Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-855/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı QSC-nin Cavabdeh oğluna qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, fiziki şəxs “X3” ilə Cavabdeh oğlu arasında bağlanmış MTN000124 saylı 24.07.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 878 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə fiziki şəxs “X3” arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən fiziki şəxs “X3”in Cavabdeh oğluna qarşı 878 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim etmişdir. İddiaçı MMC 18.11.2020-ci il tarixdə təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Belə ki, cavabdehin bu günə 528 manat əsas borcu, 79,2 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh oğlundan İddiaçı QSC-nin xeyrinə MTN000124 saylı 24.07.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 528 manat əsas borcu, 79,2 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə «Müştəri» qismində X2 ilə «Faktor» qismində İddiaçı QSC arasında bağlanılmış 12.01.2021-ci il tarixli, R-649/21 saylı tələbin güzəşti barədə faktorinq müqavilədən görünür ki, müqaviləyə əsasən Faktor, Borclu barəsində Müştərinin Borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul verir (Müştərini maliyyələşdirir), Müştəri isə Borcluya qarşı pul tələbini Faktora güzəşt edir. İş üzrə “Satıcı” qismində fiziki şəxs (VÖEN **********) «X3 » ilə “Alıcı” qismində Cavabdeh oğlu arasında bağlanılmış 24.07.2021-ci il tarixli, MTN000124 saylı nisyə alqı-satqı müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən satıcı Cavabdeh hamam aksesuarları 6 ay müddətinə ödənilmək şərti ilə (ayda 146,33 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 878 manat təşkil edir. İş üzrə fiziki şəxs (VÖEN **********) «X3» ilə İddiaçı QSC arasında bağlanılmış R-649/21 saylı 12.01.2021-ci il tarixli Faktorinq Müqaviləsinə əlavə olunan R-649/21 saylı, 24.07.2021-ci il tarixli sazişinə əsasən Cavabdeh oğlu ilə «X3 » (VÖEN **********) arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı QSC-yə ötürülmüşdür. İş üzrə İddiaçı QSC tərəfindən verilmiş 25.02.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh oğlunun 24.07.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 25.02.2022-ci il tarixə 528 manat əsas, 79,2 manat cərimə, cəmi 607,2 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, fiziki şəxs X3 oğlu (VÖEN **********) ilə İddiaçı QSC arasında 12.01.2021-ci il tarixdə faktorinq müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən İddiaçı QSC (faktor), fiziki şəxs X3 oğlunun borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına fiziki şəxs X2 (VÖEN **********) pul vəsaiti verir, fiziki şəxs X1 isə borcluya qarşı pul tələbini İddiaçı QSC-yə güzəşt edir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, fiziki şəxs X2 (VÖEN **********) ilə Cavabdeh oğlu arasında 24.07.2021-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən alqı-satqı qiyməti 878 manat olan hamam aksesuarları pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh fiziki şəxs X2 ilə bağlanılmış nisyə alqı-satı müqaviləsi üzrə yerinə yetirməli olan öhdəliklərini pozmuşdur. Bu səbəbdən İddiaçı MMC cavabdehin fiziki şəxs X3 oğlu qarşısında olan borcu ödəmiş və fiziki şəxs X2 borcluya qarşı olan tələbini iddiaçıya güzəşt etmişdir. AR Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir (maddə 655.2). Məhkəmə qeyd edir ki, fiziki şəxs X2 (VÖEN **********) tərəfindən cavabdehə qarşı olan tələb hüququ iddiaçıya güzəşt olunduğundan və həmin güzəşt qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddiaçı cavabdehə qarşı hazırki tələblə çıxış etməkdə subyektiv hüququ var. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə, onun 528 manat əsas, 79,2 manat cərimə borcu yaranmışdır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddia tələbi təmin edilməli və cavabdehdən müqavilə üzrə ödənilməmiş qalmış 528 manat əsas, 79,2 manat cərimə borcu tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan İddiaçı QSC-nin xeyrinə 24.07.2021-ci il tarixli MTN000124 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 25.02.2022-ci il tarixə yaranmış 528 manat əsas, 79,2 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və bank xidmət haqqı kimi 0,40 manat, cəmi 637,6 (altı yüz otuz yeddi manat, altmış qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-855/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-855/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver