Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-917/2023 08.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X17 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi X1 tərcüməçiliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1, müstəqil tələb irəli sürən üçüncü şəxs X8, onun nümayəndəsi-vəkili Vəkil2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik şəhadətnamələrinin, çıxarışların etibarsız hesab edilməsi və miras əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh2 qarşı“qanun üzrə vərəsəlik şəhadətnamələrinin, çıxarışların etibarsız hesab edilməsi və miras əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 08 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik şəhadətnamələrinin, çıxarışların etibarsız hesab edilməsi və miras əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evindən ibarət miras əmlaka dair X9 verilmiş 10 dekabr 2005-ci il tarixli 2V-44 saylı, 10 dekabr 2005-ci il tarixli 2V-41 saylı, 10 dekabr 2005-ci il tarixli 2V-42 saylı, 10 dekabr 2005- ci il tarixli 2V-43 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evinə dair X7 adına verilmiş mülkiyyət hüququ haqqında çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evindən ibarət miras əmlaka dair verilən 29 mart 2008-ci il tarixli 2V-1-46 N-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş mülkiyyət hüququ haqqında çıxarışın etibarsız hesab edilməsi, miras əmlak olan Bakı şəhəri. Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evinin X4 və İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi. Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evinə dair İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X8 Cavabdeh2 qarşı“qanun üzrə vərəsəlik şəhadətnamələrinin, çıxarışların etibarsız hesab edilməsi və miras əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evindən ibarət miras əmlaka dair X9 verilmiş 10 dekabr 2005-ci il tarixli 2V-44 saylı, 10 dekabr 2005-ci il tarixli 2V-41 saylı, 10 dekabr 2005-ci il tarixli 2V-42 saylı, 10 dekabr 2005- ci il tarixli 2V-43 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evinə dair X7 adına verilmiş mülkiyyət hüququ haqqında çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evindən ibarət miras əmlaka dair verilən 29 mart 2008-ci il tarixli 2V-1-46 N-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş mülkiyyət hüququ haqqında çıxarışın etibarsız hesab edilməsi, miras əmlak olan Bakı şəhəri. Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evinin X4 və X8 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi. Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı fərdi yaşayış evinə dair iddiaçı X5 miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı tərəflər Barışıq Sazişini məhkəməyə təqdim edib, Azərbaycan Respublikası MPM-nın 191-ci, 261-ci və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək aralarında bağladıqları barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər: Tərəflər: A. bundan sonra “Birinci tərəf” adlandırılacaq Cavabdeh2 B. bundan sonra “İkinci tərəf” adlandırılacaq İddiaçı C. bundan sonra “Üçüncü tərəf” adlandırılacaq X8 Bakı şəhər Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olan İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə bu sazişi aşağıdakı şərtlərlə bağladılar:
1. Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191-ci maddəsinə uyğun olaraq bu sazişi imzalamaqla öz aralarında hüquqlar və iddialar barəsində Bakı şəhər Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olan İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə mübahisələri qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər.
2. Tərəflər mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onlara çatası ümumi miras əmlak olduğunu təsdiq edirlər. Tərəflər təsdiq edir ki mübahisə predmeti olan əmlak “Tərəflərin” ulu babası olan Kərbəlayı Rüstəm tərəfindən 1860-ci illərdə tikilib. Kərbəlayı Rüstəmin övladları Həcər Rüstəm qızı (“birinci tərəfin” , yəni Ağa Hüseynin atasının nənəsi) və X21r (“İkinci” tərəfin, yəni Ceylanın atasının babası ve Famirin babası).
3. “Birinci tərəf” “İkinci” və “Üçüncü” tərəfin X19 (və qızı X2) vərəsələri olduğunu qəbul edir və miras əmlakın bölüşdürülməsinə etiraz etmir. Bu məqsədlə “Birinci tərəf” ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsini (50%) “İkinci tərəfə”, 1/4 hissəsini (25%) isə “Üçüncü tərəfə” saziş bağlandıqdan sonra 1 ay müddətində bağışlamağı öhdəsinə götürür. Beləliklə “Birinci tərəf”-in öz payı olan 1/4 hissəsini (25%) özündə saxlamaqla miras əmlakın vərəsələr arasında razılaşdırılmış halda bölüşdürülməsinə nail olunur.
4. “İkinci” və “Üçüncü” tərəf X19 (ve qızı X2) vərəsələri kimi əmlakın yuxarıda qeyd olunan hissəsini qəbul edirlər. Sazişin təsdiq edilməsindən sonra X19 hər hansı qanuni vərəsəsi aşkara çıxdığı təqdirdə İkinci tərəf həmin qanuni vərəsənin payını öz əmlakı hesabına verməyi öhdəsinə götürür.
5. Miras əmlakdan istifadə qaydaları dəyişdirilməyəcək, hər bir vərəsə saziş imzalanana qədər yaşadığı hissəni istifadə etməkdə sərbəst olacaq. Üçüncü tərəfin istifadəsində bu vaxta qədər yaşadığı birinci mərtəbədə yerləşən sahəsi 30 kv.m olan otaq və mərhum şəhid qardaşı X6 yaşadığı və sahəsi təxminən 15-20 kv.m olan otaq qalacaq.
6. Tərəflər bu sazişin icrası kimi əmlaka dair çıxarış əldə etdikdən sonra əmlakın naturada bölgüsü ilə bağlı zəruri tədbirlər görəcəklərini öhdələrinə götürürlər.
7. Bu barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra notariat orqanlarında bağışlama müqaviləsi imzalanarkən miras əmlakda qeydiyyatda olan şəxslərin razılıq ərizəsinin tələb edilməsi yolverilməzdir.
8. “İkinci” və “Üçüncü” tərəf Bakı şəhər Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olan İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə bütün iddia tələblərindən imtina etməyi öhdələrinə götürürlər.
9. Tərəflər yuxarıda qeyd olunan məsələlər və miras əmlakla (ünvan 1) bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələb, o cümlədən pul və əmlak tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.
10. Bu barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə, sazişin şərtlərini tərəflər tam və vaxtında yerinə yetirmədiyi halda hazırkı saziş üzrə qəbul ediləcək məhkəmə qərardadına əsasən məcburi icra ediləcəkdir.
11. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
12. Bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir.
13. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlanılır və digər nüsxəsi barışıq sazişinin təsdiq edilməsi üçün Bakı şəhər Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmliyə təqdim olunur.
14. Barışıq sazişi və digər məhkəmə xərcləri ilə bağlı zəruri məsrəfləri tərəflər payı nisbinə bərabər şəkildə ödəyir.
15. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.
Məhkəmə tərəflərin fikrini dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Belə ki, MPM-nin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191.2 261.0, 261.0.5, 262, 263-264.266-268 maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddiaçı, X8 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:
Tərəflər:
D. bundan sonra “Birinci tərəf” adlandırılacaq Cavabdeh2 E. bundan sonra “İkinci tərəf” adlandırılacaq İddiaçı F. bundan sonra “Üçüncü tərəf” adlandırılacaq X8 Bakı şəhər Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olan İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə bu sazişi aşağıdakı şərtlərlə bağladılar:
1. Tərəflər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191-ci maddəsinə uyğun olaraq bu sazişi imzalamaqla öz aralarında hüquqlar və iddialar barəsində Bakı şəhər Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olan İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə mübahisələri qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər.
2. Tərəflər mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onlara çatası ümumi miras əmlak olduğunu təsdiq edirlər. Tərəflər təsdiq edir ki mübahisə predmeti olan əmlak “Tərəflərin” ulu babası olan Kərbəlayı Rüstəm tərəfindən 1860-ci illərdə tikilib. Kərbəlayı Rüstəmin övladları Həcər Rüstəm qızı (“birinci tərəfin” , yəni Ağa Hüseynin atasının nənəsi) və X21r (“İkinci” tərəfin, yəni Ceylanın atasının babası ve Famirin babası).
3. “Birinci tərəf” “İkinci” və “Üçüncü” tərəfin X19 (və qızı X2) vərəsələri olduğunu qəbul edir və miras əmlakın bölüşdürülməsinə etiraz etmir. Bu məqsədlə “Birinci tərəf” ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsini (50%) “İkinci tərəfə”, 1/4 hissəsini (25%) isə “Üçüncü tərəfə” saziş bağlandıqdan sonra 1 ay müddətində bağışlamağı öhdəsinə götürür. Beləliklə “Birinci tərəf”-in öz payı olan 1/4 hissəsini (25%) özündə saxlamaqla miras əmlakın vərəsələr arasında razılaşdırılmış halda bölüşdürülməsinə nail olunur.
4. “İkinci” və “Üçüncü” tərəf X19 (ve qızı X2) vərəsələri kimi əmlakın yuxarıda qeyd olunan hissəsini qəbul edirlər. Sazişin təsdiq edilməsindən sonra X19 hər hansı qanuni vərəsəsi aşkara çıxdığı təqdirdə İkinci tərəf həmin qanuni vərəsənin payını öz əmlakı hesabına verməyi öhdəsinə götürür.
5. Miras əmlakdan istifadə qaydaları dəyişdirilməyəcək, hər bir vərəsə saziş imzalanana qədər yaşadığı hissəni istifadə etməkdə sərbəst olacaq. Üçüncü tərəfin istifadəsində bu vaxta qədər yaşadığı birinci mərtəbədə yerləşən sahəsi 30 kv.m olan otaq və mərhum şəhid qardaşı X6 yaşadığı və sahəsi təxminən 15-20 kv.m olan otaq qalacaq.
6. Tərəflər bu sazişin icrası kimi əmlaka dair çıxarış əldə etdikdən sonra əmlakın naturada bölgüsü ilə bağlı zəruri tədbirlər görəcəklərini öhdələrinə götürürlər.
7. Bu barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra notariat orqanlarında bağışlama müqaviləsi imzalanarkən miras əmlakda qeydiyyatda olan şəxslərin razılıq ərizəsinin tələb edilməsi yolverilməzdir.
8. “İkinci” və “Üçüncü” tərəf Bakı şəhər Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olan İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə bütün iddia tələblərindən imtina etməyi öhdələrinə götürürlər.
9. Tərəflər yuxarıda qeyd olunan məsələlər və miras əmlakla (ünvan 1) bağlı gələcəkdə bir-birinə qarşı hər hansı tələb, o cümlədən pul və əmlak tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.
10. Bu barışıq sazişi könüllü icra edilmədiyi təqdirdə, sazişin şərtlərini tərəflər tam və vaxtında yerinə yetirmədiyi halda hazırkı saziş üzrə qəbul ediləcək məhkəmə qərardadına əsasən məcburi icra ediləcəkdir.
11. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
12. Bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir.
13. Saziş Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) əsl nüsxədən ibarət tərtib olunmuş və imzalanmışdır. Saziş hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlanılır və digər nüsxəsi barışıq sazişinin təsdiq edilməsi üçün Bakı şəhər Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmliyə təqdim olunur.
14. Barışıq sazişi və digər məhkəmə xərcləri ilə bağlı zəruri məsrəfləri tərəflər payı nisbinə bərabər şəkildə ödəyir.
15. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.
İddiaçı Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik şəhadətnamələrinin, çıxarışların etibarsız hesab edilməsi və miras əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh2 qarşı“qanun üzrə vərəsəlik şəhadətnamələrinin, çıxarışların etibarsız hesab edilməsi və miras əmlak üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(009)-917/2023 saylı mülki işin icraatına xitam verilsin.
Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İlkin Rüstəmli