Məhkəmə qərarları › İş №e-2(009)-771/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-771/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-771/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə 24.03.2020-ci il tarixli və 27.01.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********36268 “X1 8” markalı telefon, İMEİ kodu **********13685 “Elari NanoPhone C” markalı telefon, Samsung qulaqlıq, Violetta mebel əşyası, DOGA masa, Venetsiya stul, Transformer- Qonaq-Jurnal masası almış və nəticədə 1652 manat manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.03.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 780,8 (yeddi yüz səksən manat, səksən qəpik) manat (12 ay x 64,9 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********36268 “X1 8” markalı telefon, İMEİ kodu **********13685 “Elari NanoPhone C” markalı telefon, Samsung qulaqlıq üçün ümumilikdə, 497 (dörd yüz doxsan yeddi) manat olmaqla, ondan 451,8 (dörd yüz əlli bir manat, səksən qəpik) manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 45,2 (qırx beş manat, iyirmi qəpik) manat cərimə, 27.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2820 (iki min səkkiz yüz iyirmi) manat (24 ay x 117.6 manat + 0 manat ilkin ödəniş) olan üçün ümumilikdə 1155 (min yüz əlli beş) manat olmaqla, ondan 1050 (min əlli) manat ödənilməmiş məbləğ, müştəriyə güzəşt olunaraq 105 (yüz beş) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin 27.01.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 360 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1410 manat, ümumilikdə, 1770 manat təşkil edir. Digər müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 329 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 24.03.2020-ci il və 27.01.2020-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 12.02.2021-ci il tarixi xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddiaçı 24.03.2020-ci il tarixli müqaviləsinə əsasən “X1 8” markalı telefon, “Elari NanoPhone C” markalı telefon, “Samsung” qulaqlıq üçün 451,8 manat əsas borc, 45,2 manat cərimə, 27.01.2020-ci il tarixli müqaviləsinə əsasən Violetta mebel əşyası, DOGA masa, Venetsiya stul, Transformer- Qonaq-Jurnal masası üçün 1050 manat əsas borc, 105 manat cərimə, ümumilikdə 1652 manat borc, 36.52 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24 mart 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “X1 8” markalı telefon, “Elari NanoPhone C” markalı telefon, “Samsung” qulaqlığı 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 64,9 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 780,8 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 27 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Violetta mebel əşyası, DOGA masa, Venetsiya stul, Transformer- Qonaq-Jurnal masası 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 117,6 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2820 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş 16.02.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 24.03.2020-ci il tarixli müqavilə üzrə 451,8 manat əsas, 45,2 manat cərimə, 27.01.2020-ci il tarixli müqavilə üzrə 1050 manat əsas, 105 manat cərimə, cəmi 1155 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh oğlu arasında 24.03.2020-ci il tarixdə və 27.01.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 780,8 manat olan “X1 8” markalı telefon, “Elari NanoPhone C” markalı telefon, “Samsung” qulaqlıq və alqı-satqı qiyməti 2820 manat olan Violetta mebel əşyası, DOGA masa, Venetsiya stul, Transformer- Qonaq-Jurnal masası pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 24.03.2020ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 451,8 manat əsas borc, 45,2 manat cərimə, 27.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1050 manat əsas borc, 105 manat cərimə, cəmi 1155 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 24.03.2020-ci il tarixli 20199889 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 16.02.2022-ci il tarixə yaranmış 451,8 manat əsas borc, 45,2 manat cərimə, 27.01.2020-ci il tarixli 20063231 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 16.02.2022-ci il tarixə yaranmış 1050 manat əsas borc, 105 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,52 manat, cəmi 1688,52 (min altı yüz səksən səkkiz manat, əlli iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar