Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-639/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “LF 7132E-330” markalı, 99–NE–474 dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il dekabrın 31-də Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “LF 7132E-330” markalı, 99–NE–474 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində, X3 idarə etdiyi “MERCEDES BENZ E240” markalı, 99–KX–340 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Xətai DYPŞ-i tərəfindən AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü (bu Məcəllənin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Avtomobilləri Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “MERCEDES BENZ E240” markalı, 99– KX–340 dövlət nömrə nişanlı avtomobilə 1150 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 1150 manat məbləği zərərçəkmiş şəxs X4 ödəmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti «Mersedes Benz» markalı **-KX-*** dövlət qeyddiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1150 manat ödənilməmiş sığorta ödənişi məbləği, 31,50 manat dövlət rüsumu, ümumilikdə 1881,50 manat pul məbləğinin Cavabdeh alınaraq “Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbar sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüfatları barədə arayışa əsasən “LF 7132E-330” markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomaşın X1 adına qeydiyyata alınmışdır. İş üzrə PXA********** nömrəli icbari sığorta haqqında müqaviləsinə dair məlumata əsasən sığortaçı qismində "xxxx" sığorta edilən Cavabdeh məxsus “LF 7132E-330” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuşdur. İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixdə “LF 7132E-330” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə AR İXMnın 332.4-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. İş üzrə avtomobilin texniki xidmət Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən «Mercedes E240» markalı **-KX-*** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 1150 manat ziyan dəymişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, PXA57627 saylı sığorta aktının surətinə əsasən xx.xx.2019-cu il tarixdə sığortalanmış “LF 7132E-330” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə «Mercedes E240» markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «Mercedes E240» markalı ** KX *** dövlət nömrə nişanlı avtomaşına 1150 manat ziyan dəymişdir. İş üzrə sığorta ödənişinin alınması üçün plastik ödəmək kartının təhvil-təslim aktından və hesabdan çıxarışından görünür ki, "xxxx" ASC xx.xx.2021-ci il tarixdə 1150 manat zərərçəkmiş şəxsə X4 ödəmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 15.30 radələrində Bakı şəhəri, M.Hadi küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “LF 7132E-330” markalı, **- NE-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mersedes-Benz E240” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İdarə etdiyi “LF 7132E-330” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər PXA197639615 saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır.Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkənə avtomobilə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən 1150 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və subroqasiya hüquqlarını olduğunu nəzərə alaraq ödənilmiş əvəz miqdarında 1150 manat zərər məbləğini məktubu aldıqdan sonra 7 təqvim günü ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi və X2 məxsus olan icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmış “LF7132E-330” markalı, **-NE- *** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E240” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Mercedes Benz E240” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1150 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə tərəfindən digər tərəfdən müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan idarə etdiyi və “X6” Qanunun tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 332.4ci və 327.2-ci maddələri ilə təqsirli bilimişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E240” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1150 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yolnəqliyyat hadisəsi törətmiş sürücü hadisə zamanı avtomaşını sürücülük hüququ olmadan idarə etdiyindən, iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 1150 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İş materiallarında olan sənədlərdən məlum olur ki, Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında protokola əsasən Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli olması və avtomaşını sürücülük hüququ olmadan idarə etməsi tam təsdiq olunmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüquq olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatları olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törədərkən avtomaşını sürücük hüququq və onu idarə etməyə səlahiyyət verən sənəd olmadan idarə etdiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, idda tələbi təmin edilməli və sığorta ödənişi kimi zərərçəkənə ödənilmiş 1150 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 31,50 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 1150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31,50 manat, cəmi 1181,50 (bir min yüz səksən bir manat əlli qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-639/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-639/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver