Məhkəmə qərarları › İş №e-2(009)-939/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-939/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-939/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hakim qeyd edir ki, İddiaçı QSC analoji iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Səbail rayon məhkəməsinə müraciət etsə də, məhkəmənin həmin tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verildiyindən geri qaytarılmış və qeyd edilmişdir ki, iddia ərizəsində cavabdehin qeydiyyat ünvanı ünvan 1 məhkəmə tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsilə Cavabdeh qeydiyyat ünvanının ünvan 2mişdir. Hakim qeyd edir ki, Cavabdeh qeydiyyat ünvanının aid olduğu yer Səbail rayonu deyil, Yasamal rayonuna aid olduğundan iddia ərizəsinin icraata qəbulundan təkrar imtina edilməlidir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinə əlavə etdiyi 2021-ci ilin oktyabr ayı üçün əldə etdiyi MAPS arayışında qeyd edilən ünvanın Səbail rayon ərazisində yerləşməsi faktı hazırkı tələblə Səbail rayon Məhkəməsinə müraciət edilməsi üçün əsas ola bilməz. Çünki hazırda cavabdehin qeydiyyat ünvanı Yasamal rayonu ərazisində yerləşir. Hakim qeyd edir ki, MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Hakim hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmişdir. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından hazırki iddia ərizənin məhkəmə icraatı qeyri-mümkündür və bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 35.1, 40.1 və 152.1.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar