Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-589/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızıi, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2 Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X2 Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1062 manat borcun (abonent kodu:**********280) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30.62 manat dövlət rüsumu ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, cavabdeh həmin məktubu xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmiş və iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki İddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********280) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvana 'xx.xx.2018-ci il tarixində quraşdırılmış CSS-20 markalı, 17091275 nömrəli sayğacın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 1062 (bir min altmış iki manat) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. "Su təchizatı və tullantı suları haqqında" Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, "Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır". "Su təchizatı və tullantı suları hanamda" Oanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suvun həcmini suölcən cihazlar vasitəsi ilə və va müvafia normativ hüauai aktlarla nəzərdə tutulmuş aavdada hesablama volu Uə müəwənləsdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdivi suvun dəvərini tam hesablamalıdır və hər av istehlakcıva məlumat ('hesab) təadim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suvun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən vol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. "Su təchizatı və tullantı suları haqqında" Oanunun 62-ci maddəsinə əsasən,aanunvericiliklə basaa hallar nəzərdə tutulmadıada istehlakçı su təchizatı və kanalizasiva müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təadim olunduğu gündən bir av müddətində ödəmədikdə, su təchizatı və kanalizasiva müəssisəsi aanunvericilikdə nəzərdə tutulmuş müvafia tədbirləri görməlidir. Obvektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi verinə yetirilmədikdə, su təchizatı və kanalizasiva müəssisəsinin ödənilməyən məbləği məhkəmə aavdasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan Abonent kartından (abonent kodu: **********280) görünür ki, Cavabdeh su və kanalizasiya xidmətlərindən istifadəyə görə 1062 manat ödənilməmiş borcu yaranmışdır. İş üzrə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 tərəfindən borcun ödənilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qeyd edir ki, cavabdehin su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərindən istifadə zamanı borcu yaranmış və buna görə də iddiaçı ödənilməmiş qalmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən su sərfiyyatı və tullantı suların axıdılması ilə əlaqədar borcun ödənilməməsi tərəflər arasında yaranmış müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməli və bu səbəbdən iddia tələbi təmin edilməli, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşısında borcu yarandığından, iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi 1062 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30.62 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1062 (bir min altmış iki) manat borcun (abonent kodu:**********280) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30.62 (otuz manat altmış iki qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-589/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-589/2025
26.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver