Məhkəmə qərarları › İş №e-2(009)-725/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-725/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-725/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2005 manat sığorta ödənişinin və 41 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı ərizəsini onunla əsaslandırmışdırki, o, xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi ** CO *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220” markalı avtomobili Tərtər rayonu Təzəkənd ərazisində atası X1 idarə etdiyi “Daimler Chrysler 208D” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə vurularaq zərər görmüşdür. Zərərin məbləği 2005 manat məbləğində qiymətləndirilmişdir Cavabdeh şirkətə müraciət etməsinə baxmayaraq, şirkət əsassız səbəblərlə ödənişi etməkdən imtina etmişdir.. Cavabdeh tərəfindən təqdim olunmuş etirazda qeyd edilmişdir ki,Cəmiyyətin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində “Mercedes Benz E220” markalı və “Daimler Chrysler 208D” markalı avtomobillərin mülkiyyətçisinin X2 müəyyən edilmişdir. Daxil olmuş sənədlərdən “Mercedes Benz E220” markalı avtomobili etibarnamə əsasında idarə edən İddiaçı X1 oğlu olduğu görünür. Buna görə hadisə sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişinin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sübutları tədqiq edib, onları məcmusu üzrə qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E220” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilxx.xx.2024-cü il tarixədək "xxxx" ASC tərəfindən sığorta edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışınsurətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Tərtər rayonu, Təzəkənd kənd ərazisində “Daimler Chrysler 208D” markalı ** BD *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, “Mercedes Benz E220” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilxx.xx.2024-cü il tarixədək "xxxx" ASC tərəfindən sığorta edilmişdir.xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Tərtər rayonu, Təzəkənd kənd ərazisində “Daimler Chrysler 208D” markalı ** BD *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220” markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş və iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı avtomobilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh sığorta şirkətinə müraciət etməsinə baxmayaraq, şirkət sığorta ödənişi etməkdən imtina etmişdir. AR Mülki Məcəlləsinin: 922.1.-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “İcbari sığortalar haqqında” Qanunun: 6.9-cu maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 54-cü maddəsinə əsasən bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Məhkəmə işin hallarını yuxarıda istinad edilən normalar ilə yanaşı yoxlayaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Sığorta hadisəsi baş verdiyi zaman əmlak mənafeləri sığortalanan şəxs hadisə nəticəsində məruz qaldığı zərərin əvəzini sığortaçıdan tələb etməkdə haqlıdır. Üçüncü şəxslərin mülki məsuliyyətinin icbari sığortasının mahiyyəti də məhz bundadır ki, baş vermiş sığorta hadisəsi nəticəsində zərər görmüş üçüncü şəxslərin zərəri qarşılanmalıdır. Lakin qanunda eyni zamanda belə bir istisna hal nəzərdə tutulmuşdur ki, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxs o zaman üçüncü şəxs sayılır ki, həmin şəxs sığortalı və (və ya) sığorta olunanın ailə üzvü hesab edilməsin. Qanuna əsasən isə ailə üzvü sayılacaq şəxslər şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləridir (övladlığa götürənləri). Yəni ki həmin şəxslərin dairəsi qanunvericiliklə dəqiq müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçıları iddiaçı ilə onun atası X3r.Belə olan halda isə iddiaçı (zərərçəkmiş) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalının oğlu olduğundan (bu fakt iddiaçının özü tərəfindən də iddia ərizsəsində qeyd olunmuşdur) baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs qismində sığorta ödənişi tələb etmək hüququna malik deyildir.Belə ki, iddiaçı hazirki işdə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə üçüncü şəxs statusuna malik deyildir. Bundan başqa eyni zamanda belə bir nəticəyə gəlinir ki, qeyd olunan şərtlər altında hazırda araşdırılan yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi hesab edilməsi istisna olunur. Bu halda isə sığortaçının sığorta hadisəsi hesab edilməyən fakt üzrə sığorta ödənişi etmək kimi bir öhdəliyi yaranmır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin MPM-nin 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunmadığından, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə tərəfə təqdim olunduqdan 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar