Məhkəmə qərarları › İş №e-2(009)-779/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-779/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-779/2024 22.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçıların nümayəndə və vəkili Vəkil, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8500 manat maddi ziyanın ödəninlməmiş qalan 7300 manat məbləğində pulun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93 manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, "Skaz AutoHouse” MMC ilə İddiaçı1 X5 Müqaviləsi bağlamışlar. X5 Müqaviləsinə əsasən “Skoda SuperB" markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 müvəqqəti istifadəsinə verilmişdir. “Skaz AutoHouse" MMC ilə "Bakı Sığorta” ASC arasında xx.xx.2022 tarixli **********-1 saylı Sığorta Şəhadətnaməsi imzalanmış və "Skoda SuperB" markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq kasko növü üzrə sığorta təminatı almışdır. Belə ki, X5 Müqaviləsinin tələbinə əsasən Lizinq alan Lizinq pridmenti olan əmlakın sığortalanmasını öz öhdəliyinə götürür və əmlak korlandıqda və ya tam məhv olduqda Lizinq verən yararlanmalıdır. xx.xx.2023 tarixində, saat 19:20 radələrində, İddiaçı1 idarə etdiyi "Skoda SuperB" markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində hərəkətdə olarkən, "Nissan Maxima" markalı **-CK-*** DQN nəqliyyat vasitəsini idarə edən X2 tərəfindən YNH törədilmişdir. xx.xx.2013 tarixində Sabunçu RPİ DYPŞ-nin polis əməkdaşı tərəfindən İnzibati xəta törətmiş İ.Rəşidov barəsində inzibati tənbeh vermə haqqında TP6106425 nömrəli qərar qəbul edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 mülkiyyətində olan "Skoda SuperB” markalı, 2022-ci il buraxılışlı, **- JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Vurulmuş ziyanın ödənilməsi məqsədi ilə "xxxx" ASC-yə müraciət edilmiş və həmin şirkət tərəfindən nəqliyyat vasitəsinə dəymiş maddi ziyan 1200 manat müəyyən edilmiş və 1152.74 manat ödənilmişdir. Lakin bu məbləğ “Skaz AutoHouse" MMC-yə vurulmuş maddi ziyanın çox az hissəsini təşkil edir. İddiaçı1 və ‘'Skaz AutoHouse" MMC qüsur aktında müəyyən edilən məbləğlə razılaşmadığından, ona vurulmuş real maddı ziyanı müəyyənləşdirmək üçün “X3” şirkətinə müraciət edilmişdir. Həmin şirkətin 029/23 saylı rəyinə əsasən “Skaz AutoHouse" MMC-nə vurulmuş maddi ziyan 8500 manat təşkil edir. Bu səbəbdən 07 yanvar 2024-cü il və xx.xx.2024-çü il tarixlərdə "xxxx" ASC-yə İddiaçı1 və "xxxx" MMC tərəfindən pretenziyalar göndərilmiş və qalan ödənilməmiş vəsait tələb edilmişdir. Lakin "xxxx" ASC-nin İdarə Heyətinin üzvü tərəfindən pretenziyalara cavab olaraq qanuni əsas olmadan tələb olunan vəsaitin ödənilməsindən imtina edilmişdir. "xxxx" ASC pretenziyada 20 noyabr 2023-cü il tarixli məktubla məbləğlə razılaşmasını, 1152.74 manatın qəbul edilməsini və subyektiv hüququn olmamasını əsas gətirmişdir. 11 yanvar 2024-cü il tarixdə iddiaçı tərəfindən göndərilmiş pretenziyaya cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-yə 20 noyabr 2023-cü il tarixdə müraciət edilərək məbləğlə razılaşmış və 1152,74 manat məbləğində sığorta ödənişini qəbul etmisiniz”. Qeyd edir ki, həmin məbləği qəbul etmək maddi ziyanın həcmi ilə razılaşmaq anlamına gəlmir. Belə ki, "xxxx" ASC-nin əməkdaşı Ləman adlı şəxs “Skoda SuperB” markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən İddiaçı1 israrla kasko sığorta məbləğini almaq üçün mütləq icbari sığortadan sığorta ödənişini almalı olduğunu bildirmişdir. İddiaçı1 Ləman adlı şəxslə onun istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə whats up ani mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Bununla bağlı whats up yazışmaları və mətnlər mövcuddur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin nümayəndə və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakısoğorta” ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, Cəmiyyətdə "əmlak sığortası" qaydasında sığortalanmış "Skoda SuperB" markalı, 2022-ci buraxılışlı, 1U-JD-929 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan İddiaçı1 xx.xx.2023-cü il tarixdə Cəmiyyətə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü tarixdə sığorta hadisəsinə uğradığı bildirilmişdir. Hadisə yerində aparılmış araşdırmalardan müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər vuran tərəf hesab olunan "Nissan Maxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən uçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 927.2-ci və 927.2.1-ci maddəsinə əsasan zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla pul şəklində faydalanan şəxsə ödənilə bilər. "Skoda SuperB" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC tərəfindən “Azərsığorta" ASC-yə xx.xx.2023-cü il tarixli məktubla müraciət edilərək məbləğlə razılaşmış və 1152,74 (min yüz əlli iki manat, yetmiş dörd qəpik) manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin hesabına köçürülməsi xahiş edilmişdir və bundan sonra Mülk Məcəllənin istinad edilən normalarına müvafiq qaydada dəymiş zərər ‘‘Skaz Autohouse” MMC-yə ödənilmişdir. Mütləq şəkildə sığorta ödənişinin alınmalı olması barədə əməkdaşın təkid etməsi ilə bağlı pretenziya məktubunda qeyd edilənlərlə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi iizrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir va ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Qanunvericiliyin qeyd edilən normasının tələblərinə müvafiq qaydada “Nissan Maxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 1152,74) manat məbləğində sığorta ödənişi edilmişdir və əməkdaşın mütləq şəkildə sığorta ödənişinin alınmalı olması barədə təkidi tam qanuni olmuşdur. Bununla yanaşı, məhkəmənin nəzərinə çatdırır ki, sığorta hadisəsi nəticəsində “Skaz Autohouse" MMC-yə məxsus olan “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı "Mercedes Benz C180” markalı, ** HA *** dövlət nömrə nişanlı avtomobilə də zərər dəymişdir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-cı maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Həmin qanunun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həm sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Qeyd edilənlərlə yanaşı, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin hamin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulmasının faktı bir sığorta hadisəsi hesab edildiyini, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləğinin icbari sığorta məbləğindən artıq ola bilmədiyini göstərmişdir. Göstərilənlərə əsasən “Skoda Super B” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı İddiaçı2 MMC-yə cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi imkan xaricindədir. Bundan əlavə, “Nissan Maxima" markalı **- CK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ‘’Azərsığorta” ASC tərəfindən "icbari sığorta qaydasında sığortalandığından iddia tələbi də ilk növbədə "Azərsığorta” ASC-yə qarşı yönəldilməlidir. Belə ki, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği 5000 (beş min) manat müəyyən edilmişdir və qanunvericiliyin istinad edilən normasının tələbinə əsasən zərərin 5000 manatadək olan hissəsi zərərvuranın üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış sığortaçı tərəfindən ödənilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi qiymətləndirmə hesabatı ekspert rəyi kimi qəbul edilməli olmadığından, həmin rəydə göstərilən zərər məbləğinin də sübut kimi qəbul edilməsi yolverilməzdir. Göstərilən hallar iddia tələbinin iddiaçılar tərəfindən ona cavab verməli olmayan subyektə yönəldildiyini deməyə əsas verir. Həmçinin, hesab edir ki, İddiaçı1 “Skaz Autohouse" MMC ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta müqaviləsinin tərəfi olmadığı üçün onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həımn Məcəllənin 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. "İcbari sığortalar haqqında" AR Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, sığorta olunanın və ya uçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri sığorta ödənişinin alınmasında bərabər pay huququna malikdirlər. Həmin Qanunun 6.7-ci maddəsinə əsasan əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Şərh olunan hallar İddiaçı1 Mülki Məcəllənin, sığorta qanunvericiliyinin istinad edilən normalarının tələbləri baxımından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı sığortaçıya qarşı hər hansı bir tələb irəli sürmək hüququnun olmadığını göstərir. Sadalanan hallar iddiaçıların iddia tələbinin tamamilə əsassız olduğunu deməyə əsas verir. Odur ki, qeyd edilən halları nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan "xxxx" MMC (satıcı) ilə İddiaçı1 (alıcı) arasında bağlanmış Avtomobil alqı-satqısı üzrə xx.xx.2022-ci il tarixli, B-077-SA-22 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Skoda SuperB" markalı, 2022-ci il buraxılışlı avtomobili dəyəri tam ödənilənədək İddiaçı1 istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra onun malkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobili qəbul etməyi və onun qiymətini hazırki müqavilə ilə müəyyənləşdirilən məbləğaə və qaydada ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı Avtomobillərin tam sığortası üzrə Sığorta Şəhadətnaməsindən görünür ki, "xxxx" MMC-yə məxsus "Skoda SuperB” markalı, 2022-ci il buraxılışlı, **-JD-*** dövlət qeydiyyat nişan avtomobil "Bakı Sığorta” ASC-də xx.xx.2025-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin TŞ-nin baş təhqiqatçısı Bəkir Eyvazlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş Allahverdi Məmmədovun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və “Nissan Maxima” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan təmir aktından görünür ki, “Skaz AutoHouse" servisin xx.xx.2023-cü il tarixli Təmir aktından görünür ki, "Skoda SuperB” markalı, **-JD-*** dövlət qeydiyyat nişan avtomobilə vurulmuş ziyan 7532 manat təşkil edir. İş materiallarında olan “Azərsığorta ASC-nin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, "Skoda SuperB” markalı, **-JD-*** dövlət qeydiyyat nişan avtomobilə dəymiş ziyan 1200 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı1 Asif oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ilə “Bakı Sığorta" ASC arasında xx.xx.2022-ci il tarixdə ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Avtomobilin sürücüsü olan İddiaçı1 tərəfindən 25.10 2023-cü il tarixdə “Bakı Sığorta" ASC-yə ünvanlanmış müraciətə əsasən, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə sığorta hadisəsinə uğradığı bildirilmişdir. Hadisə yerində aparılmış araşdırmalardan müəyyən edilmişdir ki, 25.1. 2027-ci il tarixdə vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər vuran tərəf hesab olunan "Nissan Muxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil "Atərsığorta” ASC tərəfindən "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. AR Mülki Məcəlləsinin 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Qanunvericiliyin qeyd edilən normasının tələblərinə müvafiq qaydada "Nissan Maxima” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən “Skoda Super B" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 1152,74 manat məbləğində sığorta ödənişi edilmişdir. Belə ki, “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx"xxxx"ASC”-yə xx.xx.2023-cü il tarixli məktubla muüraciət edilərək məbləğlə razılaşmış və 1152,74 manat məbləğində sığorta ödənişinin "Skaz Autohouse” MMC-nin hesabına köçürülməsini xahiş etmişdir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-cı maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Qeyd edilənlərə əsasən bildirir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hesablanmış zərər məbləği qanunvericiliyə müvafiq qaydada həyata keçirilmiş və mütənasiblik qaydasında sığorta ödənişi edilmişdir. Mülki Məcəllənin 935.1.7-ci maddəsinə asasan əmlakın sığortası üzrə sığortalı, sığorta olunan va ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması halında, həmçinin zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. Qeyd edilənlərə əsasən “Skoda Super B" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı ərizəçiyə "xxxx" ASC tərəfindən göstərdiyi məbləğdə ödəniş edilməsi imkan xaricindədir. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçı "Skaz AutoHouse” MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ilə “Bakı Sığorta" ASC arasında xx.xx.2022-ci il tarixdə ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. Avtomobilin sürücüsü olan İddiaçı1 tərəfindən 25.10 2023-cü il tarixdə “Bakı Sığorta" ASC-yə ünvanlanmış müraciətə əsasən, həmin avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə sığorta hadisəsinə uğradığı bildirilmişdir. Hadisə yerində aparılmış araşdırmalardan müəyyən edilmişdir ki, 25.1. 2027-ci il tarixdə vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər vuran tərəf hesab olunan "Nissan Muxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil "Atərsığorta” ASC tərəfindən "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən uçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 927.2-ci və 927.2.1-ci maddəsinə əsasan zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla pul şəklində faydalanan şəxsə ödənilə bilər. "Skoda SuperB" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC tərəfindən “Azərsığorta" ASC-yə xx.xx.2023-cü il tarixli məktubla müraciət edilərək məbləğlə razılaşmış və 1152,74 (min yüz əlli iki manat, yetmiş dörd qəpik) manat məbləğində sığorta ödənişinin "xxxx" MMCnin hesabına köçürülməsi xahiş edilmişdir və bundan sonra Mülk Məcəllənin istinad edilən normalarına müvafiq qaydada dəymiş zərər ‘‘Skaz Autohouse” MMC-yə ödənilmişdir. Mütləq şəkildə sığorta ödənişinin alınmalı olması barədə əməkdaşın təkid etməsi ilə bağlı pretenziya məktubunda qeyd edilənlərlə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülk Məcəlləsinin 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi iizrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir va ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Qanunvericiliyin qeyd edilən normasının tələblərinə müvafiq qaydada “Nissan Maxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında 1152,74 manat məbləğində sığorta ödənişi edilmişdir və əməkdaşın mütləq şəkildə sığorta ödənişinin alınmalı olması barədə təkidi tam qanuni olmuşdur. Bununla yanaşı, məhkəmənin nəzərinə çatdırır ki, sığorta hadisəsi nəticəsində “Skaz Autohouse" MMC-yə məxsus olan “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı "Mercedes Benz C180” markalı, ** HA *** dövlət nömrə nişanlı avtomobilə də zərər dəymişdir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-cı maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Həmin qanunun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həm sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Qeyd edilənlərlə yanaşı, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin hamin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulmasının faktı bir sığorta hadisəsi hesab edildiyini, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləğinin icbari sığorta məbləğindən artıq ola bilmədiyini göstərmişdir. Qeyd edilənlərə əsasən “Skoda Super B” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı İddiaçı2 MMC-yə cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi imkan xaricindədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları bildirir. “İcbari sıığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. “İcbari sıığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Azərbaycan Respublikası Mülk Məcəlləsinin 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi iizrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir va ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda, əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC-də nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Nissan Maxima” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X7 oğlu xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ara məsafəsini düz seçmədiyi üçün idarə etdiyi avtomobilin qabaq hissəsi ilə “Mersedes Benz C180” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vurduqda, həmin avtomobil də, qarşısında hərəkət edən “Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymişdir. “Nissan Maxima" markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən "Skoda Super B” markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mütənasiblik qaydasında “Skaz Autohouse" MMC-yə 1152,74 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, iddiaçı “Skaz Autohouse" MMC-nin avtomobilə dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən müəyyən olunmuş 1152,74 manat məbləğlə razı olmamaq hüququ olmuş, lakin o həmin məbləği mübahisələndirməmiş və həmin məbləği almışdır. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya məhkəməsinə Səbail Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar