Məhkəmə qərarları › İş №e-2(009)-675/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-675/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-675/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi D.S.Tomayevin iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********52391 olan “iPhone 15 Pro Max” markalı telefon, İMEİ kodu **********664 olan “iPhone 14 Pro” markalı telefon, İMEİ kodu **********55246 olan “iPhone 14 Plus” markalı telefon, İMEİ kodu **********87623 olan “X3 12 Pro” markalı telefon almış və nəticədə 9026,10 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3800 manat (12 ay x 275 manat + 500 manat ilkin ödəniş) olan İMEİ kodu **********52391 olan “iPhone 15 Pro Max” markalı telefon üçün ümumilikdə 3297 manat olmaqla, ondan 2198 manat ödənilməmiş məbləğ, 1099 manat cərimə pulu; -xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3755 manat (18 ay x 199,78 manat + 159 manat ilkin ödəniş) olan İMEİ kodu **********664 olan “iPhone 14 Pro” markalı telefon üçün ümumilikdə 2996,25 manat olmaqla, ondan 1997,50 manat ödənilməmiş məbləğ, 998,75 manat cərimə pulu; -xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3349,98 manat (18 ay x 186,11 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********55246 olan “iPhone 14 Plus” markalı telefon üçün ümumilikdə 2232,45 manat olmaqla, ondan 1488,30 manat ödənilməmiş məbləğ, 744,15 manat cərimə pulu; -xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 858,06 manat (18 ay x 47,67 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********87623 olan “X3 12 Pro” markalı telefon üçün ümumilikdə 500,40 manat olmaqla, ondan 333,60 manat ödənilməmiş məbləğ, 166,80 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5745,68 manat təşkil edir. Cavabdehlə arasında xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrin ayrılmaz təkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefonr danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********52391 olan “iPhone 15 Pro Max” markalı telefon üçün üçün 2198 manat əsas borc, 1099 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********664 olan “iPhone 14 Pro” markalı telefon üçün 1997,50 manat əsas borc, 998,75 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********55246 olan “iPhone 14 Plus” markalı telefon üçün 1488,30 manat əsas borc, 744,15 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87623 olan “X3 12 Pro” markalı telefon üçün 333,60 manat əsas borc, 166,80 manat cərimə pulu, ümumilikdə 9026,10 manat borc, 111,27 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 11671209 saylı, 10 sentyabr 2023-cü il tarixli müqaviləsinə əsasən "xxxx" MMC Cavabdeh “X3 12 Pro” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 47,67 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 858,06 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 02035024 saylı, 19 sentyabr 2023-cü il tarixli müqaviləsinə əsasən "xxxx" MMC Cavabdeh “iPhone 14 Plus” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 186,11 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqısatqı qiyməti 3.349,98 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 02696510 saylı, 17 noyabr 2023-cü il tarixli müqaviləsinə əsasən "xxxx" MMC Cavabdeh “iPhone 14 Pro” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 199,78 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqısatqı qiyməti 3.755,04 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 02137753 saylı, 21 aprel 2024-cü il tarixli müqaviləsinə əsasən "xxxx" MMC Cavabdeh “iPhone 15 Pro Max” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 275 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 3.800 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 336,60 manat əsas, 166,80 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.488,30 manat əsas, 744,15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.997,50 manat əsas, 998,75 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2.198 manat əsas, 1.099 manat cərimə, cəmi 9.026,10 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 858,06 manat olan “X3 12 Pro” markalı telefon, alqı-satqı qiyməti 3.349,98 olan “iPhone 14 Plus” markalı telefon, alqı-satqı qiyməti 3.755,04 manat olan “iPhone 14 Pro” markalı telefon, alqı-satqı qiyməti 3800 manat olan “iPhone 15 Pro Max” markalı telefon pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni müqavilədə göstərilən əmlaklar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 333,60 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 1.488,30 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 1.997,50 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş 2.198 manat məbləğində borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 166,80 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 744,15 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 998,75 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə 1.099 manat cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə pulu 30 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə pulu 70 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə cərimə pulu 150 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərimə pulu 200 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 333,60 manat əsas borc, 30 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1.488,30 manat əsas borc, 70 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1.997,50 manat əsas borc, 150 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmıq 2.198 manat əsas borc, 200 manat cərimə pulu, cəmi 6467,4 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (84,67 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 11671209 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 333,60 manat borc, 30 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli 02035024 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 1.488,30 manat borc, 70 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli 02696510 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 1.997,50 manat borc, 150 manat cərimə pulu, xx.xx.2024cü il tarixli 02137753 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 2.198 manat borc, 200 manat cərimə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 84,67 manat, cəmi 6.552,07 (altı min beş yüz əlli iki manat, yeddi qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar