Məhkəmə qərarları › İş №e-2(009)-835/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-835/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-835/2023 20.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə İddiaçı QSC-nin - Cavabdeh qarşı ("xxxx" MMC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı QSC-nin - Cavabdeh qarşı ("xxxx" MMC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə RRK05355 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 1543.99 AZN borcun, 0 AZN cərimə borcunun, 35.5 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış RRK05355 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2199.99 manat dəyərində nisyə aldığı mala görə 200 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1999.99 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.İddiaçı QSC ilə Optimal Elektronika MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 1999.99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki,cavabdehin bugünə 1543.99 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-835/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadında görünür ki, İddiaçı QSC-nin - Cavabdeh qarşı ("xxxx" MMC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borc” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etirazın dəlilləri: Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək, onunla "xxxx" MMC- arasında xx.xx.2022-ci il tarixində bağlanmış RRK05355 saylı "Nisyə alqısatqı müqaviləsi"nin ləğv edildiyini, sonradan yeni müqavilə bağlandığını, hazırda yeni bağlanmış müqavilə üzrə yaranan öhdəliyini icra etdiyini bildirmiş, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCinin nümayəndəsi iddianın əsassız olduğunu, müqavilənin predmetini təşkil edən "Kondisioner BOSCH” B1ZMA24505 müqavilədə razılaşdırılmış müddət ərzində müştəriyə təhvil verilə bilmədiyindən, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixində bağlanmış RRK05355 saylı "Nisyə alqı-satqı müqaviləsi"nin ləğv edildiyini, müştərinin müqavilə üzrə sifariş etdiyi məhsuldan (Kondisioner BOSCH B1ZMA24505) imtina etdiyini və məhsulu geri qaytarmasını, hazırda RRK05355 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borcun 0 azn təşkil etdiyini, “Ferrum Capital”da RRK05355 saylı müqavilə üzrə borcalanın adında olan 1543,99 azn borc qalığının "xxxx" MMC-nin öhdəliyi olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "Optimal Elektronika” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RRK05355 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh 2199.99 manat dəyərində nisyə aldığı mala görə 200 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1999.99 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Faktor "Ferrum Kapital” MMC ilə müştəri "Optimal Elektronika” MMC arasında imzalanan xx.xx.2019-cu il tarixli, R-16/19 saylı faktorinq müqaviləsinin və müqaviləyə əlavə olunan xx.xx.2022-ci il tarixli sazişin surətindən görünür ki, faktor xx.xx.2022-ci il tarixli RRK05355 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməli olan pul məbləğini müştəriyə ödəmiş, müştəri isə borclu Cavabdeh həmin müqavilə üzrə pul vəsaitini tələb etmək hüququnu faktora güzəşt etmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC-nin Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, RRK05355 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 1543.99 manat borcu yaranmışdır. İş materiallarında olan "Optimal Elektronika” MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ona görə ki, onunla "xxxx" MMC- arasında xx.xx.2022ci il tarixində RRK05355 saylı "Nisyə alqı-satqı müqaviləsi" bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (Kondisioner BOSCH B1ZMA24505) imtina etmiş və məhsulu geri qaytarmışdır.Nəticədə müqavilə ləğv edilmişdir.Hazırda RRK05355 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 azn təşkil edir. Ferrum Capital-da RRK05355 saylı müqavilə üzrə borcalanın adında olan 1543,99 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı QSC cavabdehə 3 təqvim günü ərzində borcu ödəməsinə dair xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Optimal Elektronika MMC ilə Cavabdeh arasında bağlanmış RRK05355 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2199.99 manat dəyərində nisyə aldığı mala görə 200 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1999.99 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli RRK05355 saylı "Nisyə alqı-satqı müqaviləsi" sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (Kondisioner BOSCH B1ZMA24505) imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda RRK05355 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 azn təşkil edir. Ferrum Capital-da RRK05355 saylı müqavilə üzrə borcalanın adında olan 1543,99 azn borc qalığını "xxxx" MMC öz üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. İş materiallarına və üçüncü şəxsin nümayəndəsinin izahatına əsasən, "Optimal Elektronika” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40015287 saylı nisyə alqı-satqı müqaviləsi, onun 1 nömrəli əlavəsi və təhvil-təslim aktından həmin tarixdə göstərilən müqavilə əsasında cavabdehin üçüncü şəxsdən 2200 manat dəyərində "Kondisioner BOSCH” B1ZMA24505 nisyə qaydada aldığına görə üzərinə sonuncuya 18 ay müddətinə hər ay ödəniş etmək öhdəliyini götürdüyü görünsə də, eləcə də xx.xx.2019cu il tarixli faktorinq müqaviləsi və ona əlavə olunmuş xx.xx.2022-ci il tarixli sazişə əsasən xx.xx.2022-ci il tarixli RRK05355 saylı nisyə alqı-satqı müqaviləsi üzrə üçüncü şəxsin cavabdehə qarşı olan tələb hüququnun iddiaçıya keçdiyi müəyyən edilsə də, üçüncü şəxsin cavabdehə verdiyi arayışdan və izahatlarından həmin müqavilənin bağlanmasından dərhal sonra, müqavilənin predmetini təşkil edən "Kondisioner BOSCH” B1ZMA24505 müqavilədə razılaşdırılmış müddət ərzində təhvil verilə bilmədiyindən, cavabdehin maldan imtina etdiyi, həmin imtinanın üçüncü şəxs tərəfindən qəbul edildiyi, nəticədə üçüncü şəxslə cavabdehin şifahi qaydada əldə etdikləri razılıq əsasında xx.xx.2022-ci il tarixli RRK05355 saylı nisyə alqı-satqı müqaviləsinə, bununla da həmin müqavilə üzrə cavabdehin üçüncü şəxs qarşısında üzərinə götürdüyü öhdəliyinə xitam verildiyi, buna görə də üçüncü şəxsin müqavilə üzrə iddiaçıya cavabdehin ödəməli olması kimi qeyd edilmiş 1543,99 manat məbləğində borcun ödənilməsinin cavabdehin deyil, üçüncü şəxsin öhdəliyi kimi qəbul etdiyi, cavabdehin isə iddiaçı qarşısında öhdəliyinin yaranmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş sayılır. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə ləğv edilərkən, əgər tərəflərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, müqavilənin ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər xətm edilmiş sayılır. Belə olan halda məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu qeyd edir ki, "Ferrum Kapital” MMC-nin "Optimal Elektronika” MMC-yə qarşı tələb hüququ və digər prosessual-hüquqi hərəkətlər etmək imkanı istisna edilmir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "Ferrum Kapital” QSC-nin Cavabdeh qarşı "borc” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar