Məhkəmə qərarları › İş №e-2(009)-703/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-703/2024

24.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-703/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X13 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı «zərər» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 24 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 124,000 manat pul vəsaitinin, 12,400 manat əldən çıxmış faydanın və 426,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun qardaşıdır. X1 xx.xx.2014-cü ildə rəhmətə getmişdir. X3 miras qalmış A.M.Cümə küçəsi 11 nömrəli evin 30 saylı mənzili onun iştirakı və məlumatı olmadan, (cavabdeh əvvəl mənzili öz adına rəsmiləşdirilmiş və sonradan) bu əmlakı X10 adında bir vətəndaşa 248000 (iki yüz qırx səkkiz min) manata satmışdır. Nəticədə atalarından miras qalmış əmlakı satmış və satışdan əldə etdiyi pul vəsaitini özünə, ailəsinə və digər şəxsi məqsədləri üçün istifadə etməklə, vərəsə kimi ona məxsus olmuş paya dair hissəni də öz şəxsi maraqları üçün istifadə etmişdir. Əmlak ilə əlaqədar məlumat əldə etdikdən sonra, Nərimanov Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi, vərəsəlik hüququnun tanınması, mənzildən çıxarma və s. tələb əsasında (Məhkəməyə) müraciət etdi. Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə e-2(005)-2099/2022 saylı qətnamə qəbul edilmişdir. Qətnamədə aşağıdakılar qeyd edilmişdir: “İddia təmin edilsin. Bakı şəhər, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 607045 №-li alqı-satqı müqaviləsi və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 102 №-li maliyyə arayışıetibarsız hesab edilsin. Qeyd olunan sənədlər əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh adına dövlət reyestri xidmətində olan ilkin qeydiyyatın ləğv edilsin. Cavabdeh Mamud adına (qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə verilmiş 607045 №-liçıxarış ləğv edilsin. 21 saylı notariat ofisinin 4Ə-1117 reyestri nömrəli, xx.xx.2021-ci il tarixdə cavabdehlər Cavabdeh ilə X10 arasında Bakışəhər, Nərimanov Rayonu,A.M.Cümə küçəsində yerləşən 11B nömrəlievin 30 saylımənzilə dair bağlanmış AN-İ № ******* nömrəli alqı-satqımüqaviləsietibarsız hesab edilsin. Həmin müqavilə əsasında X6 adına verilmiş 607045 №-İiçıxarış (qeydiyyat nömrəsi **********) ləğv edilsin. İddiaçı Bakı şəhər, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilə ½ hissəsinə vərəsəlik hüququ tanınsın və həmin mənzilə köçürülsün. Bakışəhər, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəlievin 30 saylımənzildən cavabdeh X10 əşyaları ilə birlikdə çıxarılsın. Cavabdeh ilə X10 arasında Bakı şəhər, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilə dair bağlanmış AN-1 № ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilə üzrə ödənilmiş 248000 manat (iki yüz qırx səkkiz min manat) pul Cavabdeh alınıb X8 qaytarılmalıdır.(restitusiya)” Məhkəmənin qeyd olunan qətnaməsindən həmin iş üzrə hər iki cavabdehlər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə 2(103)-7369/2022 saylı aşağıdakı məzmunda qətnamə qəbul edilmişdir: “Cavabdehlər X10 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakışəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2099/2022 saylı 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbuledilsin. İddiaçı cavabdehlər X8, Cavabdeh, "xxxx" MTK və "xxxx" MMC-yə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ tanınmaqla mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin”. Onun tərəfindən Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1517/2023 saylı qərarı qəbul edilmişdir. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin etməklə aşağıdakı məzmunda qərar qəbul edilmişdir:“Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7369/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 607045 №-li alğı-satqı müqaviləsinin və "xxxx" MMCnin xx.xx.2020-ci il tarixli 102 №-li maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestri xidmətində olan ilkin qeydiyyatın ləğv edilməsi, Cavabdeh adına (qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə verilmiş 607045 №-li çıxarışın ləğv edilməsi tələbinin rədd olunması hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə - 21 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə cavabdehlər Cavabdeh ilə X10 arasında Bakı şəhər, Nərimanov rayonu,A.M.Cümə küçəsində yerləşən 11B nömrəlievin 30 saylı mənzilə dair bağlanmış AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X6 adına verilmiş 607045 №-İiçıxarışın (qeydiyyat nömrəsi **********) ləğv edilməsi, Bakı şəhər, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilinin½ hissəsinə vərəsəlik hüququnun tanınması, həmin mənzilə köçürülməsi, Bakı şəhər, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylımənzildən cavabdeh X6 əşyaları ilə birlikdə çıxarılması tələblərinin rədd olunmasına aid hissədə dəyişdirilmədən saxlanısın. İş ləğv olunan hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin”. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarı əsasında baxılan hissədə aşağıdakı məzmunda xx.xx.2023-cü il tarixdə 2(103)- 3857/2023 saylı qətnamə qəbul edilmişdir: “Apellyasiya şikayəti təmin edilməsin. Bakışəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2099/2022 saylı iş üzrə 06 sentaybr 2022-ci il tarixli qətnaməsi baxılan hissədə, yəni “Bakı şəhəri, Nərimanov rayonu,A.M.Cümə küçəsində yerləşən 11B nömrəlievin 30 saylımənzilinə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 607045 №-li alğısatqı müqaviləsinin və "xxxx" MMCnin xx.xx.2020-ci il tarixli 102 №-limaliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestri xidmətində olan ilkin qeydiyyatın ləğv edilməsi, Cavabdeh adına (qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə verilmiş 607045 №-li çıxarışın ləğv edilməsi “ hissəsində dəyişdirilmədən saxlanılsın”. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsində hazırkı cavabdehə münasibətdə aşağıdakı hüquqi mövqelər qeyd olunur: “Bənd 49. Belə ki, işin halları ilə müəyyən olunur ki, İddiaçı və Cavabdehbacıqardaşdır, iddiaçının hazırda mübahisələndirdiyiəmlak onun atasına məxsus olmuş, həmin əmlak onun qardaşı tərəfindən "xxxx" MMC ilə xx.xx.2020- ci il tarixli müqavilə bağlanmaqla rəsmiləşdirilmiş, sonradan həmin sənədlər əsasında mənzilin iddiaçının qardaşının mülkiyyətinə keçmişdir. Halbuki Cavabdeh məhkəmədə qaldırdığı iddia ərizəsində və Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 11 B, mənzil 30 №-li mənzilin onun atasına məxsus olmasını qəbul etmişdir. Səbail Rayon Məkəməsinin 2(009)-425/2020 saylı mülki işi üzrə məhkəmə mübahisəsi getdiyi ərəfədə qeyd olunan mənzilin xx.xx.2021ci il tarixdə digər şəxsə - X2 baş tutmuşdur. Bənd 50. Cavabdeh - Cavabdeh hazırkı iddiaya etirazında göstərir ki,atası mənzili onun adına sənədləşdirilməsi üçün 2012-ci ilin iyulayında ərizə ilə "xxxx" MMC-yə müraciət edib, MMC həmin ərizəniəsas tutaraq onunla müqavilə bağlamış və maliyyə arayışı vermişdir. Cavabdeh tərəf bu halla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə məhkəməyə hər hansısübut təqdim etməmişdir. Bənd 51. Digər tərəfdən cavabdeh etirazında göstərir: «guya o cavabdeh "xxxx" MTK ilə əlbir olub sənədləri saxtalaşdıraraq mənzili öz adına keçirmişdir. Bu tamamilə yalan və böhtandır. Birincisi, o "xxxx" MTK adlı hüquqi şəxs tanımır, ikincisi, iddia ərizəsində hansı sənədləri saxtalaşdırdığı konkret göstərilməmişdir. Onun “Real Tikinti'“ MTK arasında heç bir alqı-satqı müqaviləsi yoxdur, əgər bu barədə iddiaçının əlində hər hansı bir sənəd varsa məhkəməyə təqdim etməlidir.». Halbuki, cavabdeh iş materiallarında "xxxx" MTK-nın 29 sentyabr 2021-ci il tarixli, 053 saylı maliyyə arayışında ünvan 1 ünvanda yerləşən Kooperativə məxsus yaşayış binasının8-ci mərtəbəsindəki, ümumisahəsi 150.1 kv.m. olan 30 saylı 3 otaqlımənzilin Cavabdeh məxsus olması göstərilmiş, bu sənəd «ASAN» xidmətə təqdim etmək üçün verilmişdir. Bənd 52. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 01№-li protokolundan çıxarış, eyni tarixli "xxxx" MTK-nın 21 saylı maliyyə arayışına əsasən ünvan 1 ünvanda yerləşən Kooperativə məxsus yaşayış binasının 8-ci mərtəbəsindəki, ümumi sahəsi 150.1 kv.m, yaşayış sahəsi 80 kv.m olan 30 saylı 3 otaqlı mənzilin pay dəyəri payçı X5 tərəfindən tam ödənildiyindən o, pay haqqını ödəməklə müqavilə şərtlərini yerinə yetirmiş olduğu və onun mənzil üzərində əldə etdiyi hüquqların qorunduğu, Cavabdeh hərəkətləri nəticəsində isə iddiaçı X7 gələcəkdə qanuni gözləntiəsasında əldə edəcəyiəmlaka olan vərəsəliklə bağlı hüquqları pozulmuşdur. Belə ki, özünün mülkiyyət hüququnun əldə edilməsi və rəsmiləşməsinə maneçiliklə rastlaşmış iddiaçı öz hüququnun dövlət tərəfindən müvafiq müdafiəsinə ümid etmək hüququ vardır. Bənd 53. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X5 MTK-nin payçısı olduğundan, iddiaçı isə onun övladı olmaqla vərəsəsi olduğundan, iddiaçı mərhum atasının MTK-da olan payı ilə bağlı tələb irəli sürməkdə haqlıdır. Bənd 54. Həmçinin, müəyyən edilmişdir ki, iş üzrə İddiaçı və iş üzrə Cavabdeh atası X5 xx.xx.2014-cü il tarixdə ölmüş və onun ölümü ilə əlaqədar Bakı şəhəri,46 saylı notariat kontorunda açılmış vərəsəlik işində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində90B №-li fərdi yaşayış evi miras kütləsinə daxil olmuş, X7və Cavabdeh həmin əmlaka dair ½ paylar müəyyən olunmuş, iddiaçıya25 yanvar 2022ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bənd 55. Məhkəmə kollegiyası miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, İddiaçı, Cavabdeh qanun üzrə birinsi növbəli və həm də bərabər pay hüquqlu vərəsələridirlər. Bənd 57. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətlişəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu,əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığıandan etibarsızdır”. Bənd 58. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının qardaşı Cavabdeh tərəfindən atasına məxsus Bakı şəhər, Nərimanov Rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 607045 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin sənədlər əsasında xx.xx.2020-ci il tarixdə Cavabdeh adına dövlət reyestri xidmətində olan ilkin qeydiyyatın və çıxarışın ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyiəsaslıdır və həmin hissədə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı baxılan hissədə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir. Bənd 60. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, o, zərərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə predmeti olan əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini tələb edə bilər.Nəzərə alınmalıdır ki, cavabdeh miras qalmış əmlakı satıb əvəzində pul aldığını bilmişdir. Cavabdeh əsassız varlanmadan əvvəl və bilavasitə əsassız varlanan zaman hüquqi əsasının olmadığını bilə-bilə bu hərəkətləri etmişdir.Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” qərarında aşağıdakılar yazılır: “Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuzsaxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə aktlarında miras əmlakın cavabdeh tərəfindən 248000 manat satılması qeyd olunmaqla yanaşı, cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli AN- İ №0965275 nömrəli daşınmazəmlakın alqı-satqımüqaviləsi ilə müəyyən olunub. Cavabdehin əmlakımı və əmlak hüquqlarını ələ keçirməsi ilə əlaqədar hərəkətlərinə pul vəsaitinin indeksasiyası baxımından yanaşsaq, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla, vətəndaşın qanuni hüquqlarını müdafiə etmək məqsədi daşıyır. Vurulmuş ziyan nəticəsində ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda tərəfin pozulmuş hüquqlarınınbərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Buna baxmayaraq, indeksasiya tətbiqi zamanı əlavə olaraq ekspert, yaxud mütəxəssis rəyinin alınması zərurəti yaranır. Belə bir əlavə hərəkətlərin yaranmaması məqsədilə, 2022-2023-cü illər dövrü üçün 124000 manat pul vəsaitinin illik minimal 5 (beş) faiz hesabı üzrə mənə hər ildə 6200 manat olmaqla, iki il dövrü üçün 12400 manat əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarından olan: Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(103)-3857/2023 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh, X10, "xxxx" MTK və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsızlığı və s.” tələbinə dair iddiası üzrə Nərimanov rayon Məhkəməsinin e-2(005)-2099/2022 saylı 06 sentyabr 2022ci il tarixli qətnaməsi baxılan hissədə yəni Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 607045 №-li alğı-satqı müqaviləsinin və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 102 №-li maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestr xidmətində olan ilkin qeydiyyatın ləğv edillməsi, Cavabdeh adına xx.xx.2020-ci il tarixdə verilmiş 607045 №-li çıxarışın ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə qeyd edilmişdir ki, məhkəmə kollegiyası miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, İddiaçı, Cavabdeh qanun üzrə birinci növbəli və həm də bərabər pay hüquqlu vərəsələrdirlər. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, o, zərərin əvəzinin ödənilməsini tələb etməklə mübahisə predmeti olan əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4022/2023 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2(103)-3857/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh atası X5 xx.xx.2014-cü il tarixdə ölmüş və onun ölümü ilə əlaqədar Bakı şəhəri, 46 saylı notariat kontorunda açılmış vərəsəlik işində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində 90B №-li fərdi yaşayış evi miras kütləsinə daxil olmuş, X7 və Cavabdeh həmin əmlaka dair ½ paylar müəyyən olunmudur. İddiaçı mərhum X4 övladı olmaqla cavabdehlə bərabər birinci növbəli vərəsəsi olduğundan, mərhum atasının miras əmlakına daxil olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 11B nömrəli evin 30 saylı mənzilinin satışından əldə edilmiş pulun 1/2 hissəsini tələb etməkdə haqlıdır. Belə ki, M.İsmayılov vəfat etdikdən sonra onun qanun üzrə 2 vərəsəsi qalmışdır. Həmin vərəsələr hazırki iş üzrə tərəf olan İddiaçı və Cavabdehdur. Cavabdeh isə atasından miras qalmış və bacısı İddiaçı birinci növbəli vərəsə kimi 1/2 hissədə payı olan həmin əmlakı 248.000 manat pul müqabilində üçüncü şəxsə satmış və həmin məbləğin hamısını özü əldə etmişdir. Qeyd olunan hallar qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiqlənir. Belə olan halda cavabdeh əsassız varlanmaqla iddiaçıya zərər vurmuşdur. Bu səbəbdən sözügedən əmlakın satışından əldə etdiyi 248.000 manat məbləğində pulun yarı hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə iddia tələbinin “12,400 manat əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır. Mülki Məcəllənin: 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında deyilir ki, “...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış münasibət üzrə borclunun öhdəliklərinin icra edilməli olduğu vaxtdan (2022-ci və 2023-cü illər üçün) 24 aylıq dövr üçün 124,000 manat borc məbləğinə illik 5% dərəcəsi ilə faiz məbləği hesablanmaqla, 24 ay üçün 12,400 manat əldən çıxmış fayda cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 124,000 manat məbləğində pul vəsaiti və 12,400 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 136,400 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 426,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar