Məhkəmə qərarları › İş №e-2(009)-876/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-876/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-876/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qızına qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh Soliton LTD» MMC ilə xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan dəyəri 1507 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 776 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında faiz ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 5354 (beş min üç yüz əlli dörd) manat faiz borcu yaranmışdır (776 manat x 690 gün x 1%=5354 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində tələb edir. Cavabdehİddiaçı MMC ilə müddəti 15 ay olmaqla 01 dekabr 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2517 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1476 manat əsas borcu qalıb. Qeyd edilən nisyə alqısatqı müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% faiz ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 9741 (doqquz min yeddi yüz qırx bir) manat faiz borcu yaranmışdır (1476 manat x 660 gün x 1%=9741 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 13 noyabr 2020-ci il tarixli, AYK5990339 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 776 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu, 01 dekabr 2020-ci il tarixli, AYK5990378 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1476 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat faiz borcu, 48 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2800 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh məişət avadanlığı 15 ay müddətinə ödənilmək şərti ilə müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1507 manat təşkil edir. İş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh məişət avadanlığı 15 ay müddətinə ödənilmək şərti ilə müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2517 manat təşkil edir. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 776 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1476 manat olmaqla ümumilikdə 2252 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı dəyəri 1507 manat oan məişət avadanlığı və xx.xx.2020-ci il tarixdə bağlanılmış müqavilə üzrə alqı-satqı qiyməti 2517 manat olan məişət avadanlığı cavabdehə nisyə satılmışdır. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni mobil telefonlar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Müqavilə şərtinə əsasən borcalan əsas borc məbləğini vaxtında qaytarmadıqda əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 %-dək dərəcəsi hesablanan cərimə faizləri ödəməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən 13 noyabr 2020-ci il tarixli, AYK5990339 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 776 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu, 01 dekabr 2020-ci il tarixli, AYK5990378 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1476 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat cərimə borcu, 48 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2800 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 13 noyabr 2020-ci il tarixli, AYK5990339 saylı nisyə alqısatqı müqaviləsinə əsasən 776 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu, 01 dekabr 2020-ci il tarixli, AYK5990378 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1476 manat əsas borc, müqavilə üzrə hesablanmış 300 manat cərimə borcu, 48 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2800 məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar