Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-773/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli, B-068-AAE-22 nömrəli alqı-satqı müqaviləsi üzrə 2.373.20 (iki min üç yüz yetmiş üç manat iyirmi qəpik) manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 118,66 (yüz on səkkiz manat altmış altı qəpik) manat dəbbə pulu, “X1” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1338,88 (bir min üç yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat pul vəsaiti olmaqla, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 % həcmində hesablanması yolu ilə 106,25 (yüz altı manat iyirmi beş qəpik) manat pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 63,92 (altmış üç manat doxsan iki qəpik) manat dövlət rüsumu, 1.0 (bir) manat komissiya haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. Lakin “bu ünvanda yaşamır” qeydi ilə məktub geri qaytarılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-068-AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı, “X1” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili alınıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətinin həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Cavabdeh müqavilənin şərtlərini pozaraq borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, B-068-AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı, “X1” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili alınıcının istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, alıcı isə müqavilə qiymətinin həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC-nin arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, B-068-AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə 912.00 manat ilkin ödəniş edilmiş, xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək müqavilə üzrə ümumilikdə 23.254.00 manat ödəniş etmiş, 31,466.00 manat qalıq borc təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə bağlanmış B-068-AAE-22 nömrəli müqavilə əsasında alınmış LS5A2DKR5MA013048 şassi nömrəli X2 markalı avtomobilin alqı-satqı müqaviləsinə əsasən avtomobil qüsursur və texniki saz vəziyyətdə alıcıya təhvil verildi. Alıcıya avtomobilin təchizatı və texniki xüsusiyyətdləri izah olunmuşdur. Sözügedən müqavilənin mahiyyəti və onun əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 645.2-ci maddəsinə əsasən əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçıya zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən müqavilə üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də İddiaçı MMC-nin borcunu tələb etməsi tam əsaslıdır. Eyni zamanda məhkəmə nisyə alqı-satqı müqavilələrindən irəli gələn əsas borcun ümumilikdə 4.285,44 manat olduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 118,66 manat müəyyən edilməsini tərəflərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284.5.3-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli, B-068- AAE-22 nömrəli alqı-satqı müqaviləsi üzrə 2.373.20 (iki min üç yüz yetmiş üç manat iyirmi qəpik) manat əsas borc, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün hesablanmış 118,66 (yüz on səkkiz manat altmış altı qəpik) manat dəbbə pulu, avtomobilə dəymiş zərərə görə 1338,88 (bir min üç yüz otuz səkkiz manat səksən səkkiz qəpik) manat pul vəsaiti olmaqla, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 % həcmində hesablanması yolu ilə 106,25 (yüz altı manat iyirmi beş qəpik) manat pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 63,92 (altmış üç manat doxsan iki qəpik) manat dövlət rüsumu, 1.0 (bir) manat komissiya haqqı tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-773/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-773/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver