Məhkəmə qərarları › İş №e-2(009)-762/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-762/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-762/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “MAZDA CX-5” markalı, 90–NM–358 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il dekabrın 15-də Cavabdeh idarə etdiyi “MAZDA CX-5” markalı, 90–NM–358 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, R.Behbudov küçəsində “BMC Procity 12M” markalı, 99–JU–335 dövlət nömrə nişanlı avtobusla toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Nəsimi DYPŞ-in xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə), 327.1-ci və 346.1-ci maddələri ilə təqsirli bilinmişdir."xxxx" MMC tərəfindən verilmiş zərər aktına əsasən hadisə nəticəsində “BMC Procity 12M” markalı, 99–JU-335 dövlət nömrə nişanlı avtobusa 107,97 manat zərər dəymişdir. “BMC Procity 12M” markalı, 99–JU–335 dövlət nömrə nişanlı avtobus kasko sığorta növündə "xxxx" ASC sığortalındığından "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixində 8114 nömrəli ödəniş tapşırığı ilə 107,97 manat məbləği "xxxx" ASC-yə ödəmişdir.Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 107,97 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumu, ümumilikdə 137,97 manat pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə PXA********** nömrəli icbari sığorta haqqında müqaviləsinə dair məlumata əsasən sığortaçı qismində "xxxx" sığorta edilən Cavabdeh məxsus “Mazda CX-5” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 5.000 manat, sığorta haqqı 75 manat təşkil etmişdir. İş üzrə MV-C(Q) 00092-19 nömrəli, xx.xx.2019-cu il tarixil sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortaçı qismində "xxxx" ASC sığortalı qismində Bakı Nəqliyyat Agentliyinə məxsus avtomobilləri, o cümlədən “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək – 1 il müddətinə avtomobillərin kompleks sığortası (avtomobillərin Kasko sığortası (Bölmə 1), Sürücü və sərnişinlərin fərdi qəza sığortası (Bölmə 2), Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası (Bölmə 3)) sığorta olunmuşdur. İş üzrə “Sığortaçı” qismində "xxxx" ASC ilə “Sığortalı” qismində Bakı Nəqliyyat Agentliyi arasında bağlanmış MV-C(Q) 00092-19 saylı sığorta şəhadətnaməsinə əlavə olunan və onun tərkib hissəsi sayılan xx.xx.2020-ci il tarixli, 1 nömrəli Əlavəsinin surətindən görünür ki, sığorta şəhadətnaməsi üzrə sığorta müddətinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılması (bənd 1), 1-ci bənddə qeyd olunan dəyişikliklə əlaqədar olaraq əlavə sığorta haqqı sığorta şəhadətnaməsinin 1-ci bölməsi (Avtomobillərin KASKO sığortası) üzrə 28.151,68 manat, 3cü bölməsi (Avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası) üzrə isə 468,84 manat olmaqla, ümumilikdə 28.620,52 manat məbləğini təşkil edilməsi (bənd 2), sığorta şəhadətnaməsinin bütün digər şərtlərinin dəyişməz olaraq qalması barədə razılaşdırılmışdır. İş üzrə Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mazda CX-5” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması, durma qaydalarının pozulması nəticəsində AR İXM-nın 327.1-ci, 327.6-cı və 346.1-ci maddələri ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş üzrə “BMC AZ” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktına əsasən “BMC Procity 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusa yol-nəqliyyat hadisəsi zamanı 107,97 manat ziyan dəymişdir. İş üzrə Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsində təqsirli olan şəxs “Mazda CX-5” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücü Cavabdeh, zərərçəkmiş "xxxx" MMC-yə məxsus “BMC Procity 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobus müəyyən olunmuşdur. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş PXA96735 saylı sığorta aktının surətinə əsasən xx.xx.2020-ci il tarixdə sığortalanmış “Mazda CX-5” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə “BMC Procity 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusla toqquşmuş, nəticədə “BMC Procity 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusa 107,97 manat ziyan dəymiş və bununla bağlı 107,97 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığın surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə PXA96735 saylı sığorta aktına əsasən 107,97 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sığorta aktının surətinə əsasən xx.xx.2019-cu il tarixdə sığortalanmış Bakı Nəqliyyat Agentliyinə məxsus olan “BMC Procity 12M” markalı, 99–JU–335 dövlət nömrə nişanlı avtobusa xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 107,97 manat ziyan dəymiş və bununla bağlı 107,97 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 15:18 radələrində Bakı şəhəri, R.Behbudov küçəsində Cavabdeh tərəfindən idarə edildiyi və şirkət tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mazda CX-5” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMC Procity 12M” markalı, 99–JU–335 dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən avtomobilə dəymiş zərərə görə 107,97 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və subroqasiya hüquqlarını olduğunu nəzərə alaraq ödənilmiş əvəz miqdarında 107,97 manat zərər məbləğini məktubu aldıqdan sonra 7 təqvim günü ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi və icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmış “Mazda CX-5” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə törətdikdən sonra hadisə yerindən yayınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində Bakı Nəqliyyat Agentliyinə məxsus və "xxxx" ASC-də sığortalanmış “BMC Procity 12M” markalı, **-JU- *** dövlət qeydiyyat nişanlı avtobusa ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa görə 107,97 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 327.6-cı və 346.1-ci maddələri ilə təqsirli blinərək 100 manat cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də sığortalanmış “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 107,97 manat məbləğində ziyan iddiaçı tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş sürücü Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə), 327.1-ci və 346.1-ci maddələri ilə təqsirli bilinmişdir. İddiaçı “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat avtobusa dəymiş ziyanı ödədiyindən, vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 107,97 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İş materiallarında olan sənədlərdən məlum olur ki, Bakı şəhər Nəsimi rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında protokola əsasən Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli olması tam təsdiq olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-cimaddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı, verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisəsi yerindən yayındığından iddiaçının cavabdehə qarşı ödənilmiş ziyanın geri alınması (subroqasiya) hüququ yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Beləliklə məhkəmə hesab edir ki, idda tələbi təmin edilməli və sığorta ödənişi kimi zərərçəkənə ödənilmiş 107,97 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 107,97 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 137,97 (yüz otuz yeddi manat doxsan yeddi qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar