Məhkəmə qərarları › İş №e-2(009)-81/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-81/2025

22.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-81/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı SOCAR-ın İddiaçı (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCARın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-yerüstü neft kəmərinin 2,5-ci km-də, kəmərdən təxminən 15 metr aralı məsafədə mühafizə zonaları daxilində ünvan 1 ünvanında, Cavabdeh məxsus fərdi yaşayış evi və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H Z37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-yerüstü neft kəmərinin 2,5-cü kmdə, kəmərdən təxminən 15 metr aralı məsafədə mühafizə zonaları daxilində ünvan 1 ünvanında, Cavabdeh məxsusfərdi yaşayış evi və hasar tikilisi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-Massiv, 5 döngə ünvanında 5 otaqlı 355 saylı fərdi yaşayış evininə dair xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin (seriya: FM, nömrə: 038191) mübahisələndirilməsi üçün müəyyən müddətə təxirə salınmasını xahiş etmişdir. Daha əvvəl məhkəmə iclaslarında iştirak edən cavabdeh və 3-cü şəxs yaşayış evinin onların mülkiyyətində olmasını və tikilinin ikinci mərtəbəsində kiçik bir hissədə ara kəsmə divar tikildiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişlər. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf iclasda iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X3, mühafizəçi X2 ve NKİ QİB NBKXS-nin rəisi X4 aktı tərtib etmişlər ondan ötəri ki, xx.xx.2024-cü il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 12:30-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115.2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, ünvan 1 ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 2,5-cü km-də, kəmərdən təxminən 15 metr aralıda kəmərə paralel, 1-ci sırada, (39T 398698 ******* kordinatında) hər tərəfi hasarlı köhnədən mövcud olan 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsinin eyvanının yan tərəflərinin hörülməsi və üzərinin dam örtükləri ilə örtülməsi işlərinin aparılması tərəflərindən aşkarlanaraq dayandırılması tələb edilmişdir. Faktla bağlı özünü ev yiyəsinin qardaşı kimi təqdim edən Cavabdeh (tel: ***-***-**-**) istismarçı təşkilat ilə razılaşdırmadan mühafizə zonası daxilində gördüyü işin qanunazidd olduğu izah edildi və yazılı xəbərdarlıq verildi. Bundan sonra sözügedən şəxs işləri dayandıraraq məktubla müraciət edib icazə alacaqlarını bildirmişdir. Bu barədə NKİ QİBnə və Tİ-nin XTŞ-nin növbə rəisinə ətraflı məlumat verilmişdir. Faktla bağlı foto şəkillər çəkilmişdir. İş materiallarına əlavə edilmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanda yerləşən 355 nömrəli fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdən Cavabdeh və X5 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 may 2025ci il tarixli 10/5946 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında, Cavabdeh tərəfindən inşa edilmiş tikililərin SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinə birləşən, Bibiheybət DŞ-300 mm-lik yerüstü neft kəmərinin 2.5-ci km-də, kəmərdən 15 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən edilmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanda yerləşən 355 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. İddiaçı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş-300 mm-yerüstü neft kəmərinin 2,5-ci km-də, kəmərdən təxminən 15 metr aralı məsafədə mühafizə zonaları daxilində ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanda yerləşən 355 nömrəli fərdi yaşayış evi Cavabdeh və X5 adına xx.xx.2005-ci il tarixdən qeydiyyatdan keçmişdir. İddiaçı tərəf qeydiyyat vəsiqəsinin hazırda mübahisələndirilən yaşayış evinə aid olmasını mübahisələndirməmiş, əksinə qeydiyyat vəsiqəsinin (seriya: FM, nömrə: 038191) mübahisələndirilməsi üçün müəyyən müddətə iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM-157.4) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd edilənləri, həmçinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə ünvanda yerləşən 355 nömrəli fərdi yaşayış evinin Cavabdeh və X5 adına qeydiyyatdan keçməsini və hazırda onların mülkiyyətində olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı SOCAR-ın İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X1 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar