Məhkəmə qərarları › İş №e-2(009)-839/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-839/2024

14.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-839/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ünvan 3 qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payının müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ünvan 3 qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakda payının müəyyən edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 183,53 kv.m. yaşayış sahəsi 139,81 kv.m., yardımçı sahəsi 45,72 kv.m. olan 11 otaqlı fərdi yaşayış evi X40-Xanım Xanı qızının xüsusi mülkiyyətində olmuşdur. X40-Xanım Xanı qızı xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini faktiki olaraq atası Məmməd Əsən oğlu və əmisi X44 qəbul etmişdir. Lakin atası anasından qalmış əmlaka dair notariusa müraciət etmədən xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra anası X4 və qardaşı X20 Bakı şəhərində yerləşən 2 saylı notariat kontoruna müraciət etmişlər. Anası X4 və qardaşı X20 2V-1-57 nömrəli, xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsini almışlar. Qeyd olunan vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.1982-ci il tarixdə vəfat etmiş Həsənova Gilə-Xanım Xanı qızının vərəsəsi xx.xx.2010cu il tarixdə vəfat etmiş oğlu - Məmməd Əsən oğlunun ½ hissəyə vərəsələri Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, ev 18-də yaşayanlar 1/10 hissəyə gəlini X4 və 1/10 hissəyə nəvəsi X14r. 3/10 hissə isə açıq qalmışdır. Sonradan anası X4 özünə məxsus 1/10 hissəyə olan payını xx.xx.2014-cü il tarixində Bakı şəhəri 2 saylı notariat kontorunda 4Ə/1-96 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X15 bağışlamışdır. Həmin vərəsəlik şəhadətnaməsi və bağışlama müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. X1 həmin fərdi yaşayış evinə 2/10 payı müəyyən olunmuşdur. O, nənəsindən qalan əmlaka (atası Məmməd Əsən oğlunun ½ hissəsinə) qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ötrü xx.xx.2023-cü il tarixdə ünvan 3 ərizə ilə müraciət etməli olmuşdur. xx.xx.2024-cü il tarixdə ona 2V-14 reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin tarixdə isə Cavabdeh2 Bakı şəhəri 28 saylı Notariat Ofisində 2V-13 reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər Cavabdeh3 xx.xx.2023-cü il tarixdə notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasından ötrü müraciət etsə də, hələ ki, vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etməmişdir. Bakı şəhəri 2 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixli 2V-1-57 nömrəli reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notariat işinə baxış keçirərkən görünür ki, cavabdehlər Cavabdeh2, eləcə də Cavabdeh3 vərəsəliyin qəbulu ilə bağlı ərizə ilə notariat kontoruna müraciət etməmişlər. Notarius tərəfindən cavabdehlərin vərəsəlik hüququ yalnız Səbail rayon 46 saylı Mənzil İstismar Sahəsinin 2014-cü ilin aprel tarixli 1008 nömrəli arayışına əsasən tanınmışdır. Belə ki, həmin arayışda cavabdehlərin qeyd olunan ünvanda qeydiyyatda olduqları qeyd olunmuşdur. Lakin notarius tərəfindən bəzi məsələlər araşdırılmamışdır. Belə ki, cavabdehlər mirası nə faktiki, nə də ki, notariat orqanına ərizə verməklə qəbul etmişlər. Qeyd olunan hallar olmadığı halda notarius tərəfindən onların payı açıq saxlanılmışdır. Halbuki cavabdehlər uzun müddətdir ki, ərdədirlər və həmin evdən ümumiyyətlə istifadə etmirlər. xx.xx.2010-cu il tarixdə atası Məmməd Əsən oğlu vəfat etdikdən sonra da, həmin evdə o, qardaşı Asanov Nazim və anası X4 yaşamışdır və evlə bağlı bütün kommunal ödənişlər də adı çəkilən şəxslər tərəfindən ödənilmişdir. Bundan başqa, Cavabdeh2 2023-cü il tarixdə ona və qardaşı İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-210/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Məhkəmənin qətnaməsində qeyd olunmuşdur ki, “iş materiallarında olan xx.xx.2023cü il tarixli aktdan görünür ki, qonşular Hüseynov Qəhraman, X9, X10 bu aktı təsdiq edirlə ondan ötrü ki, Əli Nəzmi küçəsi, ev 18-də Cavabdeh2 20 ildən artıqdır ki, bu evdə yaşamır. Həmin evdə xəstə olan anası mərhum X11 oğlu İddiaçı tərəfindən baxılıb”. Daha sonra, qətnamədə qeyd olunmuşdur ki, “iş materiallarından görünür ki, 20 il müddət ərzində iddiaçı mənzildən istifadə etmək ehtiyacının olması və cavabdehlər tərəfindən mənzilə buraxılmaması ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli evdə qeydiyyatdan başqa heç bir əlaqəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəsi gedən mənzildə ailəsi ilə birgə yaşadığı zaman yaranmış istifadə hüququnu, ailə qurub mənzildən köçüb getdiyi gündən itirmişdir”. Göründüyü kimi, cavabdehlər qeyd olunan mənzildə uzun müddət yaşamadıqları halda, mənzildən istifadə etmədikləri halda, həmçinin mirası faktiki qəbul etmədikləri halda yalnız Mənzil Kommunal İstismar Sahəsinin verdiyi müvafiq arayışa istinad edilərək onların vərəsəlik hüquqları tanınmış və payları açıq saxlanılmışdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vərəsə kimi tanınmaması, Bakı şəhəri 28 saylı notariat ofisində 2V-13 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun 3/10 payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 25 ildir ki, qardaşının ailəsi ilə danışmır, səbəb Zakirin həyat yoldaşının anasına pis münasibət göstərməsi olmuşdur. Zakirin özü həmin evdə yaşamamışdır. Ev kirayə verilib. Hazırda kirayəşinlər yaşayır. O, vərəsəlik payını qəbul edib, çıxarış almışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-14 reyestr nömrəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş Məmməd Əsəd oğlunun vərəsəsi oğlu İddiaçıdur və o, miras əmlakdan 1/10 hissədə irs almalıdır. 1/10 hissə açıq saxlanılmışdır. Şəhadətnamə verilən miras əmlak - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 183,60 kv.m. olan fərdi yaşayış evindən ona məxsus hissədən ibarətdir. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən “Mərkəz” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış Məmməd Əsən oğlu ilə əlaqədar vərəsəlik işinin sənədlərindən görünür ki: -Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Məmməd Əsən oğlu xx.xx.2010-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 555 No ilə qeyd edilmişdir; -İddiaçı tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2010-cu il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yaşamış atası Məmməd Əsən oğlu vəfat etmiş, miras əmlak fərdi yaşayış evindən ibarətdir, göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, atası Məmməd Əsən oğlu, X3r; - Səbail rayon MKTB-nin 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri, Ə.Nəzmi küçəsində yerləşən 18 saylı evdə qeydiyyatda olmuş Məmməd Əsən oğlu vəfat etmiş, ölüm gününə kimi bu evdə yaşamışdır. Hal-hazırda həmin evdə ailə tərkibi - oğlu İddiaçı, gəlin X16, nəvəsi X21 (2001-ci il təvəllüdlü), nəvəsi X22 (2007-ci il təvəllüdlü), nəvəsi X17 (2010-cu il təvəllüdlü), nəvəsi X37 (2010-cu il təvəllüdlü), nəvəsi X23 (2013cü il təvəllüdlü), oğlu X20, gəlini X24, nəvəsi X31 (1999-cu il təvəllüdlü), nəvəsi X18 (2011-ci il təvəllüdlü), nəvəsi X25 (2016-cı il təvəllüdlü) qeydiyyatdadırlar; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində yerləşən ümumi sahəsi 183,60 kv.m. ibarət olan 18 saylı evi paylı mülkiyyət hüququ üzrə 2/10 hissəsi X12 (xx.xx.2015-ci ildən), 3/10 hissəsi Məmməd Əsən oğlunun (açıq qalmış), 1/6 hissəsi X5 (xx.xx.2019-cu ildən), 1/6 hissəsi X8 (xx.xx.2020-ci ildən), 1/6 hissəsi X13 (xx.xx.2021-ci ildən) mülkiyyətindədir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, atası Məmməd Asan oğlu, X3r. İş materiallarında olan xx.xx.1982-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Həsənova Gilə-Xanım Xanı qızı xx.xx.1982-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1982-ci il tarixdə 815 No ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Asan İman oğlu xx.xx.1971-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 592 No ilə qeyd edilmişdir. İş üzrə Bakı şəhər X6 İcraiyyə Komitəsinin Bakı şəhər Planlaşdırma İdarəsinin yanında Şəhər Uçot-Müxəlləfət Bürosu tərəfindən verilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən xx.xx.1951-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, 5-ci Bayıl küçəsində yerləşən 10 saylı evi tam mülkiyyət hüququ üzrə Həsənova Gilə-Xanım Xanı qızının adına qeydiyyata alınmışdır. İş üzrə X20 tərəfindən ünvan 5 ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 6 ünvanında yaşamış X40-Xanım Xanı qızı vəfat etmiş, miras əmlak ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir, göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. İş üzrə X4 tərəfindən ünvan 5 ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yaşamış qaynanası Həsənova Gilə-Xanım Xanı qızı vəfat etmiş, miras əmlak ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir, göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. İş üzrə Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən verilmiş 2V-1-57 reyestr nömrəsi xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə vəfat etmiş Həsənova Gülə-Xanım Xanı qızının vərəsəsi xx.xx.2010-cu il tarixdə vəfat etmiş oğlu Məmməd Əsən oğlunun ½ hissəyə vərəsələri Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, ev 18-də yaşayanlar 1/10 hissəyə gəlini X4 və 1/10 hissəyə nəvəsi X14r. Şəhadətnamə verilən miras əmlak - ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 183,53 kv.m., yaşayış sahəsi 139,81 kv.m., yardımçı sahəsi 45,72 kv.m. olan 11 otaqlı fərdi yaşayış evindən ibarətdir. İş üzrə X4 ilə X20 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli payın bağışlamasına dair müqaviləsinin surətinə əsasən X4 Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən verilmiş xx.xx.1951-ci il tarixdə verilmiş çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 04/148 No-li Dövlət reyestrindən arayışa əsasən, xx.xx.2014-cü il tarixli 2V-56 No ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1982-ci il tarixdə vəfat etmiş Həsənova Gilə-Xanım Xanı qzına məxsus olan Bakı şəhəri, Səbail rayonu, 5-ci Bayıl küçəsi ünvanında yerləşən ümumi sahəsi 185,53 kv.m.,yaşayış sahəsi 139,81 kv.m., yardımçı sahəsi 45,72 kv.m. olan 11 otaqlı 10 nömrəli fərdi yaşayış evinin özünə məxsus 1/10 hissəni oğlu X15 bağışlamışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 11 No ilə qeyd edilmişdir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 2(009)-210/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X15 qarşı istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2V-13 reyestr nömrəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş Məmməd Əsəd oğlunun vərəsəsi qızı Cavabdeh2dır və o, miras əmlakdan 1/10 hissədə irs almalıdır. 2/10 hissə açıq saxlanılmışdır. Şəhadətnamə verilən miras əmlak - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 183,60 kv.m. olan fərdi yaşayış evindən ona məxsus hissədən ibarətdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində yerləşən ümumi sahəsi 183,60 kv.m. ibarət olan 18 saylı evi paylı mülkiyyət hüququ üzrə 2/10 hissəsi X12 (xx.xx.2015-ci ildən), 1/10 hissəsi Cavabdeh2 (xx.xx.2024-cü ildən), 2/10 hissəsi Məmməd Əsən oğlunun (açıq qalmış), 1/6 hissəsi X7 (xx.xx.2019-cu ildən), 1/6 hissəsi X8 (xx.xx.2020-ci ildən), 1/6 hissəsi X13 (xx.xx.2021-ci ildən) mülkiyyətindədir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 11 otaqlı fərdi yaşayış evi iddiaçının X40-Xanım Xanı qızının xüsusi mülkiyyətində olmuşdur. G.Həsənovanın (1982-ci ildə) ölümündən sonra miras qalmış mübahisəli evini faktiki olaraq iddiaçının atası Məmməd Əsən oğlu və əmisi X44 qəbul etmişlər. İddiaçının atası anasından qalmış əmlaka dair notariusa müraciət etməmişdir, mübahisəli evdə yaşamışdır və xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının anası X4 və qardaşı X20 ünvan 5 müraciət edərək, xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsini almışlar. Həmin şəhadətnaməyə əsasən xx.xx.1982-ci il tarixdə vəfat etmiş Həsənova Gilə-Xanım Xanı qızının vərəsəsi - xx.xx.2010-cu il tarixdə vəfat etmiş oğlu Məmməd Əsən oğluna çatası ½ hissəyə onun vərəsələri Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, ev 18-də yaşayanlar 1/10 hissəyə gəlini X2 və 1/10 hissəyə nəvəsi X12 payları müəyyən edilmiş, 3/10 hissə isə açıq saxlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının anası özünə məxsus 1/10 hissəyə olan payını xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X15 bağışlamış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X12 mübahisəli evinə 2/10 payı müəyyən olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, nənəsindən qalan əmlaka (atası Məmməd Əsən oğlunun ½ hissəsinə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ötrü xx.xx.2023-cü il tarixdə ünvan 3 ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə ona 2V-14 reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin tarixdə isə Cavabdeh2 Bakı şəhəri 28 saylı Notariat Ofisində 2V-13 reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər Cavabdeh3 xx.xx.2023-cü il tarixdə notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasından ötrü müraciət etsə də, hələ ki, vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etməmişdir. Bakı şəhəri 2 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixli 2V-1-57 nömrəli reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notariat işinə baxış keçirərkən görünür ki, cavabdehlər Cavabdeh2, eləcə də Cavabdeh3 vərəsəliyin qəbulu ilə bağlı ərizə ilə notariat kontoruna müraciət etməmişlər. Notarius tərəfindən cavabdehlərin vərəsəlik hüququ yalnız Səbail rayon 46 saylı Mənzil İstismar Sahəsinin 2014-cü ilin aprel tarixli 1008 nömrəli arayışına əsasən tanınmışdır. Belə ki, həmin arayışda cavabdehlərin qeyd olunan ünvanda qeydiyyatda olduqları qeyd olunmuşdur. Lakin notarius tərəfindən bəzi məsələlər araşdırılmamışdır. Belə ki, cavabdehlər mirası nə faktiki, nə də ki, notariat orqanına ərizə verməklə qəbul etmişlər. Qeyd olunan hallar olmadığı halda notarius tərəfindən onların payı açıq saxlanılmışdır. Halbuki cavabdehlər uzun müddətdir ki, ərdədirlər və həmin evdən ümumiyyətlə istifadə etmirlər. xx.xx.2010-cu il tarixdə atası Məmməd Əsən oğlu vəfat etdikdən sonra da, həmin evdə o, qardaşı Asanov Nazim və anası X4 yaşamışdır və evlə bağlı bütün kommunal ödənişlər də adı çəkilən şəxslər tərəfindən ödənilmişdir. Bundan başqa, Cavabdeh2 2023-cü il tarixdə ona və qardaşı İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-210/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Cavabdehlər mübahisəli evdə uzun müddət yaşamadıqları halda, mənzildən istifadə etmədikləri halda, həmçinin mirası faktiki qəbul etmədikləri halda yalnız Mənzil Kommunal İstismar Sahəsinin verdiyi müvafiq arayışa istinad edilərək onların vərəsəlik hüquqları tanınmış və payları açıq saxlanılmışdır. Bu səbəbdən iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vərəsə kimi tanınmamasını, Bakı şəhəri 28 saylı notariat ofisində 2V-13 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun miras əmlakda açıq qalan 3/10 payının müəyyən olunmasını xahiş etmişdir. AR Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə qeyd edir ki, dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyinəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Bu səbəbdən qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. X36 formalaşan hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər (maddə 1301.2).Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər (maddə 1301.3). Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin hüquqi əsasını cavabdehlər tərəfindən miras əmlak faktiki qəbul edilmədiyi və notariat ofisinə müraciət edilmədiyi təqdirdə cavabdehlər miras qoyanın vərəsələri kimi notariat orqanında tanınmaqla onlara münasibətdə miras əmlakın 2/10 hissəsi açıq saxlanılmışdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, vərəsənin miras əmlakı faktiki qəbul edib-etməməsindən asılı olmayaraq onun miras əmlakdakı payından imtina etmədiyi təqdirdə notariat ofisi həmin vərəsənin payını açıq saxlamalı, vərəsə müraciət etdiyi zaman isə açıq saxladığı hissə üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri 28 saylı notariat ofisində miras qoyanın vərəsələrinin dairəsi konkret müəyyən edilmiş və əsaslı olaraq notariat ofisinə müraciət etməyən 3 vərəsəyə dair (hazırki iddia ərizəsi üzrə iddiaçı və cavabdehlər) miras əmlakın onlara çatan hissəsi (3/10) açıq saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və açıq saxlanılan 3/10 hissəyə dair onun vərəsəlik payının müəyyən edilməsi barədə tələbləri əsaslı hesab edilə bilməz və bu səbəbdən təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ünvan 3 qarşı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vərəsə kimi tanınmaması, Bakı şəhəri 28 saylı notariat ofisində 2V-13 reyestr nömrəsi ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun açıq saxlanılan 3/10 hissəyə payının müəyyən olunması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar