Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-901/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrinə əsasən PLAYSTATİON 5 , PS5 oyun pultu, İmeikod **********52674 HONOR X8A markalı telefon, PS5 oyun pultualmış və nəticədə 1558.26 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1623.96 manat (12 ay x 135.33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 , PS5 oyun pultu üçün ümumilikdə, 1431.65 manat olmaqla ondan, 1301.5 manat ödənilməmiş hissə, güzəşt olunaraq 130,15 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 645 manat (12 ay x 53.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********52674 HONOR X8Amarkalı telefonüçün ümumilikdə, 38.61 manat olmaqla ondan, 35,1 manat ödənilməmiş hissə, güzəşt olunaraq 3,51 manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 159.96 manat (12 ay x 13.33 manat + 0 manat ilkin ödəniş) olan PS5 oyun pultu üçün ümumilikdə, 88 manat olmaqla ondan, 80 manat ödənilməmiş hissə, güzəşt olunaraq 8 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində PS5 oyun pultundan etmiş və məhsul 159,96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 162.5 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 159.96 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 689.86 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 , PS5 oyun pultu üçün , 1301.5 manat ödənilməmiş hissə, 130.15 cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********52674 HONOR X8A markalı telefon üçün , 35.1 (manat ödənilməmiş hissə, 3.51 manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, PS5 oyun pultu üçün , 80 manat ödənilməmiş hissə, 8 manat cərimə, ümumilikdə 1558.26 manat borc, 35.59 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Playstation 5 və PS5 oyun pultu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 135,33 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1623,96 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Emei kod **********52674 “Honor X8A” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 53,75 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 645 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “PS 5 oyun pultu” 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 13,33 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 159,96 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1301,5 manat əsas, 130,15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 35,1 manat əsas, 3,51 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 80 manat əsas, 8 manat cərimə, cəmi 1558,26 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1623,96 manat olan “Playstation 5 və PS 5 oyun pultu”, alqı-satqı qiyməti 645 manat olan “Honor X 8A” telefon və alqı-satqı qiyməti 159,96 manat olan “PS 5 oyun pultu“ pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış telefonlar, qulaqlıq cavabdeh A.Həsənov təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2024cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1301,5 manat əsas borc, 130,15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 35,1 manat əsas borc, 3,51 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 80 manat əsas borc, 8 manat cərimə, cəmi 1558,26 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 1301,5 manat borc, 130,15 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 35,1 manat borc, 3,51 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 80 manat borc, 8 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,59 manat, cəmi 1593,85 (bir min beş yüz doxsan üç manat, səksən beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-901/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-901/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver