Məhkəmə qərarları › İş №e-2(009)-891/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-891/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-891/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, iddiaçının nümayəndə və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə. İddiaçı Cavadov Şahı̇ n Heybət oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavadov Şahı̇ n Heybət oğlu cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində MP-P 12845 saylı “Əmlak sığortası” müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sığorta hadisəsi nəticəsində tam yararsız hala düşməsi nəticəsində ödənilməli olan 91.000 manat sığorta ödənişi məbləği, 364 manat ödənilmiş dövlət rüsumu və 520 manat vəkil xərclərinin cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh Qala Sığorta" ASC-də xx.xx.2022-ci il tarixində bağlanmış MP- P 12845 saylı “Əmlak sığortası” müqaviləsi üzrə sığorta olunmuşdur. xx.xx.2023-cü il tarixində Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələdən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gedib vizual baxış zamanı fərdi yaşayış evinin əsas divarlarında çatların olmasını müəyyən etdi. Fərdi yaşayış evinin divarlarında yaranmış çatlar sürətlə böyüməyə və artıq adi gözlə görünən dərin çatlar yaranmağa başladı. O, fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixində cavabdeh "xxxx" ASC-yə baş vermis sığorta hadisəsi barədə dərhal məlumat verdi. Məlumatına uzun müddət cavab verilmədiyindən tərəfindən fərdi yaşayış evinin müayinə olunması və mənzildə yaşayışın mümkünlüyünün yoxlanması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 müraciət etdi. Hər iki dövlət qurumu fərdi yaşayış evinə baxış keçirərək, ərazidə çökmə baş vermis, çökmə nəticəsində fərdi tikilinin istinad divarlarında, hasar hissəsində müxtəlif istitiqamətlərdə çatlar və deformasiya prosessləri qeydə alınmış, həmin çatlar və deformasiyalar yaşayış üçün təhlükə mənbəyidir. Qeyd olunanlar agentliklər tərəfindən müvafiq akt və arayışlarla təsdiq edilmişdir. Tərəflərindən xx.xx.2023-cü il tarixində fərdi yaşayış evinə dair etdiyi müraciətə "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixində cavab verilmiş və bu cavabda çökmə hadisəsi nəticəsində əmələ gələn zərərin sığorta risklərinin sırasında göstərilmədiyindən dəymiş zərəri təminat verməkdən, zərəri ödəməkdən imtina etmişlər. Bundan sonra o, “sığorta ödənişlərin ödənilməsi” tələbi ilə cavabdeh "xxxx" ASCyə nə qarşı iddia ərizəsi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinə müraciət edərək, pozulmuş hüquqlarını məhkmə qaydasında təmin etməyə məcbur qalmışdır. Onunla cavabdeh "Qala Sığortal' ASC arasında xx.xx.2022-ci il tarixində MP-P 12845 saylı “Əmlak sığortası” müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış ev) cavabdeh "Qala Sığorta” ASC qeyd olunan daşınmaz əmlaka 91.000 (doxsan bir min) manat məbləğində sığorta təminatı verilmişdir. Sığorta müqaviləsi qüvvədə olan tarixdə sözügedən ərazisində təbii fəlakət, yəni zəlzələ və yer sürüşməsi hadisəsi baş vermişdir. Baş vermiş hadisə səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq edilmişdir. Təbii fəlakət hadisəsi ilə bağlı tikinti istifadəyə tam yararsız hala düşmüş və ona 91.000 manat məbləğində zərər dəymişdir. Lakin "Qala Sığorta” ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək sığortalıya sığorta ödənişini verməmişdir. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavadov Şahı̇ n Heybət oğlunun nümayəndə və vəkili X1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir göstərmişdir ki, İddiaçı “Qala Sığorta" ASC-yə qarşı iddiasını əsassız hesab edir, belə ki, iddiaçının 5,7 bal gücündə zəlzələ nəticəsində ona məxsus əmlaka zərər dəyməsi ilə bağlı iddiası tamamilə əsassızdır. İddiaçı xx.xx.2023-cü il tarixində Cəmiyyətə şifahi müraciət edərək, xx.xx.2022ci il tarixli. MP-P 1845 saylı “Əmlak sığortası" şəhadətnaməsi üzrə sığortalanmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə baş vermiş zəlzələ nəticəsində zərər dəydiyini bildirimişdir. Müvafiq müraciət Cəmiyyətdə dərhal qeydə alınmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə riayət olunmaqla sığorta araşdırılmasına başlanılmış, hadisənin təsdiq olunması üçün müvafiq səlahiyyətli dövlət orqanlarına sorğular ünvanlanmışdır. Belə ki, yuxanda qeyd olunan hallar üzrə xx.xx.2023-cü il tarixli məktublarla Azərbaycan Milli Elmlər Akademiyası Nəznində Respublika Seysmoloji Xidmət Mərkəzinə, Abşeron Rayon İcra Hakimiyyətinə və AR Fövqəladə Hallar Nazirliyinə zəlzələnin baş verib-verməməsini, baş vemişdirsə baş vermə tarixi, səbəbi, habelə nəticələri barədə məlumatların Cəmiyyətlərinə təqdim olunmasına dair sorğular yollanmışdır. AR Fövqəladə Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyətindən sorğularına cavab olaraq Cəmiyyətə ünvanlanmış məktublarda qeyd edilən ünvanda yerləşən əmlaka ziyan dəyməsi ilə bağlı hər hansı məlumatın olmadığı göstərilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası nəznində Respublika Seysmoloji Xidmət Mərkəzinin təkrar sorğularına cavab olaraq Cəmiyyətə ünvanladığı xx.xx.2024-cü il tarixli, № 8-1-17/2-12/2024 saylı sonuncu məktubunda xx.xx.2023-cü il tarixində yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqniturası M1=5.6. dərinliyi h=66 km olan zəlzələnin qeydə alındığını, ünvan 2 ünvan ərazisində 12 ballıq MSK-64 seysmik xədvəli üzrə 3 hala yaxın hiss olunduğunu, 3 ballıq zəlzələnin tikililərə təsirinin olmadığını qeyd etmişdir. Dəymiş zərər sığorta hadisəsi nəticəsində baş verməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 ünvan 2 ünvanının yerləşdiyi ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti haqqında arayışda və həmin fərdi yaşayış evinin texniki vəziyyəti haqqında aktda vizual araşdırma zamanı çoxillik atmosfer çöküntülərinin təsiri nəticəsində ərazinin geoloji quruluşunda iştirak edən yüksək məsaməli (sukeçiricilikli) süxurların su ilə doyması onların yükgötürmə qabiliyyətinin və ilişgənlik xüsusiyyətinin zəifləməsi ərazidə çökmə (oturma) hadisəsinin baş verməsinə zəmin yaratdığı və çökmə prosesi nəticəsində fərdi tikilinin istinad divarında, hasar hissəsində müxtəlif istiqamətli çatlar və deformasiya proseslərinin qeydə alındığı göstərilmişdir. Bununla bağlı bildirir ki, İddiaçı ilə bağlanılan xx.xx.2022-ci il tarixli MP- P 12845 saylı "Əmlak sığortası” sığorta müqaviləsində sığorta təminatı verilən sığorta risklərinin nələr olduğu sadalanmışdır: "yanğın, partlayış, ildırım vurması, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalardan, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi; atılınası, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitələrinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri.” Həmin müqavilənin sığorta riskləri hissəsində sığorta təminatına daxil olan risklərin dairəsi dəqiq göstərilmiş və sığorta müqaviləsi həmin təminata daxil olan risklər nəticəsində əmələ gələn zərərlərin sığortaçı tərəfindən ödənilməsi şərtilə bağlanılmışdır. Lakin göründüyü kimi çökmə hadisəsi nəticəsində əmələ gələn zərərlər sığorta təminatına daxil deyildir. İddia ərizəsindən də göründüyü kimi İddiaçı ilkin olaraq, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə zəlzələ nəticəsində zərər dəydiyini iddia etmişdir. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası nəznində Respublika Seysmoloji Xidmət Mərkəzinin cavabı qarşısında bu dəfə də iddiasını başqa bir əsasa yönləndirərək, evində yaşayışın mümkünlüyünün yoxlanılmasını bəhanə edərək evini müayinə etdirmiş və bu müayinə nəticəsində evində əmələ gələn çalların ərazidəki çökmə hadisəsi nəticəsində baş verməsi AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 tərəfindən təsdiq edildikdən sonra evindəki zərərin çökmə səbəbiylə baş verdiyini bildirərək sığorta ödənişi tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki o, Cəmiyyətə müraciət edərkən evindəki çatların zəlzələ nəticəsində yarandığını bildirirdi. Belə aydın olur ki, iddiaçı hansı vəchlə olursa olsun, ilkin iddiasının əsassız olduğu və hadisənin başqa bır səbəbdən baş verdiyi sübut olunsa da, həmin səbəb, yəni çökmə hadisəsi, sığorta təminatına daxil olmasa belə, həmin əsasla iddia irəli sürərək sığorta şirkətindən sığorta ödənişi almaq niyyətindədir və bu hal onun qeyri-səmimiliyini göstərir. Tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən çökmə hadisəsinin sığorta təminatına aid olmaması ilə yanaşı, Cəmiyyətin gündəlik məlumatlarından, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi müvafiq sənədlərdə göstərilənlərdən də aydın olduğu kimi, çökmə çoxillik bir prosesdir. Hətta həmin sənədlərdə də çökmə hadisəsinin nə vaxt baş verməsi, bitməsi göstərilmir, sadəcə baş verməsi və nəticəsi göstərilir. Həmçinin nəzərə almaq lazımdır, sığorta təminatı vətəndaşın iddiasından sadəcə bir il əvvəl başlamışdır və belə olan halda çökmə hadisəsinin müqavilənin qüvvədə olduğu müddətdə baş verməsi belə mümkün deyildir. Qeyd olunanlara əsasən tərəflərindən vətəndaşa ünvanlanmış № 0101/24 saylı, xx.xx.2024-cü il tarixli məktubda da qeyd edildiyi kimi, Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən ona sığorta ödənişinin verilməsi mümkün olmamışdır. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 X3 Axtarış-planaalma və monitorinq şöbəsinin xx.xx.2023-cü il tarixli “ünvan 5 ünvanının yerləşdiyi ərazinin hidrogeoloji və mühəndisi-geoloji şəraiti haqqında” Arayışından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvan 5 ünvanında yaşayan X10 tərəfindən daxil olmuş 27 oktyabr 2023-cü ıl tarixli müraciətin icrası ilə əlaqədar olaraq X4 mütəxəssisləri Temuraz Ələkbərov və Xətai Mırzəyev 03 noyabr 2023cü il tarixində qeyd olunan ünvanın yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisigeoloji baxış keçirmişdir. Qərbi Abşeron antiklinoriumunun Sumqayıt-Fatmayı tektonik zonasının geoloji kəsılişində alt qatda Balaxanı lay dəstəsinin çöküntüləri, üst qatda isə Yeni Xəzər yasıl elüvial-delüvial (edQıvYhz) mənşəli gillicələr inkişaf etmişdir. Baxış zamanı məlum olmuşdur kı, ünvan 7 ünvanında yaşayan X9 məxsus fərdi tikili mailliyi 10- 12° olan ərazidə (40°27'31,61", 49°46'23,68" koordinatlarında) yerləşir. Vizual araşdırma zamanı müəyyən olunmuşdur kı, çoxillik atmosfer çöküntülərinin təsiri nəticəsində ərazinin geoloji quruluşunda iştirak edən yüksək məsaməli (sukeçiricilikli süxurların su ilə doyması onların yükgötürmə qabiliyyətinin və ilişgənlik xüsusiyyətlərinin zəifləməsi ərazidə çökmə (oturma) hadisəsinin baş verməsinə zəmin yaratmışdır Çökmə prosesi nəticəsində fərdi tikilinin istinad divarında, hasar hissəsində müxtəlif istiqamətli çatlar və deformasiya prosesləri qeydə alınmışdır. Baxış zamanı tikilinin tavan hissəsi ilə istinad divarı arasında aralanmalar müşahidə edilmişdir. Bundan əlavə ev sakini bildirmişdir kı, 03 iyul 2023-cü ıl tarixində baş vermiş zəlzələ hadisəsindən sonra fərdi tikilinin divarlarında müxtəlif ölçülü çatların yaranması baş vermişdir. İş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və texnoloji İnstitutunun Texniki şöbəsinin əməkdaşları və Abşeron RİHB-nın Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə tərtib olunmuş “ünvan 5 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında” 30 dekabr 2023-cü il tarixli aktdan görünür ki, baxış zamanı müəyyən olmuşdur ki, ünvan 8 ünvanında yaşayan İddiaçı məxsus fərdi tikili mailliyi 10-12° olan ərazidə (40°27'31,61", 49°46'23,68" koordinatlarında) yerləşir. Vizual araşdırma zamanı müəyyən olunmuşdur kı, çoxillik atmosfer çöküntülərinin təsiri nəticəsində ərazinin geoloji quruluşunda iştirak edən yüksək məsaməli (sukeçiricilikli) süxurların su ilə doyması onların yükgötürmə qabiliyyətinin və ilişgənlik xüsusiyyətinin zəifləməsi ərazidə çökmə (oturma) hadisəsinin baş verməsinə zəmin yaratmışdır Çökmə prosesi nəticəsində fərdi tikilinin istinad divarında, hasar hissəsində müxtəlif istiqamətli çatlar və deformasiya prosesləri qeydə alınmışdır Baxış zamanı tikilinin tavan hissəsi ilə istinad divarı arasında aralanmalar müşahidə edilmişdir Bundan əlavə ev sakini bildirmişdir kı, 03 iyul 2023-cü ıl tarixində baş vermiş zəlzələ hadisəsindən sonra fərdi tikilinin divarlarında müxtəlif ölçülü çatların yaranması baş vermişdir. Fərdi yaşayış evi texniki cəhətdən qəzalı qiymətləndirilir. Bununla əlaqədar aşağıdakı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: sakinlər köçürülməli; evə daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı; evin ətrafı çəpərlənməli; evə giriş qadağan edilməli və digər lazımi tədbirlər görülməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cəmiyyətdə xx.xx.2022-ci il tarixli, MP-P 12845 saylı "Əmlak sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, ərizəçiyə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 04.07. 2023-cü il tarixində zəlzələ nəticəsində çatların yarandığı və zərər dəyməsi ilə bağlı müraciətə baxılmış və bununla bağlı sığorta araşdırması aparılmışdır. Araşdırma zamanı cəmiyyət tərəfindən xx.xx.2023cü il tarixində Abşeron Rayon İcra Hakimiyyətinə, AR Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə müvafiq sorğular göndərilmişdir. AR Fövqəladə Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyətindən sorğulara cavab olaraq ünvanlanmış məktubda qeyd edilən ünvanda yerləşən əmlaka ziyan dəyməsi ilə bağlı hər hansı məlumatın olmadığı göstərilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmətindən Cəmiyyətin sorğusuna cavab olaraq göndərilmiş 12.01 2024-cü il tarixli, 8-1-17/2-12/2024 saylı məktubunda xx.xx.2024-cü il tarixində Xəzər dənizində qeydə alınmış zəlzələnin ünvan 10 ünvanı ərazisində 3 bal intensivliklə hissolunduğu və 3 bal intenşivlikdə zəlzələnin tikililərə təsiri olmadığı bildirilmişdir. Əlavə olaraq bildirir ki, ərizəçinin təqdim etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 ünvan 11 ünvanının yerləşdiyi ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti haqqında arayışda və həmin fərdi yaşayış evinin texniki vəziyyəti haqqında aktda vizual araşdırma zamani çoxillik atmosfer çöküntülərinin təsıri nəticəsində ərazının geoloji quruluşunda iştirak edən yüksək məsaməli (sukeçiricikli) süxurların su ilə doyması onların yükgötürmə qabliyyətinin və ilişgənlik xüsusiyyətinin zəifləməsi ərazidə çökmə (oturmua) hadisəsinin baş verməsinə zəmin yaratdığı və çökmə prosesi nəticəsində fərdi tikilinin istinad divarında, hasar hissəsində müxtəlif istiqamətli çatlar və deformasiya proseslərinin qeydə alındığı göstərilmişdir. Bununla bağlı bildirir kı, ərizəçi ilə bağlanılan xx.xx.2022-ci il tarixli, MP-P 12845 saylı ”Əmlak sığortası” sıgorta müqaviləsində sıgorta təminatı verilən sığorta risklərinin nələr olduğu sadalanmışdır: “yanğın, partlayış, ildırım vurması, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonsa tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalardan, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetın və ya onun hissələrinin düşməsi, atılınası, dəyməsi, dagılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitələrinin dəyməsi, təbii fəlakətlər: zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətləri." Həmin müqavilənin sığorta riskləri hissəsində sığorta təminatına daxil olan risklərin dairəsi dəqiq göstərilmiş və sığorta müqaviləsi həmin təminata daxil olan risklər nəticəsində əmələ gələn zərərlərin sığortaçı tərəfindən ödənilməsi şərtilə bağlanılmışdır. Lakin göründüyü kimi çökmə hadisəsi nəticəsində əmələ gələn zərərlər sığorta təminatına daxil deyil. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1-ci maddəsinə əsasən sığorta araşdırmasının hazırki nəticələri üzrə baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən ona sığorta ödənişinin verilməsi mümkün deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MP-P 12845 nömrəli əmlak sığortası müqaviləsindən görünür ki, İddiaçı məxsus ünvan 2 “Qala Sığorta" ASC tərəfindən xx.xx.2022-ci il tarixində 91000,00 manat məbləğində icbari qaydada sığortalanmışdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “Qala Sığorta" ASC-nin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən əmlaka ziyan dəyməsi ilə bağlı Agentlikdə hər hansı məlumat yoxdur. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyətinin “Qala Sığorta" ASC-nin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin divarlarında 04 iyul 2023-cü il tarixində baş vermiş zəlzələ nəticəsində çatların yarandığı və evinə zərər dəyməsi barədə Abşeron rayon İcra Hakimiyyətində rəsmi qeydə alınmış məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qala Sığorta" ASC-nin sorğusuna 8-1-17/2-12/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixində, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası M1=5.6, dərinliyi h=66 km olan zəlzələ qeydə alınmışdır. Zəlzələ ünvan 10 ünvanı ərazisində 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 3 bal intensivliklə hiss olunmuşdur. 3 bal intenşivlikli zəlzələnin tikililərə təsiri yxoxdur. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda göstərildiyi kimi, hazırki iş üzrə sığorta obyekti fiziki şəxsin ziyan dəymiş fərdi yaşayış evidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 900-cu maddəsində sığorta müqaviləsinin mühüm şərtləri sadalanmışdır, həmin şərtlərin müqavilədə göstərilməsi zəruridir. Deməli, sığorta müqaviləsinin istənilən mühüm şərtlərinin dəyişdirilməsi yalnız tərəflərin razılaşması ilə mümkündür (Mülki Məcəllənin 421.1-ci mad.). Bu zaman, qanunverici tərəfindən müəyyən edilmişdir ki, müqavilənin dəyişdirilməsi haqqında razılaşma müqavilə ilə eyni formada bağlanır (Mülki Məcəllənin 423.1-ci mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 900.1.9-cu maddəsinə əsasən sığorta müqaviləsinin mühüm şərtlərindən biri sığorta müqaviləsi üzrə təminat verən sığorta risklərinin, eyni zamanda, əgər bu barədə razılaşdırılıbsa, müvafiq sığorta qaydasında nəzərdə tutulmuş əlavə sığorta təminatlarının orada göstərilməsidir. Öz növbəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır (Mülki Məcəllənin 922.3-cü mad.). Yuxarıda göstərildiyi kimi, tərəflər arasında icbari sığorta haqqında müqavilə bağlanmışdır. Müvafiq olaraq, qanunun yuxarıda göstərilən tələblərinə əsasən ziyanın yaranma səbəbinin sığorta hadisəsi kimi tanınması üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun rəhbər tutulması zəruridir. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 ünvan 2 ünvanının yerləşdiyi ərazinin hidrogeoloji və mühəndisgeoloji şəraiti haqqında arayışda və həmin fərdi yaşayış evinin texniki vəziyyəti haqqında aktda vizual araşdırma zamanı çoxillik atmosfer çöküntülərinin təsiri nəticəsində ərazinin geoloji quruluşunda iştirak edən yüksək məsaməli (sukeçiricilikli) süxurların su ilə doyması onların yükgötürmə qabiliyyətinin və ilişgənlik xüsusiyyətinin zəifləməsi ərazidə çökmə (oturma) hadisəsinin baş verməsinə zəmin yaratdığı və çökmə prosesi nəticəsində fərdi tikilinin istinad divarında, hasar hissəsində müxtəlif istiqamətli çatlar və deformasiya proseslərinin qeydə alındığı göstərilmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MP-P 12845 nömrəli əmlak sığortası müqaviləsində sığorta riskləri hissəsində sığorta təminatına daxil olan risklərin dairəsi dəqiq göstərilmiş və sığorta müqaviləsi həmin təminata daxil olan risklər nəticəsində əmələ gələn zərərlərin sığortaçı tərəfindən ödənilməsi şərtilə bağlanılmışdır. Lakin göründüyü kimi çökmə hadisəsi nəticəsində əmələ gələn zərərlər sığorta təminatına daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara və təqdim olunmuş sübutlara qiymət verərək, məhkəmə hesab edir ki, sığorta obyektinə dəymiş zərər icbari sığorta müqaviləsi üzrə sığorta hadisəsinin əlamətlərinə malik olmayan hallar nəticəsində baş vermişdir və bununla əlaqədar olaraq, iddiaçı üçün sığorta ödənişi almaq hüququ yaratmır. Öz növbəsində göstərilən hal iddianın əsassızlığını təsdiq edir, ona görə də, iddiaçı ona dəyən ziyanın tələb etməkdə haqlı hesab edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavadov Şahı̇ n Heybət oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar