığorta ödənişi tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220,360-cıi maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-585/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-585/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver