Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-77/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ("xxxx" MMC (hazırki "xxxx" MMC) müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh LPO "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh LPO "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Chevrolet Cruze” markalı, ** PR *** dövlət nömrəli nişanlı minik avtomobilinə dəymiş 3345.00 manat maddi zərərin, hüquqi yardımın göstərilməsi üçün ödədiyi 220 manat maliyyə vəsaitinin və 56 manat dövlət rüsumunun (cəmi: 3621 manat) cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli F302 nömrəli X5nə əsasən 99PR144 dövlət nömrəli nişanlı "Chevrolet Cruze" markalı minik avtomobili almşdır. Müqavilənin şərtinə əsasən bir il ərzində avtomobil lizinq verən tərəfindən sonradan isə lizinq alan olaraq onun tərəfindən haqqı ödənilməklə sığortalanmışdır. Cavabdeh hüquqi şəxs AZ1001, ünvan 1 ünvanında yerləşir. Həmin avtomobil ilə xx.xx.2023-cü il tarixində yol nəqliyyat hadisəsi törədilmişdir. Nəticədə avtomobilin bütün maye səviyyələri sızma nəticəsində azalmış və avtomobilə ciddi ziyan dəymişdir. Hadisə yerinə yol polisinin əməkdaşları gəlmiş və müvafiq sənədləşdirilmə işləri aparılmışdır. Sənədləşmə başa çatdıqdan sonra tərtib edilmiş sənədlər cavabdehə elektron qaydada təqdim edilmişdir. Bundan sonra cavabdehin əməkdaşları avtomobilə dəymiş zərəri müəyyən etmək üçün avtomobili onlara məxsus texniki xidmət mərkəzinə aprılmasını tələb etmişdirlər. Avtomobil həmin mərkəzin dayanacağında xeyli müddət qaldıqdan sonra cavabdeh tərəfindən lizinq verənə ünvanlanmış cavabla sığorta ödənişi verilməkdən imtina edilmişdir. Bundan sonra avtomobili onlara məxsus dayanacaqdan apararaq tərəfindən avtomobillərə texniki xidmət mərkəzində qüsur aktı tərtib etdirilmişdir. Nəticədə avtomobilə 3345 manat ziyan dəydiyi müəyyən edilmişdir. Hesab edir ki, həmin imtina qanunsuz və əsasız olmuşdur. Belə ki, avtomobilə dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. Eləcə də hüquqi xidmət üçün ödədiyi 220 manat və 60 manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanılan 26 iyun 2022-ci il tarixli Mİ 0433 saylı sığorta müqaviləsinə əsasən sığortalı şəxs “hazırki sığorta şəhadətnaməsi və sığorta qaydaları ilə tanış oldum. Şəhadətnamənin və sığorta qaydalarının bir nüsxəsini, yaddaş vərəqini sığortaçıdan aldım. Şəhadətnamənin və qaydaların şərtlərini qəbul edirəm və bunları aşağıdakı imzamla təsdiq edirəm” qeydlərini qəbul etmiş və müqavilənin şərti kimi buna imza etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən 21 dekabr 2011-ci il tarixində təsdiq olunmuş “Hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası” Qaydalarının 17.1.2-ci bəndinə əsasən sığotalı sığorta hadisəsi baş verdikdə dərhal, lakin hər halda 24 saatdan gec olmayaraq hadisənin baş verməsi haqqında Sığortaçıya (və ya onun nümayəndəsinə) məlumat vermək, və Sığortaçı (onun nümayəndəsi) tərəfindən verilən bütün göstərişlərə əməl etməyə borcludur. Həmin Qaydaların 20.1.3-cü bəndinə əsasən sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsinini idarə etmək hüququna malik olan şəxs) sığorta müqaviləsinin şərtlərinə, müddəalarına və istisnalarına riayət etmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edə bilər. Qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi barədə “Chevrolet Cruze” markalı, ** PR *** dövlət nömrəli nişanlı minik avtomobilinin sürücüsü X4 şirkətə yalnız xx.xx.2023-cü il tarixdə məlumat vermişdir. Həmçinin, "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanılan 26 iyun 2022-ci il tarixli Mİ 0433 saylı sığorta müqaviləsinə əsasən “Chevrolet Cruze” markalı, ** PR *** dövlət nömrəli nişanlı minik avtomobili 25 iyun 2023-cü il tarixədək sığortalanmışdır. Müqavilənin şərtlərinə əsasən faydalanan şəxs qismində "xxxx" ASC qeyd olunmuşdur. Belə ki, “Chevrolet Cruze” markalı, ** PR *** dövlət nömrəli nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" ASC olmuşdur. Belə olan halda İddiaçı qeyd olunan avtomobillə bağlı iddia qaldırması yolverilməzdir. Odur ki, İddiaçı şirkətə qarşı hər hansı bir iddia ilə çıxış etməsi tam əsassızdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən, İddiaçı iddiasının təmin edilməməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh LPO "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, “Chevrolet Cruze” markalı, ** PR *** dövlət nömrəli nişanlı minik avtomobilin sığorta müqaviləsinə əsasən hər hadisə üzrə 500 manat azadolma məbləğinin çıxılması nəzərdə tutulmuşdur. Məhkəmə qətnaməsi çıxarılarkən nəzərə alınması xahiş edilmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin (Əvvəlki adı "xxxx" MMC, VÖEN **********) məhkəməyə ünvanladığı məktubundan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli F302 nömrəli X5nə əsasən ** PR *** dövlət nömrə nişanlı "Chevrolet Cruze" markalı minik avtomobili İddiaçı istifadəsinə verilmişdir. Həmin avtomobil ilə xx.xx.2023-cü il tarixində yol nəqliyyat hadisəsi törədilmişdir. Nəticədə avtomobilin bütün maye səviyyələri sızma nəticəsində azalmış və avtomobilə ciddi ziyan dəymişdir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Chevrolet Cruze” markalı, ** PR *** dövlət nömrəli nişanlı minik avtomobilinə dəymiş 3345.00 manat maddi zərərin, hüquqi yardımın göstərilməsi üçün ödədiyi 220 manat maliyyə vəsaitinin və 56 manat dövlət rüsumunun (cəmi: 3621 manat) cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin e-2(009)-1612/2023 saylı mülki iş hal-hazırda icraatdadır. Yuxarıda qeyd edilən minik avtomobilin sığorta edilməsi barədə müqavilə cəmiyyətlə hazırkı iş üzrə cavabdeh "xxxx" ASC arasında bağlanmasına baxmayaraq, həmin müqavilə üzrə ödəniş məbləği İddiaçı tərəfindən cəmiyyətin hesabına ödənilmişdir. İddiaçı tərəfindən bildirilib ki, avtomobilə dəymiş ziyan aradan qaldırılmış və onun tərəfindən avtomobil tam təmir edilmişdir. Qərarın çıxarılması məhkəmənin mülahizəsinə buraxılmışdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-yə (hazırki "xxxx" MMC) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - M10433/22 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus sığorta dəyəri 14 000 AZN olan X7 Markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək-1 (bir) il müddətinə “nəqliyyat vasitəsinin tam sığortası” ilə sığortalanmış və faydalanan şəxs sığortalı, avtomobili qanuni əsaslarla rəsmi etibarnamə əsasında idarə edən sürücülər müəyyən edilmişlər. - xx.xx.2021-ci il tarixli F302 nömrəli X5ndən və ona əlavələrdən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında ümumi məbləği 11.200 (on bir min iki yüz) AZN təşkil edən lizinq obyekti X7 Markalı nəqliyyat vasitəsi aylıq 427.71 manat ödənilməklə 36 ay müddətinə lizinqə verilmişdir. - "xxxx" MMC-nin xx.xx.20223-cü il tarixli etibarnaməsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli F302 nömrəli “X5” əsasında lizinqə verilmiş 1 (bir) ədəd X8 Markalı qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AE № 075152 seriyalı, BAN: 1G1PG5SB0G710734, mühərrik: GN0497, Buraxılış ili: 2015) minik maşınının idarə edilməsində səlahiyyətlidir. 1. X4: sürücülük vəsiqəsi: AE 040568, xx.xx.2023-cü il tarixədək etibarlıdır. - nəqliyyat vasitələrinin zədələnməsi barədə Daxili işlər orqanı tərəfindən verilmiş 043284 nömrəli arayışdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X7 Markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. - Xəzər Rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli TP5583603 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:18-də Binə qəsəbəsində X4 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə olunmuşdur. - avtomobil sığorta hadisəsi barədə raportdan görünür ki, kasko sığortası ilə sığortalanmış X7 Markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə 500 manat azad olma nəzərdə tutulmaqla 2000 manat təqribi zərər müəyyən edilmişdir. - AE № 075152 nömrəli avtonəqliyyat vasitəsinin saxlanma və qəbulu barədə Aktdan görünür ki, X7 Markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən evakuatorla duracağa aparılaraq saxlanca götürülmüşdür. - dəymiş zərərin hesablanmasına dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X7 Markalı **- PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ehtiyat hissələri üzrə 1301 manat, işçilik üzrə 1470 manat olmaqla, ümumilikdə 2771 manat təşkil edir. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı 256/2023 saylı, xx.xx.2023-cü il tarixli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, "Avtonəqliyyat vasitələrinin tam sığortası" növü üzrə Mİ0433/22 saylı şəhadətnamə ilə sığortalanmış "Chevrolet Cruze" markalı 99PR144 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan hadisə üzrə müvafiq araşdırılma aparılmış və Sizə sığorta ödənişinin verilməsindən imtinaya dair qərar qəbul edilmişdir. Belə ki, hadisə baş verdikdən 3 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Cəmiyyətimizə məlumat verildiyindən hadisəni araşdırmaq imkanımız olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir Odur ki, həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində hadisənin sığorta hadisəsi olub- olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğumuzdan Sizə sığorta ödənişinin verilməsi mümkün deyildir. - "AZ-MAŞ" QTSC-nin 05 may 2023-cü il tarixli qüsur Aktından görünür ki, Bakı şəhəri Xocəsən qəsəbəsi, Xocəsən şosesində yerləşən təmir sexinə gətirilmiş, buraxılış ili 2015, X7 markalı ** PR *** dövlət nömrə nişanlı, AE № 075152 nömrəli qeydiyyat şəhadətnaməsi olan avtomobilin hissələrini, mexanizmlərini nəzərdən keçirərək cədvəldə göstərilən yararsız hala düşmüş hissələdən və xidmətlərdən ibarətdir. Həmin hissələrin bazar dəyəri və təmir xərcləri işlərinin ümumi dəyəri 3345 (üç min üç yüz qırx beş) manat təşkil. - 01 dekabr 2023-cü il tarixli 9/7343 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “AZ-Maş” QTSC tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Chevrolet Cruze” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2445,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Chevrolet Cruze” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2635,0 manat müəyyən olunur. - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun xx.xx.2023-cü il tarixli 608 saylı arayışından görünür ki, İddiaçı Səbail rayon Məhkəməsində mülki işində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 548 saylı müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 230 manat məbləğində xidmət haqqı ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC (hazırda "xxxx" MMC) tərəfindən xx.xx.2021-ci il tarixli F302 nömrəli X5nə əsasən ** PR *** dövlət nömrə nişanlı "Chevrolet Cruze" markalı minik avtomobili İddiaçı istifadəsinə verilmişdir. X4 xx.xx.2023-cü il tarixində "xxxx" MMC–yə məxsus olan, etibarnamə ilə idarə etdiyi həmin avtomobil ilə saat 19:18də Binə qəsəbəsində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmişdir. Bu hadisə ilə bağlı hadisə yerinə səlahiyyətli dövlət orqanının – daxili işlər orqanının əməkdaşı gəlmiş və müvafiq araşdırma aparıldıqdan sonra hadisənin baş verməsi rəsmi olaraq sənədləşdirilmişdir. xx.xx.2023cü il tarixli TP5583603 saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinib barəsində 40 manat məbləğində cərimə olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı hadisə ilə bağlı rəsmi ərizə ilə cavabdehə xx.xx.2023-cü il tarixində müraciət etmiş, cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının idarə etdiyi "xxxx" MMC-yə (hazırki "xxxx" MMC) məxsus cavabdeh təşkilat tərəfindən tam sığorta növü ilə sığortalanmış avtomobillə digər avtomobilin toqquşması nəticəsində hər iki avtomobilə zərər vurulması və "xxxx" MMC-yə məxsus avtomobilə dəymiş zərərin iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəf hadisə barədə sığorta şirkətinə vaxtında məlumat verilməməsinə, buna görə də hadisəni araşdırmaq imkanları olmadığına istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) -923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. (923.4) - 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta” Qaydalarının 18.1-ci bəndinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. - 18.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan, həmçinin faydalanan şəxs bu Qaydaların 18.1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. - 18.3. Bu Qaydaların 18.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. - 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. - 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən qanunvericilikdə, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Məhkəmə cavabdehin “hadisə barədə sığorta şirkətinə vaxtında məlumat verilməməsinə, buna görə də hadisəni araşdırmaq imkanları olmadığına” dair dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bu mövqeyi formal mülahizə olmaqla ehtimallara əsaslanır. Belə ki, cavabdeh hadisənin araşdırılması istiqamətində addım atmasına və ya araşdırmağa cəhd etməsinə baxmayaraq nəticə əldə etməməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla yanaşı, işin müəyyən edilmiş hallarından da göründüyü kimi xx.xx.2023-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi barədə “Chevrolet Cruze” markalı, ** PR *** dövlət nömrəli nişanlı minik avtomobilinin sürücüsü X4 şirkətə xx.xx.2023-cü il tarixdə məlumat vermişdir. İş materiallarından görünür ki, səlahiyyətli dövlət orqanının əməkdaşı tərəfindən ətraflı araşdırma aparılmış və hadisə təfərrüatı ilə təsvir edilməklə müvafiq sənədlər tərtib edilmişdir. "xxxx" MMC-nin (Əvvəlki adı "xxxx" MMC, VÖEN **********) xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin bütün maye səviyyələri sızma nəticəsində azalmış və avtomobilə ciddi ziyan dəymişdir. Qeyd edilən minik avtomobilin sığorta edilməsi barədə müqavilə cəmiyyətlə hazırkı iş üzrə cavabdeh "xxxx" ASC arasında bağlanmasına baxmayaraq, həmin müqavilə üzrə ödəniş məbləği İddiaçı tərəfindən cəmiyyətin hesabına ödənilmişdir. İddiaçı tərəfindən bildirilib ki, avtomobilə dəymiş ziyan aradan qaldırılmış və onun tərəfindən avtomobil tam təmir edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının təqdim etdiyi nöqsan aktına görə zərər 3345 (üç min üç yüz qırx beş) manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 2(009)-1612/2023 saylı qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 dekabr 2023-cü il tarixli 9/7343 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “AZ-Maş” QTSC tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Chevrolet Cruze” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2445,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015ci il buraxılışlı “Chevrolet Cruze” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2635,0 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini, dəymiş zərərin 2635 (iki min yüz otuz beş) manat həcmində müəyyən olunmasını mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, “Chevrolet Cruze” markalı, ** PR *** dövlət nömrəli nişanlı minik avtomobilin sığorta müqaviləsinə əsasən hər hadisə üzrə 500 manat azadolma məbləğinin çıxılması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, (2635-500=) 2135 (iki min yüz otuz beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkil xərci olaraq 230 (iki yüz otuz) manat pul vəsaiti ödənilmişdir. Məhkəmə xərci iş üzrə ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu və təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 2135 (iki min yüz otuz beş) manat məbləğində pul vəsaiti cavabdeh LPO "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, 230 (iki yüz otuz) manat vəkil xərcinin 150 (bir yüz əlli) manat hissəsi, ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumunun 41 (qırx bir) manat hissəsi LPO "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli xərclərin qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manatın 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" ASC-dən, 20 (iyirmi) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi olaraq 2135 (iki min yüz otuz beş) manat məbləğində pul vəsaiti, vəkil xərcinin 150 (bir yüz əlli) manat hissəsi, ödənilmiş dövlət rüsumunun 41 (qırx bir) manat hissəsi cavabdeh LPO "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 30 (otuz) manat hissəsi cavabdeh LPO "xxxx" ASC-dən, 20 (iyirmi) manat hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-77/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-77/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver